Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
“Facebook”, dünən verdiyi açıqlamada canlı yayım funksiyasının sadəcə smartfonlarda deyil, həm də dizüstü və masaüstü kompüterlərdə də istifadə oluna biləcəyini bildirdi. Səhifələr üçün bir müddətdir ki aktiv olan bu funksiya artıq bütün Facebook profilləri üçün aktiv edilib. Bununla da istifadəçilər web kameralar vasitəsilə canlı yayım edə biləcəklər. Professional istifadəçilər bir neçə əlavə kamera, daha güclü ekran kartı və əlbəttə ki daha sürətli internet ilə daha keyfiyyətli yayımlar hazırlaya biləcəklər. Canlı yayım funksiyası birbaşa olaraq Facebook-un əsas səhifəsində və istifadəçi profillərində qurulacaq. Bununla da kompüterlərdən canlı yayım etmək şəkil və status paylaşmaq qədər asan olacaq. Kompüterləriniz vasitəsilə etdiyiniz yayımlar dostlarınızın əsas səhifəsində eynilə smartfonlardakı kimi görünəcək.
“Apple” şirkəti, 599 milyon iCloud hesabının hack olunması xəbərini təkzib edib. Qeyd edək ki, dünən Turkish Crime Family adlı hacker qruplaşması, bir çox iCloud hesablarına sahib olduğunu bildirmişdi. Hackerlər, şirkətin onlara 7 Aprel tarixinə kimi 75.000 dollar dəyərində bitcoin ödəməyəcəyi təqdirdə həmin hesabları siləcəklərini bildirmişdilər. “Apple” şirkəti, sözügedən məlumatın yalan olduğunu bildirməsə də, öz servislərindən hansısa birinin hack olunmadığını və güman olunan hesabların digər şirkət servislərinə aid olduqlarını qeyd edib. Görünür şirkət, istifadəçilərin, eyni məlumatlarla bir çox servislərə daxil olduqlarına işarə edib. Məlumata əsasən bir çox hackerlər, daha əvvəllər sızdırılmış məlumatlardan digər servislərə daxil olmaq üçün istifadə edirlər. “Apple” hər ehtimala qarşı daha qəliz şifrələrdən və ikiqat təhlükəsizlik sistemindən istifadəni, istifadəçilərə məsləhət görüb.
Kickstarter platformasında, Paqsule adlı yeni layihəyə start verilib. Paqsule adlı ağıllı çanta, özünü və daxilində olan hər bir əşyanı təmizləyə bilir. Bunun üçün çanta, ultrabənövşəyi işıqdan və ozondan istifadə edir. Beləliklə çantadakı düyməyə bir dəfə klik edərək, çanta, daxilindəki hər bir əşyanı bakteriyalardan və xoşagəlməz qoxudan təmizləyir. Sözügedən layihənin komandası qeyd edib ki, çantanın daxilində gedən bütün təmizləmə prosesləri təbiidir. Hər təmizləmə prosesi 35 dəqiqə çəkir. 35 dəqiqədən sonra çantanın daxilində olan ozon, oksigenə çevrilir və çantanın daxilindən xoşagələn qoxu əks olunur. Paqsule-nin idarəetmə sistemi, Android və iOS sistemləri üçün nəzərdə tutulmuş xüsusi tətbiqə əsaslanır. Həmin tətbiq vasitəsilə istifadəçi, təmizlik prosesi haqqında əlavə məlumatları əldə edə biləcək. “Biz Paqsule-ni, sizə lazım olacaq yeganə çanta etmək istəyirik. Bir neçə ədəd çantaya sahib olmaq əvəzinə bizim çantamız, təmizləmə prosesi vasitəsilə bir çox yerlərdə istifadə olunmanı təmin edir. Məsələn işdə, idmanda və yaxud səyahətdə” – deyə komanda qeyd edib. Sözügedən çantanı Kickstarter-də 229$ qiymətinə ön sifariş etmək olar. Çantaların ilk satışı isə bu ilin yay fəslində baş tutacaq.
Ubisoft, Assasins Creedin televiziya serialı üzərində çalışıldığını rəsmi olaraq təsdiqlədi. Keçdiyimiz günlərdə bir Ask Me Anything (AMA) iclasında Assassins Creed Məzmun Meneceri Aymar Azaizia, layihəylə bağlı Assassins Creed fanatının sualına cavab verdi və şirkətin serial hazırlamaqda olduğunu dedi. Serialda hansı assassine diqqət veriləcəyi, ya da keçmiş assassinlərlə əlaqəli olub-olmayacağı haqqında detal verməkdən çəkinən Azaizia, serialın film kimi olması üçün çalışdıqlarını və şirkətin qürur duyacağı bir layihə yaratmaq üçün lazımlı vaxtı göstərdiyini ifadə etdi. Sevənlərin narahat etdiyi bir başqa nöqtə isə serialın hansı TV platforması vasitəsilə yayımlanacağıdır. Ubisoft İcraçı Direktoru Və CEO-u Yves Guillemot ötən il Netflix ilə görüş keçirdiklərini söyləmişdi lakin məsələ ilə bağlı hələ ki, rəsmi bir açıqlama yoxdur. Yenə də bu xəbər də bizi ruhlandırmağa kifayət etdi.
WhatsApp-ın bir müddətdir beta testlərində istifadə etdiyi yeni funksiyaları artıq hərkəs üçün aktiv edildi. WhatsApp-ın bir müddətdir yeniliklər etməyə davam etdiyini görürük. Əsasən də hekayələr xüsusiyyəti ilə tənqid alan və bunu əlavə edərkən yazılı status funksiyasını ləğv edən WhatsApp, həddindən artıq tənqid almışdı. Keçdiyimiz günlərdə “Haqqında” bölməsində bu yeniliyi geri qaytaran şirkət, dünən axşam təqdim etdiyi yenilənmə ilə bütün istifadəçilərinə 4 yeni xüsusiyyət təqdim edir. İlk olaraq “Haqqında” bölməsinə əlavə edilən və profildə görüləbilən yazılı status seçimini geri gətirən WhatsApp, həmçinin paylaşılan videolarda stream xüsusiyyətini gətirərək yükləmədən izləyə bilmə şansı da təqdim edir. Eyni zamanda videoları arxa planda yükləmək kimi seçim də mövcuddur. Bundan başqa iPhone-dakı 3D Touch-a dəstək gətirən WhatsApp, bu xüsusiyyət ilə paylaşacağınız şəkili kəsməyinizi asanlaşdıracaqkən, qaranlıq mühitlərdə şəkil və video üçün isə gecə görünüşü funksiyasını aktiv etdi. Qısa müddətdə bütün istifadəçilərə çatacaq olan xüsusiyyətlər ilə WhatsApp funksionallığı biraz daha artarkən bir mesajlaşma tətbiqinin nə qədər inkişaf edə biləcəyini də görürük.
“Əpl” (Apple) şirkəti al-qırmızı rəngdə Ayfon-7, 7 Plus, yeni video proqram və Aypədi satışa buraxıb. Yeni Aypədin satışları martın 24-də başlayacaq. Xüsusi seriya ilə buraxılan bu smartfonların satışından əldə olunan gəlir QİÇS-lə mübarizə aparan Qlobal Fonda təqdim ediləcək. Təqdim olunan vəsait xüsusulə İİM virusunun yayılmasının qarşısını almaq istiqamətində aparılan tədqiqatlara və proqramlara sərf olunacaq. “Artıq 10 ildir ki, biz RED layihəsi və onun İİM və QİÇS-lə mübarizə proqramlarını dəstəkləyirik. Bu proqramlar çərçivəsində müayinələr aparılır və məsləhətlər verilir, həmçinin hamiləlik zamanı körpənin virusa yoluxmasının qarşısını alan dərmanlar paylanır”, – şirkətin mətbuat buraxılışında bildirilir. Məlumata görə, iOS üçün yeni video-proqram və 9,7 düym ölçülü displeylə təchiz olunan Aypəd buraxılacaq. Müxtəlif stiker və filtrləri olan Clips video proqramı istifadəçilərə qısa klipləri yükləmək imkanı verəcək. Bəzi təhlilçilərə əsasən, “Əpl” (Apple) yeni layihəsilə öz istehsalatının etika məsələləri ilə bağlı olduğunu nümayiş etdirməyə çalışır. QİÇS-lə mübarizə aparan RED layihəsi U2 Bono qrupunun solisti tərəfindən yaradılıb. Şirkətin məlumatına görə, RED məhsullarının satılması nəticəsində 130 milyon dollar xeyriyyə vəsaiti toplanıb.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments