Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 23.3.2017-ci il.

625-ci ilin 23 martında Ərəbistanda Müsəlmanlarla Qureyş arasında Uhud Döyüşü başladı.

I Aleksandr 23 mart 1801-ci ildə Rusiya imperiyasının çarı oldu.

Alman Milli Məclisi Reichstag fərman verərək 1933-cu ilin bu günü Adolf Hitlerə  ölkəni idarə səlahiyyəti vermişdi.

1956-cu ilin bu günü Pakistan, ilk İslam respublikası oldu.

Aeroflot tipli bir sərnişin təyyarəsi 23 mart 1994-cü ildə Sibirdə qəzaya uğramışdı və 75 insan həyatını itirmişdi.

Sovet dönəmində fəzaya buraxılan Mir olduqca müvəffəqiyyətli bir kosmik gəmi olmuşdur. 19 Fevral 1986-ci ildə kosmosa göndərilmişdi. İnsanlığın kosmosda uzun müddət nizamlı olaraq içində yaşadığı ilk kosmos araşdırma mərkəzi olmuşdur.23 mart 2001-ci il tarixində istifadəsi bitmişdi.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register