Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Microsoft” korporasiyası beynəlxalq miqyasda yeni “Microsoft Teams” korporativ servisini istifadəyə verib. “Office 365” ofis paketinə quraşdırılan servisdə çat prinsipi üzrə təşkil edilən korporativ əlaqə qurmaq mümkündür. İstifadəçilər “Skype” platforması ilə inteqrasiya sayəsində açıq qrup kanallarında iştirak edə, komanda şəklində birləşə və ya həm yazılı, həm də səsli və video formatda ünsiyyət qura bilərlər. Hazırda dünyanın 181 ölkəsində istifadəsi mümkün olan “Microsoft Teams” servisi 19 dili dəstəkləyir. Ötən ilin noyabrında testləri keçirilən məhsulu indiyədək 50 mindən çox təşkilat sınaqdan keçirib. Veb versiya şəklində olan servis, “Windows” və “macOS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən fərdi kompüter proqramları, eləcə də “Windows Phone”, “iOS” və “Android” əməliyyat sistemli qurğular üçün nəzərdə tutulub.

1

Ötən il təqdim edilən “HTC 10” smartfonunu əvəz edəcək yeni qabaqcıl “HTC 11” smartfon modelinin martın 20-də təqdim ediləcəyi gözlənilir. Buna Tayvan şirkəti “Facebook” səhifəsində dərc etdiyi “Spring is coming” (“Yaz gəlir”) şəkili və “HTC” sizin üçün sürpriz hazırlayıb” ifadəsini dərc etməklə işarə edib. şirkətin “sürpriz” sözü ilə “HTC 11” smartfonunu nəzərdə tutması ehtimal olunur. Əvvəlki qabaqcıl modelin ötən ilin aprelində nümayiş olunması səbəbindən martın sonu yeni təqdimat üçün əlverişli vaxt hesab edilir. Bundan başqa, yeni “HTC” qurğusu bu yaxınlarda “G6” modelini nümayiş etdirən “LG” şirkətinə və martın 29-da “Galaxy S8” smartfonunun təqdimatını keçirməyi planlaşdıran “Samsung” istehsalçısına cavab ola bilər. Məlumata görə, “HTC 11” smartfonu “Qualcomm” şirkətinin istehsalı olan ən müasir “Snapdragon 835” prosessoru, “Sense 9.0” interfeysli “Android Nougat 7.1.2” əməliyyat sistemi, 2550×1556 piksel təsvir ölçülü ekran, 6 giqabayt operativ, 128 giqabayt quraşdırılmış yaddaş ilə təchiz ediləcək.

2

“Samsung” şirkəti istənilən interyerə uyğun gələcək “The Frame” televizoru haqqında yeni məlumatlar açıqlayıb. Divara asılan televizor “Qalereya” rejimi (Art Mode) işə salınmış rejimdə olanda qara ekran deyil, yüksək keyfiyyətli rəqəmli təsvirlər göstərir ki, bu da onu əsl çərçivəli şəkildən az fərqləndirir. “The Frame” isveçrəli dizayner İv Beharın iştirakı ilə hazırlanıb. “Samsung” yeni qurğunu istənilən interyer və ya incəsənət sahəsinin görünüşünü dəyişəcək analoqu olmayan incəsənət əşyası kimi qələmə verir. İstifadəçilər peyzaj, arxitektura, vəhşi təbiət və rəsmlər daxil olmaqla müxtəlif janrlı 100-dən çox şəkildən istifadə edə bilərlər. Bundan başqa, “The Frame” şəffaf optik kabel və divara sıx bərkitmə sistemi ilə təchiz edilib. Hazırda yazda satışa çıxarılması planlaşdırılan yeni televizorun texniki xüsusiyyətləri və qiyməti barədə məlumat verilmir.

3

Martın sonunda və ya apreldə rəsmi təqdimatı gözlənilən yenilənmiş “Microsoft Surface Book” portativ kompüterinin seriyalı istehsalına başlanılıb. Yeni “Surface Book” qurğunun birinci nəslində istifadə olunan hibrid konstruksiya (qoşulan klaviatura ilə) əvəzinə klassik noutbuk şəklində olacaq və qiyməti 1000 dollar təşkil edəcək ki, bu da əvvəlki modellərin qiymətindən (versiyadan asılı olaraq 1500-3200 dollar) xeyli aşağıdır. 2017-ci il model sırasından olan “Surface Book” qurğusunda 13,5 düymlü ekran və alüminium və maqnezium ərintisindən ibarət korpus saxlanılacaq. Kompüterin digər xüsusiyyətləri barədə məlumat verilmir. Ənənəvi noutbuk kimi ucuz qiymətə təqdim edilən “Surface Book”un 2017-ci ildə tədarük həcminin 1,2-1,5 milyon ədədə bərabər olacağı gözlənilir. Bu göstərici 2016-cı ildə 500 min ədəd təşkil edib. Bundan başqa, “Microsoft” korporasiyası “Surface Pro” planşet kompüterinin buraxılışını 20 faiz – 6 milyon ədədədək artırmağı planlaşdırır.

4

“Facebook”, Android və iOS sistemləri üçün nəzərdə tutulmuş tətbiqinə yenilənməni təqdim etdi. Yenilənmə özündə 3 yeni funksiyanı birləşdirir. Təkmilləşdirilmiş kamera funksiyası, ana səhifənin yuxarı hissəsində yerləşən Stories bölməsi və Direct adlı şəxsi söhbətlər bölməsi. Təkmilləşdirilmiş kamera funksiyası, foto və videoya tətbiq olunan bir çox effektlər, maskalar, çərçivələr və interaktiv filtləri özündə birləşdirir. Snapchat, Instagram, Facebook Messenger və WhatsApp-da olan Stories bölməsi bundan sonra sosial şəbəkənin mobil versiyasında, ana səhifənin yuxarı hissəsində təqdim olunacaq. Direct funksiyası isə müəyyən istifadəçi ilə foto və video paylaşılmasını təmin edir. Bununla belə göndərilmiş foto və videolar da müəyyən müddətdən sonra avtomatik olaraq pozulur. Həmin kontenti qəbul edəcək şəxs isə onlara baxa və cavab verə bilər. Lakin kontent barəsində söhbət yekunlaşdıqdan sonra, sözügedən kontent artıq Direct bölməsində görünməyəcək.

5

Dünyanın ən məşhur tanışlıq mobil tətbiqi olan Tinder, öz web versiyasını təqdim edib. Tinder Online adlı tətbiq məhz kompüterlər üçün nəzərdə tutulub və elə optimallaşdırılıb ki, istifadəçi özünə yaxın bildiyi insanı kompüter qarşısında oturan zaman belə tapa bilsin. Tinder Online da mobil versiya kimi Facebook hesabı vasitəsilə girişi tələb edir və mobil versiyada olan Tinder Boost və Tinder Like kimi ödənişli funksiyaları aktiv etməyib. Tinder-in məhsul şöbəsinin rəhbəri Brian Norgard-ın sözlərinə əsasən Tinder Online, məhz inkişafda olan bazarlardakı insanlar və mobil telefonlarında lazımi qədər yaddaş yeri olmayan (tətbiqin iOS versiyası 128 MB yer tutur) şəxslər üçün nəzərdə tutulub. Bundan əlafvə olaraq tətbiqin web versiyası, aktiv Tinder istifadəçiləri üçün də istifadədə rahat olacaq. Belə ki, kompüter vasitəsilə gələn ismarıclara cavab vermək daha rahatdır.

6

Qualcomm və Samsungun razılaşmasına görə Exynos prosessorundan yalnız Samsung şirkəti istifadə edəcək. Qısa bir müddət əvvəl Samsung və Qualcomm şirkətlərinin əldə etdikləri razılaşma gündəmi zəbt eləmişdi. Belə ki, Samsung Galaxy S8 satışa buraxılana qədər heç bir smartfon Snapdragon 835 prosessorundan istifadə edə bilməyəcək. Məhz bu səbəbdən LG şirkəti Snapdragon 821-li G6 smartfonunu satışa buraxmış, Snapdragon 835-dən istifadə edəcəyini açıqlayan Sony şirkəti isə Xperia XZ Premium modelini İyun-İyul aylarında tanıdacağını bildirmişdi. Bu razılaşma yalnız Samsungun xeyrinə deyil. Razılaşmanın bir bəndinə əsasən Samsung şirkəti öz istehsalı olan Exynos prossesorlarını yalnız öz cihazlarında istifadə edəcək və başqa şirkətə satmayacaq. Beləliklə Qualcomm şirkəti daha çox prossesor sata bilər. Meizunun Exynos-lu tablet və smartfonları isə artıq olmayacaq. Antutu testlərində həmişə ön sıralarda olan Meizu şirkəti isə artıq seçim qarşısında qalıb. Meizu Qualcomm və ya MediaTek prosessorlarından birini seçməlidir.

7

“Apple” korporasiyası yeni “iPad” planşetini təqdim edib. Satışlara aprel ayının əvvəllərində başlanacaq. Planşet “Apple A9” prosessoru ilə təchiz edilib. İri ekran həlli parlaq və keyfiyyətli təsvirdən həzz almağa imkan verir. Yeni cihaz xüsusi funksiyalarla təchiz edilib: “Touch İD” barmaq izi skaneri və 2 “FaceTime” kamerası mövcuddur. Bir neçə yaddaş versiyalı cihazların istehsalı nəzərdə tutulur. Rusiya bazarında ən ucuz versiyanın qiyməti 25 min rubl (440 dollar) olacaq. Maksimal yaddaş həcmli variant isə sahibinə təxminən 42 min rubla (740 dollar) başa gələcək. “iPad”in əldə edilməsi üçün ilkin qeydiyyat martın 24-də başlanıb və ayın sonunda yekunlaşacaq. Bundan sonra cihaz Rusiya da daxil olmaqla, 20-dən artıq ölkədə satışa çıxarılacaq. Xatırladaq ki, Apple” “iPhone 7” smartfonlarının qırmızı rəngli versiyasını da təqdim edib.

8

Facebook, Messengerə yeni və faydalı bir xüsusiyyət daha əlavə etdi. Sosial şəbəkə, Messenger istifadəçilərinin yerini gerçək zamanlı olaraq yoldaşlarınızla və ailənizlə bölüşmələrinə imkan verəcək. Facebook Messenger onsuz da mövqe bölgünü dəstəkləyir, ancaq yalnız bir yer mövqe göndərə bilirdik və bu xəritədə tək bir nöqtə kimi görünürdü. Canlı mövqe bölgüsü ilə mövqe nöqtəsi, sizinlə birlikdə xəritədə hərəkət edərək yoldaşlarınızın və ailənizin hərəkətini bir saat ərzində baxa biləcəyi şəkildə yerləşmişdir. Saat üçün geri sayım sayğacı da var. Canlı mövqeyi yalnız tək bir adam və ya qrupla bölüşməyiniz mümkündür. Canlı mövqeyinizi ios və Androiddə bölüşmək üçün Daha Çox simvoluna yüngülcə basmaq və Mövqe seçməyiniz lazım. Bunu etdikdə etibarlı mövqeyinizin bir xəritəsini və Canlı Mövqeyinizi bölüşməyə imkan tanıyan mavi bir çubuq görəcəksiniz. Əlbəttə, istədiyiniz vaxt paylaşımı dayandıra bilərsiniz.

9

Facebook sosial şəbəkəsinin “messenger” (mesajlaşma) xidməti yeniliyə imza atıb. Belə ki, bu xidmətdən istifadə edəcək şəxslər köhnə model telefonları ilə vidalaşmalı olacaq. Bu ayın sonuna qədər “Windows Phone 8.1”, “Android 2.2 Froyo” və “iOS 6.0” sistemini dəstəkləyən telefonlar “messenger” xidmətindən istifadə edə bilməyəcək. Facebok rəhbərliyi bu addımı təhlükəsizlik problemi ilə əlaqədar atdığını açıqlayıb.

10

“Samsung” “Galaxy Note 7” smartfonunun təmir olunmuş versiyasının satışına başlamağı planlaşdırır. Bundan əvvəl həmin smartfonda batareyaların partlamasına görə onun istehsalı dayandırılmışdı. Koreya Respublikasının şirkəti tənzimləyici orqanlar və nəqliyyat agentlikləri ilə danışıqlardan sonra təmir olunmuş “Galaxy Note 7” smartfonlarının satış bazarını müəyyənləşdirəcək. Şirkət çip və modulyar kameralar kimi dəyişdirilə bilən elementləri satmağı, həmçinin köhnə “Galaxy Note 7”dən çıxarılmış xammaldan təkrar istifadəni planlaşdırır. Bundan əvvəl “ZDNet” portalı Koreya Respublikasının “Hankyung” nəşrinə istinadən yazmışdı ki, “Samsung” şirkəti təmir olunmuş smartfonunu yalnız inkişaf etməkdə olan ölkələrin (məsələn, Hindistan və Vyetnam) bazarında satmağı planlaşdırır. “Galaxy Note 7” smartfonunun satışına 2016-cı ilin avqustunda start verilib, amma tezliklə batareyaların partlaması səbəbindən satış dayandırılıb. Nəticədə “Samsung” şirkəti bu qurğunun istehsalını tamamilə dayandırmağa məcbur olub.

11

ABŞ-ın “Tesla” və “SpaceX” özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı, iş adamı İlon Mask (Elon Musk) yeni şirkət təsis edib. “Neuralink” adlanan yeni şirkət insan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya işləyib hazırlayacaq. Belə ki, şirkət insan beynindəki məlumatları hesablayaraq onları rəqəmli daşıyıcılara yazmağa imkan verən texnologiya hazırlayır. “Neyron krujeva” adlanan texnologiya elektrodların beyinə implantasiyasını nəzərdə tutur. Bununla insanlar hər hansı fiziki alət olmadan birbaşa kompüterə informasiya yükləyə biləcəklər. “Neuralink”in rəhbərləri gələcəkdə bu metodun bəzi xəstəlikləri, o cümlədən epilepsiya və iflici müalicə etməyə imkan verəcəyini də düşünürlər. Layihə ilkin mərhələdədir. Artıq yeni şirkətə elektronika və insan beyni sahəsində mütəxəssis olan əməkdaşların cəlb olunmasına başlanıb.

12

Martın 27-dən etibarən “Facebook Messenger” istifadəçiləri üçün istifadəçinin yerini real rejimdə göstərən “Live Location” funksiyası əlçatandır. Bu barədə şirkətin bloqunda məlumat verilib. Yaxın vaxtlarda yeni funksiya Android və iOC əməliyyat sistemləri ilə çalışan cihazlar üçün keçərli olacaq. Yerin fiksasiyası xəritədə göstərilir və istifadəçilər 1 saat ərzində digər istifadəçinin hərəkət marşrutunu izləyə bilir. “Facebook”dan bildiriblər ki, yeni funksiyanın sınaqları uzun müddət davam edib və sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb. Belə ki, bu funksiya dostlarla münasibətləri koordinasiya etməyə kömək edir. Sınaq zamanı yeni əlavə istifadəçinin yerini dəqiq göstərib və onu asanlıqla tapmaq mümkün olub. “Live Location”un daha bir üstünlüyü odur ki, səyahət zamanı bir yerdən digər yerə qədər sərf olunacaq vaxtı hesablamağa və lazımi ünvana çatmaq üçün marşrutu müəyyənləşdirməyə imkan verir. Ekspertlər əmindir ki, yeni xidmət “Apple Messages” və ya “Google Maps” kimi proqramlara layiqli rəqib ola bilər.

13

“Facebook” yeni “Town Hall” əlavəsini istifadəyə verib. Bu əlavə məmurları tapmağa, onlarla əlaqə saxlamağa və onların gördüyü işləri izləməyə imkan verəcək. Hazırda bu xidmət yalnız ABŞ sakinlərinin istifadəsinə verilib. “Town Hall” əlavəsindən istifadə etmək üçün istifadəçi proqrama daxil olmalı, məlumatların daxil edildiyi səhifəni açıb, öz lokasiyasını əlavə etməlidir. Xidmət məlumatları təhlil edir və yaxınlıqda olan dövlət məmurlarını göstərir. İstəyə uyğun olaraq siyasətçiləri dostluğa əlavə etmək də mümkündür. Onların fəallığını təhlil etmək, messencerin köməyi ilə məlumat göndərmək və ya zəng etmək də mümkün olacaq.

14

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register