Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 28.3.2017-ci il.

1803-cü ilin 28 martında Fransada kağız pullar ləğv edilərək pul vahidi 5 q-lıq gümüş frank təsdiq edilir.

Rus və sovet yazıçısı Maksim Gorki 1868-ci ilin 28 martında Rusiya İmperiyasının Nijni Novqorod şəhərində anadan olub.

Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi 1919-cu ilin bu günü yaradıldı.

Hitler 28 mart 1933-cü ildə Yəhudiləri və Yəhudilərə aid mağazaları boykot etmək üçün əmr verdi.

Tatar-Türk əslli Rus bəstəkar Sergey Rachmaninov 1943-cü ilin bu günü dünyadan köçüb.

1944-cü ilin bu gün Adapazarı və ətrafında 2.831 insanın öldüyü bir zəlzələ oldu. Misir padşahı Faruk zəlzələ fəlakətindən zərər çəkənlərə 1000 Misir Lirəsi yardım göstərib.

Ege Bölgəsində 1970-ci ilin 28 martında şiddətli bir zəlzələ oldu. Kütahyanın Gediz məhələsində 80-nə yaxın yaşayış evləri uçmuş və 1086-ya yaxın insan həyatını itirmişdir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register