Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Huawei” şirkətinin hələki anonsu olunmamış Honor Note 9 telefonunun ilk fotosu sızdırılıb. Fotoya baxanda görmək olar ki, yeni cihaz, Honor Note 8 kimi fablet olacaq və 6 inç ölçüdən kiçik olmayan ekrana sahib olacaq. Fotoda görmək olar ki, fabletin arxa panelində ikili kamera və barmaq izi skanı yerləşir. Buna görə də güman etmək olar ki, fablet, fiziki “Home” düymədən məhrum olacaq və çərçivəsiz ekran ilə təchiz olunacaq. Belə olacağı halda isə ekranın bütün ön paneli əhatə edəcəyi gözlənilir. Yeni model fabletin bu ilin yay fəslində təqdim olunacağı gözlənilir.

1

WhatsApp-ın Google Play Store səhifəsində çox qəribə  hadisələr baş verir! WhatsApp-a gələn son yeniliklərdən sonra tətbiqin Google Play Store səhifəsində birdən-birə minlərlə müsbət şərhlər meydana çıxmağa başladı. Üstəlik tətbiqdən, oyunmuş kimi bəhs edilərək tipli şərhlərdən söhbət gedir. WhatsApp, son zamanların ən çox danışılan tətbiqlərindən biridir. Snapchat bənzəri hətta birbaşa olaraq Snapchat də deyə biləcəyimiz – xüsusiyyətləri özünə inteqrasiya edən, daha sonra şikayətləri dəyərləndirərək köhnə xüsusiyyətlərini təkrar geri qaytaran WhatsApp-la əlaqədar indi də Google Play Store-da edilən olduqca qəribə şərhlər danışılır. Son bir neçə aydır edilən şərhlərdə, özündən sanki oyunmuş kimi bəhs edilən WhatsApp üçün “pulsuz oyun oynamaq üçün çox sakitləşdirici”, “çox əyləncəli bir oyun” kimi şərhlər edilir. Üstəlik edilən qiymətləndirmələrin hamısı da 5 ulduzdur. Əslində bir tətbiqin etdiyi yenilənmədən  sonra 5 ulduz alması qədər təbii bir şey yoxdur, lakin WhatsApp-ın vəziyyəti hamınıza malumudur. Snapchat xüsusiyyətlərini birə-bir kopyalayaraq WhatsApp-ın bütün istifadəçilərdən 5 ulduz alması sizcə də qəribə deyilmi? Bütün bu olanlardan sonra WhatsApp-ın “müsbət tənqid satın aldığı” istiqamətində iddialar çıxmağa başladı və şirkət, bunun qarşısını almaq məqsədi ilə açıqlama etdi: “Xidmətimizi, 1.2 milyard istifadəçi üçün daha yaxşı etməkdən ötrü davamlı  olaraq çalışırıq. Saxta araşdırmalar üçün vaxtımız yoxdur. Problem üçün “Google” ilə əlaqə qurduq  və həll etməyə çalışırıq”.

2

Yeni süni dəri tipi günəş enerjisi ilə işləyir. Qlazqo Universitetinin tədqiqatçıları insan dərisi ilə müqayisədə daha həssas yeni süni dəri tipi yaradıblar. Bir qrafen atom qatından ibarət süni dəri toxunuş ötürücüsü kimi işləyərək tam avtonomdur və əlavə enerji mənbəyinə ehtiyac duymur. Qrafen qatı altında dəri üzərinə düşən işığın 98 faizini hopduran günəş batareyaları yerləşdirilib ki, bu da enerjinin alınması üçün kifayət edir. Yeni süni dəri növü tam praktik robotların yaradılması imkanları ilə yanaşı, protezlər sahəsinə müsbət təsir göstərə bilər. Doktor Ravinder Dahiya artıq “3D” printerdə çap edilən protez əllər hazırlamağa başlayıb. Əlavə enerji mənbələrinə ehtiyacın olmaması, eləcə də silisium və qrafenin qiymətinin nisbətən ucuz olması sayəsində belə protezlərin qiyməti 350 dollar təşkil edir ki, bu da qiyməti on min dollardan çox olan akkumulyatorla işləyən standart protezlərdən xeyli ucuzdur. Doktor hesab edir ki, yeni süni dəri tipi protez və robot texnikasından başqa tətbiq edilmək üçün daha geniş spektrə malikdir. Ən kiçik hərəkətləri aşkarlaya bilən yüksək həssaslığa malik material sayəsində texnologiya idman geyimi üçün yüksək dəqiqlikli ötürücülər, eləcə də avtonom qlükoza cihazları yaratmağa imkan verir.

ABŞ-ın “Microsoft” korporasiyası dünyada ilk qatlanan noutbukun satışı üçün xüsusi patent hüququ əldə edib. Korporasiya nümayəndələri bildirirlər ki, “Microsoft” çoxdandır unikal xüsusiyyətlərə malik qurğu və müasir kompüterlərin hazırlanmasını planlaşdırır. Belə xüsusiyyət qurğu həvəskarlarına məhsuldan daha rahat istifadə imkanı yaradacaq . Əldə olunan patent yeni qurğuları yalnız ABŞ markası ilə satmağa şərait yaratsa da, yaxın gələcəkdə ultramüasir texnika yerli bazarla yanaşı, Avropa bazarlarında da satılacaq. İlk qatlanan noutbukun qiyməti və satışa çıxarılma vaxtı barədə məlumat verilmir.

3

“Google” şirkəti fotoqraflar üçün yenidən sosial şəbəkə istifadəyə verir. “Google” mütəxəssisləri köhnə ideyalara qayıtmaq və onları yeni üsulla geri qaytarmaq niyyətindədirlər. Şəkillərlə işləmək üçün nəzərdə tutulan “Google Spaces” xidməti naməlum səbəblərdən populyar ola bilmədi. Ancaq məhz onun əsasında bir fotonun üzərində eyni anda bir neçə istifadəçinin işləyə biləcəyi proqram əlavəsinin istifadəyə verilməsi planlaşdırılır. Proqram sosial şəbəkə adlandırılır, ancaq hələlik müəyyən konsepsiya və ada malik deyil. Fotoqraflar üçün gələcəyin sosial şəbəkəsi mövcud “Allo” və “Duo” proqramlarının imkanlarını birləşdirmək niyyətindədir. Şirkətin yeni xidmətinin təqdimatı yaxın zamanlarda, bu ilin may ayında “Google”un tədbirində baş tuta bilər.

4

Səudiyyə Ərəbistanında mütəxəssislər 3D printerin köməyi ilə milyondan artıq yaşayış binası “çap etmək” niyyətindədir. Səudiyyə Ərəbistanı kralı Salman ibn Abdul Əziz əl Səud bildirib ki, artıq evlərin tikintisi ilə bağlı 3D printerlər hazırlayan Çinin “WinSun” şirkəti və ərəb “AL Mobty” tikinti şirkəti ilə müqavilə imzalanıb. Layihənin reallaşdırılması üçün hökumət təxminən 2 milyard dollar xərcləyəcək.

5

“Twitter” sosial şəbəkəsi ödənişli premium versiyanın yaradılmasını nəzərdən keçirir. Bu versiya mikrobloqdan öz peşəkar fəaliyyətində istifadə edən müxtəlif sahələrin mütəxəssisləri üçün nəzərdə tutulub. Bir çox digər sosial şəbəkə kimi, “Twitter” də yarandığı andan ödənişsiz xidmət göstərərək böyük istifadəçi bazası toplamağa çalışıb. Şirkətin qazancı isə reklamın hesabına əldə edilib. Peşəkar versiya marketoloqlar, jurnalistlər və müxtəlif sahələri əhatə edən digər mütəxəssislər üçün daha güclü alətləri özündə birləşdirəcək. Çünki bu şəxslərə öz gündəlik fəaliyyətləri zamanı operativ məlumat əldə etmək lazım olur.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register