Tarixdə Bu Gün
Tarixdə bu gün 27.3.2017-ci il.
425-ci ilin 27 martında İmperator II-ci Theodosiusinin zamanında Konstantinopolda Auditorium adıyla ilk ali məktəb açıldı.
1918-ci ilin 27 martında Besarabya və Moldova Rumıniyaya qatıldı.
Bəstəkar, “Aypara” ansamblının rəhbəri Vaqif Gərayzadə 27 mart 1961-ci ildə anadan olub.
Amerika rejissoru və prodüseri Kventin Tarantino 1963-cü ilinbu günü ABŞ-da anadan olub.
Sovet kosmonavtı və kosmosa uçan ilk insan Yuri Qaqarin 27 mart 1968-cı ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur. O, Moskvada Kreml divarında dəfn olunub.
1969-cu ilin bu günü Qoç Holdinqə aid Aygaz tankeri Ege dənizində qəzaya uğradı. 15 nəfərlik ekipaj üzüvlərinən 1 adam xilas ola bildi.
Avropa Birliyi istehsalı, iki motorlu, delta qanadlı hərbi təyyarəsi Eurofighter Typhoon 1994-cü ilin bu günü ilk test uçuşunu etdi.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments