Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Samsung” şirkəti Nyu-Yorkda Galaxy S8 и S8 Plus smartfonlarını təqdim edib. Böyük modelin ekranının diaqonalı 6,2, kiçik modelinki isə 5,8 dyümdür. Telefonun korpusu metal çərçivəli şüşədəndir. Əvvəlkilər kimi yeni S8 də IP68 standartı ilə su və tozdan qorunur. Bu isə o deməkdir ki, telefon yarım saat ərzində yarım metr dərinlikdə heç bir problemsiz qala bilər. Əsas kamera 12, ön kamera isə 8 meqapikseldir.

1

Facebook “Android” və “iOS” sistemləri üçün nəzərdə tutulmuş mobil tətbiqinə yenilənməni təqdim edib. Yenilənmə özündə 3 yeni funksiyanı birləşdirir: Təkmilləşdirilmiş kamera funksiyası, ana səhifənin yuxarı hissəsində yerləşən “Stories” bölməsi və “Direct” adlı şəxsi söhbətlər bölməsi. Təkmilləşdirilmiş kamera funksiyası foto və videoya tətbiq olunan bir çox effekt, maska, çərçivə və interaktiv filtləri özündə birləşdirir. “Snapchat”, “Instagram”, “Facebook Messenger” və “WhatsApp”da olan “Stories” bölməsi bundan sonra sosial şəbəkənin mobil versiyasında, ana səhifənin yuxarı hissəsində təqdim olunacaq. “Direct” funksiyası isə müəyyən istifadəçi ilə foto və video paylaşılmasını təmin edir. Bununla belə, göndərilmiş foto və videolar da müəyyən müddətdən sonra avtomatik olaraq pozulur. Həmin kontenti qəbul edəcək şəxs isə onlara baxa və cavab verə bilər. Lakin kontent barəsində söhbət yekunlaşdıqdan sonra sözügedən kontent artıq “Direct” bölməsində görünməyəcək.

2

HTC-nin aprel ayında təqdim edəcəyi flaqmanı HTC U, çox fərqli bir xüsusiyyət ilə gəlir. Daha əvvəl HTC-nin, HTC U adlı ağıllı telefon üzərində çalışdığına dair söz-söhbətlər eşitmişdik. “Ocean” kod adı olan telefon 2017-ci ilə aid bir başqa flaqmanıdır. İndi də, VentureBeat saytı HTC U ilə əlaqədar əhəmiyyətli məlumatlar açıqladı. Hesabata görə HTC U, 5.5 inç WQHD (2560 x 1440) ekrana sahib olacaq və Snapdragon 835 prosessoru ilə güçlendiriləcək. Telefonun 12MP arxa və 16MP ön kameralara sahib olması və 64 və ya 128GB daxili yaddaş sahəsi və microSD kart ilə gəlməsi gözlənilir. Proqram hissəsində isə HTC U, Android 7.1 əməliyyat sistemi və Sense 9 UIinterfeysini işlədəcək. HTC U-nun ön plana çıxan xüsusiyyəti telefonun ətrafında olan və müxtəlif xüsusiyyətləri nəzarət etmək üçün istifadə edilə biləcək metal çərçivəyə yerləşdirilmiş sensorlara sahib Edge Sense ilə sensor çərçivəyə sahib olacağı mənasına gəlir. Hesabata görə, HTC May ayında satışa təqdim ediləcək olan HTC U-nu Aprel ayında rəsmi olaraq açıqlayacaq.

3

Bugün Tiblisi vaxtı ilə saat 19:00-da Samsung Galaxy Unpacked 2017 tədbiri baş tutacaq. Bu tədbirdə “Samsung” şirkəti Galaxy S8 və Galaxy S8+ flaqman smartfonlarını təqdim edəcək. Nyu Yorkda baş tutacaq təqdimatın canlı yayımını aşağıda təqdim olunmuş videodan izləyə biləcəksiniz. Düzü bu iki smartfon haqqında sızdırılmış bir çox məlumatlardan sonra şirkətin bizləri nə ilə təəccübləndirəcəyini müəyyən etmək çox çətindir. Lakin buna baxmayaraq sözügedən smartfonlar 2017-ci ilin ən çox gözlənilən smartfonlarından biridir. Əvvəlki məlumatlara əsasən hər iki smartfon çərçivəsiz və “Home” fiziki düyməsiz olacaq. Sensorlu ekran isə ön panelin bütün hissəsini əhatə edəcək. Bundan əlavə olaraq yeni smartfonlarda “Qualcomm” şirkətinin 8 nüvəli yeni Snapdragon 835 prosessorlarının olacağı da güman olunur. Biz Technote olaraq təqdimatda olacaq ən vacib xəbərləri sizlərə çatdıracağıq. Bizi izləməkdə davam edin.

“Samsung” şirkəti çoxdan gözlənilən Galaxy S8 və Galaxy S8 Plus modellərini təqdim etdi. Sözügedən smartfonlar çərçivəsiz ekran, Bixby səsli köməkçisinə və yüksək qiymətə sahibdirlər. Beləliklə Galaxy S seriyası iki yeni model ilə qarşımıza çıxdı. Onlar Galaxy S8 və Galaxy S8 Plus modelləridir. Gördüyünüz kimi Edge modeli bu dəfə yoxdur. Hər iki smartfon, qıraqları əyilmiş ekranlara sahibdir. Lakin bu əyilmə, Galaxy S7 Edge-dən bir qədər kiçikdir. Korpusun konstruksiyası artıq Galaxy S seriyası üçün ənənəvidir. Yəni, korpus iki tərəfdən şüşə və metal çərçivədən ibarətdir. Smartfonun sol tərəfində Bixby səsli köməkçisindən istifadə etmək üçün əlavə düymələr yerləşdirilmişdir. Galaxy S8-də fiziki “Home” düyməsindən imtina olunub. Barmaq izi skanı isə smartfonun arxa panelindəki kameranın sağ tərəfində yerləşir. Ön paneldə azad olmuş əlavə yerlər isə ekran ölçüsünün böyüdülməsinə və ön panelin tamamilə əhatə olunmasına imkan yaradıb. Belə ki, Galaxy S8, 5.8 inç, Galaxy S8 Plus isə 6.2 inç Super AMOLED ekranla təmin olunmuşdur. Təbii ki, smartfon korpusu IP68 standartlı sudan və tozdan qorunma fubnksiyasına sahibdir. Beləliklə sözügedən smartfonları yarım saat müddətinə 1.5 m dərinliyə endirmək olar. Smartfonların USB Type-C girişlərinə sahib olmalarına baxmayaraq 3,5 mm-lik audiogiriş olduğu kimi qalıb.

“iOS” qurğu istifadəçiləri artıq mobil əməliyyat sisteminin yeni – 10.3 versiyasını quraşdırmaqla itmiş simsiz “AirPods” qulaqcıqlarının axtarışına kömək edən unikal funksiyadan yararlanmaq imkanı əldə ediblər. Funksiyadan istifadə üçün smartfonda “Bluetooth”u qoşaraq “iPhone” və qulaqcıq arasında birləşməni gözləmək tələb olunur. Bundan sonra “iPhone”u tap” proqramını açaraq qurğular siyahısında “AirPods” qulaqcığını seçmək və “Səsləndir” düyməsini sıxmaq lazımdır. Qeyd edək ki, itmiş qulaqcıq bağlı enerjidoldurma çexolunda olanda səsləndirmə funksiyası işləmir. Bundan başqa, “iOS” sisteminin 10.3 versiyasında istifadəçi haqqında ətraflı məlumat və şəxsi qurğulara tez keçid almaq üçün əlavə yuxarı panel istifadəyə verilib. Əməliyyat sistem üçün yenilənmə ilə yanaşı, “Apple” şirkəti “tvOS”, “macOS” və “watchOS” sistemlərinin yeni versiyalarını təqdim edib.

4

Dünyada hər 5 mobil telefondan biri və video oyun üçün hazırlanan hər dördüncü idarəetmə pultu saxtadır. Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) məruzə dərc edib. Məruzədə qeyd olunur ki, 2013-ci il gömrük məlumatlarını təhlil edərkən dünyada texnikların 6,5 faizinin saxta olması üzə çıxıb. İƏİT-in apardığı araşdırmaya əsasən, hazırda dünya bazarında saxta kommunikasiya texnikasının ticarətin dövrüyyəsi 143 milyard dollar təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məruzəsinə əsasən, Çin saxta texnikanın əsas mənbəyi sayılır. Təşkilat xəbərdarlıq edir ki, saxta texnika, istifadəçilərin sağlamlığı və təhlükəsizliyi üçün təhlükəli ola bilər. Məsələn, istifadəçilərin şəxsi məlumatlarının çox rahatlıqla oğurlanma riski var. Bundan əlavə saxta texnikada zərərli maddələrdən qurğuşun və kadmiuma rast gəlmək mümkündür. Bu isə tenikaların cərəyana qoşulması zamanı istifadəçilərin elekterik vurması ilə nəticələnə bilər.

5

Feysbukun mobil mesajlaşma tətbiqi olan Feysbuk Messencer bu gün növbəti dəfə yenilənib. Yeniliyə əsasən, istifadəçilər “Live location” (olduğun yer) xidməti ilə artıq harda olduqlarını paylaşa biləcəklər. İOS və Android istifadəçiləri üçün nəzərdə tutulmuş yenilik vasitəsi ilə olduğunuz yeri eyni zamanda bir və ya bir neçə şəxsə bildirmək olar. Bu yenilikdən istifadə etmək istəməyənlər isə xidməti asanlıqla ləğv edə bilərlər. Qeyd edək ki, yenilikdən faydalanmaq üçün Feysbuk Messencer tətbiqini yeniləmək lazımdır.

6

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mütəxəssisləri dünya kompüter və elektronika bazarının təhlilini aparıblar. Təhlil nəticəsində müəyyənləşdirilib ki, 8 və 10 düym ekrana malik netbuk, noutbuk və planşetlərin 6,1 faizi saxtadır. Kontrafakt akkumulyator və batareyaların payı 5 faiz, telefonların payı 25 faiz təşkil edir. Mütəxəssislərin fikrincə, bütün dünya üzrə istehsal olunan oyun avadanlıqlarının 25 faizi saxtadır. Bu, rabitə tipli mobil cihazlar seqmentinə – smartfon, telefon, fablet və planşetlərə də aiddir. Araşdırmada göstərilir ki, dünya kompüter və elektronika bazarında kontrafakt məhsulların payı ümumilikdə 6,5 faiz təşkil edir. Saxta flaş-kartların, kartrider və yaddaş kartlarının göstəricisi 15 faiz, dinləyici qurğular və audio-video izləmək üçün proqramların göstəricisi 8 faiz, idarəetmə pultlarının isə 6 faiz təşkil edir.

7

Smartfonları qızıl və bahalı daş-qaşlarla bəzəyən Finlandiyanın “Legend” şirkəti bu günlərdə istehsal olunan “Huawei P10” smartfonunun xüsusi versiyasını təqdim edib. Istehsalçı cəmi 8 ədəd belə smartfon hazırlayıb. Onların hər birinin qiyməti 2 690 avrodur. Smartfonun korpusu 24 karatlıq qızılla örtülüb və gözlərində qırmızı brilyantlar olan əjdaha təsviri ilə bəzədilib. Smartfon alıcıya taxta kolleksiya futlyarında çatdırılacaq. Bu futlyarın içində orijinallıq və zəmanət sertifikatı da olacaq.

8

ABŞ-ın “Linkedİn” sosial şəbəkəsi Rusiyanın Federal Vergi Xidmətində qeydiyyatdan keçib. Aprel ayından etibarən daha 128 xarici şirkət Rusiyaya vergi ödəyəcək. Bildirilir ki, bundan əvvəl “Linkedİn” sosial şəbəkəsi ölkə sakinlərinin şəxsi məlumatlarının mühafizəsi ilə bağlı Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirməkdən imtina edirdi. Məhz bu səbəblə sosial şəbəkə bütün Rusiya ərazisində Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsinə Nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) tərəfindən blok edilmişdi. Ancaq şirkət bu qərardan narazı qalıb. Onlar bütün qanunları icra etdiklərini deyirlər. Buna baxmayaraq, ABŞ-ın “Microsoft” korporasiyasına məxsus “Linkedin” sosial şəbəkəsi yaxın zamanlarda bütün Rusiya sakinləri üçün yenidən əlçatan olacaq. Çünki şirkət rəhbərliyi Rusiya Federal Vergi Xidmətində qeydiyyatdan keçməyə razılıq verib. “Linkedİn” sosial şəbəkəsindən başqa, “Apple”, “Amazon”, “Google” və “Microsoft” kimi iri texnoloji şirkətlər də Rusiyanın Federal Vergi Xidmətində qeydiyyatdan keçiblər.

9

Sinqapurda “Samsung” mağazalarından biri şirkətin yeni smartfonu – “Galaxy S8”in təqdimatından bir gün öncə yanıb. Yanğın səhər tezdən, mağaza hələ açılmamış başlayıb. Yanğını avtomatik yanğınsöndürmə sistemi vasitəsilə tez bir müddətdə söndürmək mümkün olub. Heç kim zərər çəkməyib. Xatırladaq ki, “Samsung Galaxy S8” smartfonu bu gün Nyu Yorkda rəsmən təqdim ediləcək. İnsayderlərin məlumatına görə, smartfon 5,8 və 6,2 ekran ölçülüdür. Cihazın qiyməti 799 avrodan başlayır.

10

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register