Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

WhatsApp-ın bir müddətdir beta testlərində istifadə etdiyi yeni funksiyaları artıq hərkəs üçün aktiv edildi. WhatsApp-ın bir müddətdir yeniliklər etməyə davam etdiyini görürük. Əsasən də hekayələr xüsusiyyəti ilə tənqid alan və bunu əlavə edərkən yazılı status funksiyasını ləğv edən WhatsApp, həddindən artıq tənqid almışdı. Keçdiyimiz günlərdə “Haqqında” bölməsində bu yeniliyi geri qaytaran şirkət, dünən axşam təqdim etdiyi yenilənmə ilə bütün istifadəçilərinə 4 yeni xüsusiyyət təqdim edir. İlk olaraq “Haqqında” bölməsinə əlavə edilən və profildə görüləbilən yazılı status seçimini geri gətirən WhatsApp, həmçinin paylaşılan videolarda stream xüsusiyyətini gətirərək yükləmədən izləyə bilmə şansı da təqdim edir. Eyni zamanda videoları arxa planda yükləmək kimi seçim də mövcuddur. Bundan başqa iPhone-dakı 3D Touch-a dəstək gətirən WhatsApp, bu xüsusiyyət ilə paylaşacağınız şəkili kəsməyinizi asanlaşdıracaqkən, qaranlıq mühitlərdə şəkil və video üçün isə gecə görünüşü funksiyasını aktiv etdi. Qısa müddətdə bütün istifadəçilərə çatacaq olan xüsusiyyətlər ilə WhatsApp funksionallığı biraz daha artarkən bir mesajlaşma tətbiqinin nə qədər inkişaf edə biləcəyini də görürük.

1

Səsli köməkçilərin istifadəsi, mobil telefonların funksionallığını daha üst səviyyəyə qaldırır. Siri səsli köməkçisi süni zəkaya əsaslanaraq, istifadəçiyə yardımçı olur. O hətta insan həyatını da xilas edə bilər. Londonun Kentli adlı qəsəbəsində yaşayan bir qadın, ciddi səhhət pozğunluğundan əziyyət çəkir. Belə ki, qadın tez-tez huşunu itirir. Onun Roman adında 4 yaşlı oğlu var və o, Siri-dən istifadə edə bilir. Günlərin birində həmin qadın huşunu itirib və uzun zaman özünə gələ bilməyib. Anasına təcili kömək lazım olduğunu bilən Roman, qadının iPhone cihazını götürüb və huşsuz vəziyyətdə olan anasının barmağını, smartfondakı barmaq izi skanı bölməsinə yerləşdirib. Daha sonra Siri səsli köməkçisi işə düşüb. Bu zaman Roman, Siri-yə, anasına kömək lazım olduğunu bildirib və Siri, 999-a zəng edərək xilasetmə xidməti ilə əlaqə saxlayıb. Xilasetmə xidməti ilə əlaqə yaranandan sonra Roman bildirib ki, onun anası gözlərini açmır və nəfəs almır. 13 dəqiqə sonra xilasetmə xidməti, onların yaşadığı ünvana gələrək qadını xilas edib. Bu onu göstərir ki, balaca uşaqları, öz ünvanlarını bilməyi və təcili vəziyyətlərdə xilasetmə xidmətləri ilə necə əlaqə yaratmaq lazım olduğunu öyrətmək lazımdır.

“Facebook” öz Messenger-ni yenilədi. Yenilənmiş Messenger-də, ismarıclara reaksiya və istifadəçilərin yada salınması funksiyası əlavə edilib. Sözügedən funksiyalar yaxın günlərdə həm Android, həmdə iOS istifadəçiləri üçün aktiv olacaq. Hər-hansı bir ismarıca reaksiya əlavə etmək üçün həmin ismarıca toxunub gözləmək lazım olacaq. Beləliklə təqdim olunacaq emosiyalardan birini seçərək digər şəxsin, sizə göndərdiyi ismarıca reaksiya bildirmək mümkün olacaq. Bununla yanaşı ismarıcı sizə göndərmiş şəxs, sizin həmin ismarıca necə reaksiya bildirdiyinizi görəcək. İstifadəçi üçün 7 reaksiya növü aktiv olacaq. Bəyənmə, gülməli, təəccüb, kədərli, hirsli, yaxşı, pis. Bundan əlavə olaraq Messenger-ə, istifadəçilərin, @ simvolu vasitəsilə yada salınması funksiyası da əlavə olunub. Beləliklə çatda bu simvol vasitəsilə yada salınmış istifadəçi bildiriş alacaq. Həmin bildiriş əsasında o biləcək ki, çatdakı söhbət ona aiddir və ya kimsə onun cavabını gözləyir.

2

“Facebook”, şərhlərə GIF animasiyalarının əlavə olunması funksiyasını test edir. “Biz bilirik ki, istifadəçilər, GIF animasiyaları, şərhlərdə istifadə etmək istəyirlər. Məhz buna görə biz bu funksiyanı test etməyə başlamışıq. Qeyd etmək istəyirik ki, bu sadəcə hələki testdir” – deyə sosial şəbəkənin təmsilçiləri bildiriblər. Məlumata əsasən şərhlərdəki GIF düyməsi ilk öncə bir sıra istifadəçilrə üçün aktiv olacaq. Şirkət bildirib ki, əgər bu funksiya məşhurlaşsa, onda bütün istifadəçilər üçün aktiv olacaq. Şərhlərdə olacaq GIF düyməsi, Messenger-dəki GIF düyməsinin çalışdığı kimi çalışacaq. Beləliklə istifadəçilər şərhlərdə təqdim olunacaq GIF animasiyaları yerləşdirə və ya istədikləri digər GIF animasiyaları axtara biləcəklər.

3

Samsung Galaxy S8 smartfonu alıcılar ilk 3 ay qeyri-şərtsiz geri qaytara biləcək. Artıq Samsung Galaxy S8 smartfonunun tanıdılmasına 1 həftədən də az vaxt qalıb. Hər gün bu model haqqında yeni iddialar, fikirlər səsləndirilir, fotolar paylaşılır. Əlbətdə, ən dəqiq məlumat məhz smartfon rəsmi şəkildə təqdim olunarkən açıqlanacaq. Paylaşılan son məlumat isə cihazın dəstəyi ilə bağlıdır. Ortaya çıxan məlumatlara görə Samsung Galaxy S8 smartfonunu alıcılar ilk 3 ay ərzində qeyri-şərtsiz geri qaytara biləcəklər. Təbii ki, cihaz tam saz vəziyyətdə və qutu+ aksesuarları ilə birlikdə geri qaytarılmalıdır. Bəs Samsung niyə belə bir addım atır? Yəqinki, hər biriniz Galaxy Note 7 fiaskosu barədə məlumatlısınız. Samsung növbəti dəfə ən üstün modellərindən biri ilə səhnəyə çıxacaq. Bu vəiyyətdə Samsung artıq səhvlərindən nəticə çıxarmaq və alıcıları tam əmin etmək məqsədi ilə belə bir yenilik tətbiq edəcək. Digər bir iddia isə Samsungun yeni ağıllı sistemi Bixby ilə əlaqəli olduğu deyilir. Samsung yeni Galaxy S8 modeli ilə səsli köməkçisi Bixby-ni tanıdacaq. Əgər istifadəçilər Bixby-ni bəyənməsə, onlara telefonları rahatlıqla geri qaytarmağa şərait yaradılması üçün bu üsuldan istifadə ediləcək. Samsung Galaxy S8 və Galaxy S8 Plus smartfonu 29 Martda təşkil ediləcək Unpacked 2017 tədbirində tanıdılacaq.

4

WikiLeaks saytının cümə axşamı yayımladığı sənədlərdə ABŞ-ın məşhur CİA (Mərkəzi Kəşfiyyat Agentliyi ) təşkilatının hazırladığı bir tətbiq vasitəsi ilə Apple Mac kompyuterlərinə sıza bildiyi açıqlanıb. Üstəlik kompyuterləri format eləmək belə bu tətbiqdən xilas olmağa kifayət deyil. WikiLeaks-ın 2-ci məlumatına görə isə, CİA 2009-dan bəri iPhonelərdə casusluq etmək üçün boşluqlar yaratmağa çalışırmış. 9 Mart tarixində CİA-nın ələ keçirdiyi iddia edilən sənədlər yayıldı. CİA bunu təkzib etsə də, sənədlər orginallığa yaxınlığı ilə şübhələri artırıb. Araşdırmalara görə, CİA 2012-ci ildə parolla mühafizə olunan Apple kompyuterləri və USB yaddaş qurğularındakı məlumatları ələ keçirə bilən Sonik Tornavida adlı bir proqram hazırlayıb. Beləliklə, kompyuterlərdə ləğv edilməsi mümkünsüz boşluqlar yaradaraq onlara sızmaq mümkün olacaq. CİA həm də NightSkies adlı tətbiqlə iPhoneləri idarə eləməyə çalışır. 2008-dən hazırlanan bu tətbiq CİA casusları üçün bir fənər rolunu oynayır.

5

11 ildir pulsuz xidmət göstərən Tvitter bəzi özəlliklərinin pullu olmasını planlaşıdırır. Ən böyük sosial media şirkətlərindən olan Tvitter sürpriz təkliflə çıxış edib. Əsasən profesionalların istifadə etdiyi “TvitDek”platformasının bundan sonra pullu olacağı gözlənilir. Tvitter aylıq 20 dollar ödəyərək bu platformaya üzv olanlara daha detallı məlumat verəcək. Artıq bu xidmətin tətbiqi üçün işlərə başlanılıb. Bu xidmətə üzv olanlar olduqları yeri işarələmək, görüləcəklərin siyahısı, bir neçə səhifəni idarə etmə imkanlarına sahib olacaqlar. Şirkətin bu yeniliyi nə vaxt tətbiq edəcəyi bəlli deyil.

6

“ESET”şirkəti WhatsApp messencerində yeni dələduzluq üsulunu aşkar edib. Yeni dələduzluq üsulunda istifadəçilərə, öz dostlarını izləmək təklif olunur. Dələduzlar, istifadəçilərə, öz dostlarının kimlərlə yazışdıqlarını izləmək üçün xüsusi tətbiq yükləmə təklifi göndərirlər. Təklifdə olan fake fotolar isə sözügedən məlumatın, status bölməsində əks olunacağı qeyd olunur. Həmin ismarıc, tətbiqin yüklənməsinə imkan verən link ilə bitir. İstifadəçi, həmin linkə daxil olduğu zaman, bu cür ismarıc onun digər dostlarına da avtomatik olaraq göndərilir. Linkə klik etmiş istifadəçi isə digər bilinməyən səhifələrə avtomatik keçid edir. Bilinməyən səhifələrdə telefon nömrəsinin qeyd olunması tələb olunur və reklam bannerləri ortaya çıxır. Bundan əlavə olaraq zərərli tətbiqlər də avtomatik olaraq telefona yüklənir. Təbii ki, nəticə etibarı ilə siz öz dostlarınızı, sözügedən messencerdə izləyə bilməyəcəksiniz.

7

Yalan (“fake”) xəbərlərlə mübarizə çərçivəsində “Facebook”un yeni mexanizmi istifadəçilərin etibarlılığı daha əvvəl şübhə altına düşmüş və təkzib edilmiş xəbərləri paylaşmasını əngəlləyir. Yeni funksiya ötən ilin dekabrında istifadəyə verilib. “Mashable” yeni mexanizmi yoxlamaq üçün irlandiyalıların ABŞ-a qul kimi gətirildiyi barədə sosial şəbəkədə yayılmış xəbəri təkrar paylaşmaq istəyib. Lakin “Facebook” bu xəbərin “Associated Press” və “Snopes.com” tərəfindən təkzib olunduğu barədə xəbərdarlıq edib. Sosial şəbəkə eyni zamanda, xəbərin blok olunmasının səbəbini öyrənmək üçün bu resurslara keçid təklif edib. Qeyd edək ki, “Facebook” Fransadakı prezident seçkiləri ərəfəsində “fake” xəbərlər üçün filtr tətbiq etdiyini açıqlayıb.

8

“iPhone” üçün yeni emodzilər – Vampir, Cin, Zombi… Simvolların kodlaşdırma standartı – “Unicode” yeni emodziləri təsdiqləyib. Yeni emodzilər bu ilin iyununda bütün “iPhone” sahibləri üçün əlçatan olacaq. Emodzilərin arasında fantastik varlıqlar – vampir, cin, zombi emodziləri də var. Onlar həm kişi, həm də qadın variantında təqdim ediləcək. Bundan başqa, brokoli, peçenye, pelmen, sendviç, piroq, steyk və digər yemək piktoqramları da olacaq. Yeni emodzilərin arasında yoqa, dağçı emodziləri də görəcəksiniz.

9

ABŞ-ın “Tesla” və “SpaceX” özəl şirkətlərinin yaradıcısı və rəhbəri İlon Mask (Elon Musk) dünyanın istənilən nöqtəsini saniyədə 1 Gb sürətə malik internetlə təmin etmək üçün orbitə 4 mindən çox peyk buraxmaq istəyir. İş adamı icazə üçün ABŞ-ın Rabitə üzrə Federal Komissiyasına müraciət edib. İ. Maskın təklifində başlanğıc üçün 800 peyk buraxmaq və onların köməyi ilə ABŞ, Puerto-Riko və Vircin adalarını əhatə edəcək rəqəmli kommunikasiyaların orbital massivini yaratmaq nəzərdə tutulur. Zamanla orbitə çıxarılmış peyklər qlobal əhatəli yüksək sürətli interneti təmin edəcəklər. “Sistem bütün dünya üzrə fərdi, kommersiya, institusional, rəsmi və peşəkar ehtiyaclar üçün genişzolaqlı və kommunikativ xidmətlərin geniş spektrinin yaradılması üçün nəzərdə tutulub”, – deyə şirkətin açıqlamasında bildirilir. Geniş əhatəli peyk şəbəkəsi yaratmaq planları barədə ilk dəfə 2015-ci ilin yanvarında açıqlama verilib. O zaman İ. Mask layihəni 10 milyard dollar məbləğində qiymətləndirib. İşlərin icraçısı “SpaceX”in törəmə şirkəti “Space Exploration Technologies Corporation” olacaq. Layihənin maliyyələşdirilməsinə “Google” və “Fidelity Investments” şirkətləri də qoşulub və 1 milyard dollar yatırıblar. Yaradıcıların sözlərinə görə, yeni sistem hazırda internet təminatı üçün istifadə edilən kabel, optik və digər üsulları əvəz edəcək. Sistemə qoşulacaq müştərilər saniyədə 1 Gb sürətə malik internetlə təmin olunacaq. Layihəyə nə vaxt start veriləcəyi hələ dəqiqləşməyib.

10

“Facebook”un “On This Day” funksiyası istifadəçilərə lentdə keçmiş illərin konkret günlərində baş verən hadisələri yada salmağa kömək edəcək. İstifadəçilər keçmiş tarixlərdə  yazdığları statuslar və ya bölüşdükləri şəkilləri yenidən asanlıqla tapa bilərlər. Keçən illərin şəkilləri və ya statusları yalnız istifadəçiyə əks olunacaq, amma onu istənilən vaxt xəbər lentində yenidən bölüşə bilərlər. Bundan əlavə? istifadəçi günlük xatırlamalara abunə olmaqla öncəki illərin həmən günündə baş verənləri görə bilərlər. Marağlı olan odur ki, “On This Day”in alqoritmi helə qurulub ki o mənfi emosiya daşıyan məlumatı yada salmır. Məsələn, münasibətdə olub və ayrılmış insanlar haqqında və ya həyatların dəyişən insanlarla bağlı məqamları əks etdirmir.

11

İnsaqram sosial şəbəkəsində təhlükəsizlik tədbirləri bir qədər də artırılıb. Artıq şəbəkədə həssas foto və videolar paylaşmaq mümkün olmayacaq.cBelə ki, insanları narahat edən paylaşımlar müəyyən edildikdən sonra həmin foto bulanıq hal alıb görünməyəcək. Şikayət əsasında bulanıq olan fotolarda “şəkili gör” sözlərinə toxunmaqla baxmaq istəyib-istəmədiyinizə özünüz qərar verəcəksiz. Qeyd edək ki, əvvəllər bu cür paylaşımlar ya silinirdi, ya da onlara müəyyən senzura tətbiq olunurdu.

12

Sinqapuru təmsil edən Niranjan Rao’nun təqdim etdiyi “6 Degrees” adlı mobil tətbiq “Mage”nin, demək olar ki, eynisi idi. Amma “6 Degrees” hazırda PlayStore’da yoxdur, “Mage” isə 500 min yükləmə göstərir. “Mage” nədir? Android smartfonlar üçün mövcud olan bu mobil proqramı telefonunuza yükləməklə siz “Contact List”nizdə olmayan nömrələrdən gələn zənglər zamanı onun kim olduğunu görə bilirsiniz. Həmçinin istənilən şəxsin adına klikləməklə o şəxsin (həmçinin sizin öz nömrənizin) başqa telefonlarda hansı adla qeyd olunduğunu görə bilirsiz.

13

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register