Marneuli kitabxanası təntənəli şəkildə açıldı

kitabxana

Bu gün, Marneuli Bələdiyyəsində müassir standartlara cavab verən ictimai kitabxana təntənəli şəkildə açıldı.

Qırmızı lentin kəsilməsi prosesində Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili, Bölgə Qubernatoru Paata Xizanaşvili və Bələdiyyənin İcra Başçısı Merab Topçişvili iştirak etdilər.

Mərasimdə Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktoru Qiorqi Qeqelidze, Polşa nümayəndə heyəti və digər dəvvətli şəxslər iştirak edirdilər.

Prezident kitabxananın daxili avadanlıqlarını gözdən keçirdi və xatirə kitabına ilk ürək sözlərini yazdı

Qeyd etmək lazımdır ki, Marneuli şəhərində indiyədək kitabxana binası mövcud deyildi. Buradan irəli gələrək vətəndaşların tələblərini nəzərə alaraq və İcra Başçısının təşəbbüsü ilə 2014 cü ilin oktyabrında, Marneuli şəhərinin mərkəzi küçəsində Rustaveli 71-də müassir standartlara cavab verən kitabxana binasının inşaasına başlandı.

Bina ikimərtəbəlidir, dəmir-beton monolit çərçivədə və düzbucaqlı və trapesiya formalıdır. Bina açıq kitab formasındadır. Kitabxana Marneulidə kitaba sevgini artırmaq, gənclər arasında təhsilə marağın artırılmasına xidmət edir.

Yeni açılan kitabxana da vətəndaşlar poeziya gecələri, konfranslar, treninqlər və işgüzar görüşlər təşkil etmək üçün vətəndaşların xidmətindədir.

Kitabxananın fəaliyyəti Marneulidə müxtəlif millətlərin nümayəndələrinin inteqrasiyasına, mədəni əlaqələrin möhkəmləşdirilməsinə və tolerant münasibətlərin daha da dərinləşməsinə dəstək olacaq.

Binada kitabxana, muzey, mədəni abidələr və turizm sahələri yerləşir.

Bina müassir avadanlıqla-mebel və suvenirlər ilə  təmin olunub.

Layihə çərçivəsində sözü gedən əraziyə ot, kol ağaclar, bitkilər əkildi. Park ərazisində kiçik həcmli bir mərtəbəli kafe inşaa olundu. Kafe də yalnız spirtsiz içkilər və hazır qida məhsullarının qəbulu mümkün olacaq.

Kitabxananın inşaası üçün yerli büdcədən 333 000lari xərcləndi. Kitabxananın avadanlığı və lazımi dekorasiyalar ilə təmin olunması və həyətində parkın salınmasına 336 048lari xərclənib.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register