Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 29.3.2017-ci il.

1430-cu ilin 29 martında Osmanlı ordusu Saloniki və İoniyanı fəth edib.

1461-ci ilin 29 martında İngiltərə taxtı üçün aparılan Güller Döyüşündə, York Xanədanından IV. Edward, Lancaster ailəsindən VI. Henryni Towton döyüşündə məğlub etdi.

Alman filosof, fizik mütəfəkkiri və yazıçı Georq Büxnerin qardaşı Lüdviq Büxner 1824-cü ilin bu günü anadan olub.

29 mart 1827-ci ildə Bethoven Vyanada 10 min nəfərin iştirakı ilə son mənzilə yola salınıb.

29 mart 1903-cü ildə Marconinin radio sistemi vasitəsilə London və New-York arasında müntəzəm olaraq xəbər ötürülməsi başlandı.

Hərb Okulu Məhkəməsi Nazim Hikmətə 28 il həbs cəzası kəsdi. Bu hadisə 1938-ci ilin bu günü baş verib və 1950-ci ilin 29 martında Nazim Hikmət Bursa həbsxanasında aclığa başlayıb.

Türk pop musiqiçisi, bəstəkar, musiqi sözləri yazarı Kayahan Açar 29 mart 1949-cu ildə İzmirdə doğulub.

Leonid Brejnev 1966-cı ilin 29 martında Sovet İttifaqı Kommunist Partiyasının I katibi seçilib.

Türkiyədə ilk böyrək nəqli 29 mart 1968-ci ildə İstanbulda Doktor Atif Taykurt və qrupu tərəfindən reallaşdırıldı.

Dünyanın bir çox yerlərində müşahidə olunan tam günəş tutulması 2006-cı ilin bu gün baş vermişdi.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register