Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Twitter” sosial şəbəkəsi 2016-cı ilin II yarısı ərzində terrorçuluğun təbliği ilə məşğul olan 377 minə yaxın istifadəçini blok edib. Bu barədə sosial şəbəkənin hesabatında bildirilir. “2016-cı ilin 1 iyul – 31 dekabr tarixləri ərzində terrorçuluğun təbliğatı ilə əlaqəli pozuntulara görə 376 min 890 əkkauntun işi dayandırılıb”, — deyə hesabatda qeyd olunur. Bununla belə, belə əkkauntların 74 faizi “Twitter”in spamlarla mübarizə üzrə şəxsi alətləri vasitəsi ilə aşkar olunub. Hesabatda, həmçinin bildirilir ki, 2015-ci ilin 1 avqustundan 2016-cı ilin 31 dekabrına qədər cəmi 636 min 248 əkkauntun fəaliyyəti əngəllənib.

1

Smartfonlar artıq telefon bazarında liderdirlər. Günü-gündən inkişaf elətdirilən smartfonlar artıq kompyuterləri belə əvəzləməyə başlayır. Smartfonların yaddaş tumumu, sürəti və performansı getdikcə artır. Lakin qəbul edək ki, ən güclü batareyaya sahib smartfonlar belə 1 tam gün işləməkdə çətinlik çəkir. Nəticə də, tez-tez smartfonları şarj etməyə məcbur oluruq. Ulefone şirkəti hazırladığı yeni smartfonda əsas diqqəti batareyaya vermişdir. Yeni modelin adı Power 2-dir. Adından göründüyü kimi smartfon batareyası ilə diqqət çəkir. 6.050 mAh tutumlu batareyaya sahib smartfon şirkətin iddiasına görə telefonu 4 gün işlətməyə kifayət edir. Cihazın digər texniki xüsusiyyətləri  isə belədir: Ekran: 5.5 düym FULL HD, Prosessor: MedikaTek MTK6750T octa-core SoC 1.5 GHz, RAM: 4 GB, Daxili yaddaş: 64 GB, Kamera: 13 MP ön və 16 MP arxa kamera, Power 2 smartfonun batareyası Quick Charge 2 ( sürətli şarj etmə ) funksiyasına sahibdir və bu cihaz qızılı, qara və boz rəngli versiyalara sahib olacaq.

2

200 milyon iCloud hesabı silinmə təhlükəsiylə üzləşib. Son zamanlar hacker hücumları və təhlükəsizlik sistemlərindəki boşluqlar insanları narahat etməyə başlayıb. Ən son Hollywood ulduzlarının iCloud hesabları 2 mərhələdə ələ keçirilmiş və şəxsi fotoları internetdə yayılmışdı. Özlərini Türk Cinayət Qrupu adlandıran hacker dəstəsi 200 milyondan çox iCloud hesabını ələ keçirdiklərini iddia etdi. Hackerlər Apple şirkətindən 75 min dollar girov pul və ya bərabər miqdarda BitCoin tələb etdi. Şirkət bu pulu 7 Aprelə qədər ödəməsə hacker qrupu 200 milyondan çox iCloud hesabını siləcəyini açıqlayıb. Üstəlik əlavə olaraq ümumi dəyəri 100 min dollar olan iTunes hədiyyə kartları da internetdə paylaşılacaq. Apple təhlükəsizlik departamentinin rəsmiləri ilə hackerlər arasında  görüşün baş tutduğunu və şirkətin bu pulu ödəməyi rədd elədiyi söylənilir. Türk passportları ilə qeydiyyatdan keçən TCF ( Türk Cinayət Qrupu ) dəstəsinin hansı milliyətə və ölkəyə aid olduqları hələ də bilinmir. Ortaya atılan iddialara görə bir TCF üzvü 300 milyondan çox hesaba daxil ola bilir, lakin TCF-nin Twitter hesabında bu rəqəmin 200 milyon olduğu paylaşılıb. Günü-gündən daha da əhəmiyyəti artan kiber təhlükəsizliyin insanların həyatını nə qədər zədələyə və dövlətlərə ziyan vura biləcəyi hamıya aydındır. Hələki, əlavə sübutlar göstərilmədən TCF-nin bu iddiasını yalan saymaq mümkündür. Lakin bu qrup iCloud hesablarını qırmağı bacarırsa Apple-nin başı əməlli-başlı ağrıyacaq.

3

WhatsApp-ın bir müddətdir beta testlərində istifadə etdiyi yeni funksiyaları artıq hərkəs üçün aktiv edildi. WhatsApp-ın bir müddətdir yeniliklər etməyə davam etdiyini görürük. Əsasən də hekayələr xüsusiyyəti ilə tənqid alan və bunu əlavə edərkən yazılı status funksiyasını ləğv edən WhatsApp, həddindən artıq tənqid almışdı. Keçdiyimiz günlərdə “Haqqında” bölməsində bu yeniliyi geri qaytaran şirkət, dünən axşam təqdim etdiyi yenilənmə ilə bütün istifadəçilərinə 4 yeni xüsusiyyət təqdim edir. İlk olaraq “Haqqında” bölməsinə əlavə edilən və profildə görüləbilən yazılı status seçimini geri gətirən WhatsApp, həmçinin paylaşılan videolarda stream xüsusiyyətini gətirərək yükləmədən izləyə bilmə şansı da təqdim edir. Eyni zamanda videoları arxa planda yükləmək kimi seçim də mövcuddur. Bundan başqa iPhone-dakı 3D Touch-a dəstək gətirən WhatsApp, bu xüsusiyyət ilə paylaşacağınız şəkili kəsməyinizi asanlaşdıracaqkən, qaranlıq mühitlərdə şəkil və video üçün isə gecə görünüşü funksiyasını aktiv etdi. Qısa müddətdə bütün istifadəçilərə çatacaq olan xüsusiyyətlər ilə WhatsApp funksionallığı biraz daha artarkən bir mesajlaşma tətbiqinin nə qədər inkişaf edə biləcəyini də görürük.

4

“ESET” şirkəti WhatsApp messencerində yeni dələduzluq üsulunu aşkar edib. Yeni dələduzluq üsulunda istifadəçilərə, öz dostlarını izləmək təklif olunur. Dələduzlar, istifadəçilərə, öz dostlarının kimlərlə yazışdıqlarını izləmək üçün xüsusi tətbiq yükləmə təklifi göndərirlər. Təklifdə olan fake fotolar isə sözügedən məlumatın, status bölməsində əks olunacağı qeyd olunur. Həmin ismarıc, tətbiqin yüklənməsinə imkan verən link ilə bitir. İstifadəçi, həmin linkə daxil olduğu zaman, bu cür ismarıc onun digər dostlarına da avtomatik olaraq göndərilir. Linkə klik etmiş istifadəçi isə digər bilinməyən səhifələrə avtomatik keçid edir. Bilinməyən səhifələrdə telefon nömrəsinin qeyd olunması tələb olunur və reklam bannerləri ortaya çıxır. Bundan əlavə olaraq zərərli tətbiqlər də avtomatik olaraq telefona yüklənir. Təbii ki, nəticə etibarı ilə siz öz dostlarınızı, sözügedən messencerdə izləyə bilməyəcəksiniz.

5

Turkish Crime Family adlı hacker qruplaşması, “Apple” şirkətini hədələyir. Belə ki, onlar milyonlarla iPhone-dan məlumatların silinəcəyini bildiriblər. Sözügedən hacker üruplaşmasının üzvləri, şirkətin böyük miqdarda pul ödəməyəcəyi təqdirdə məlumatların silinəcəyi ilə “Apple”ı hədələyir. Hackerlərin bildirdiklərinə görə onlar artıq 300 milyon iPhone istifadəçisinin elektron ünvan məlumatlarına və böyük miqdarda iCloud istifadəçilərinin hesablarına sahibdirlər. Turkish Crime Family, şirkətdən 75.000 dollar dəyərində bitcoin və ya 100.000 dollar dəyərində iTunes hədiyyə kartları tələb edir. Hackerlər sözügedən ultimatumu, 7 Aprel tarixinə qədər qoyublar. Öz məqsədlərinin həqiqət olduğu üçün hackerlər, “Apple”ın təhlükəsizlik xidməti ilə olan yazışmalarını təqdim edib və guya istifadəçilərdən birinin hack olunduğunu əks etdirən videonu təqdim ediblər. “Apple” şirkəti tərəfindən bu barədə hələ heç bir cavab gəlməyib. Çox güman ki, hackerlər sadəcə olaraq şirkəti qorxudurlar və əslində onlarda sözügedə istifadəçilərin məlumatları yoxdur.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register