Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ-ın “Microsoft” korporasiyası dünyada ilk qatlanan noutbukun satışı üçün xüsusi patent hüququ əldə edib. Korporasiya nümayəndələri bildiriblər ki, “Microsoft” çoxdandır unikal xüsusiyyətlərə malik qurğu və müasir kompüterlərin hazırlanmasını planlaşdırır. Belə xüsusiyyət qurğu həvəskarlarına məhsuldan daha rahat istifadəyə imkan verəcək. Həmçinin qeyd olunur ki, əldə olunan patent yeni qurğuları yalnız ABŞ markası ilə satmağa şərait yaratsa da, yaxın gələcəkdə ultramüasir texnika ABŞ bazarı ilə yanaşı, Avropa bazarlarında satılacaq. İlk qatlanan noutbukun qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verilmir.

1

Fotoşəkil studiyalarında professional çəkilişlər reallaşdırmaq uzun və yorucu bir işdir. Bundan başqa çəkilişi edib bitirmək işin yalnız çox kiçik bir hissəsidir. Sonrasında edilən çəkilişləri təşkil etmək, görünüş baxımından yaxşılaşdırmaq və yayına hazır hala gətirmək də ciddi bir müddət tələb edir. StyleShoots adlı bu inkişaf etmiş fotoşəkil studiyası isə, heç bir fotoqraf olmadan belə çəkilişləri reallaşdıra bilir. Bu ağıllı studiya, davamlı olaraq yeni reklam filmləri çəkən və bütün ictimai yerlərdə daima aktiv olmaq istəyən firmalar üçün inkişaf etdirilib. Yaradıcıların fikrinə görə xüsusilə moda mərkəzli firmaların bu yeni nəsil studiyaya maraq göstərməsi gözlənilir. Ağıllı studiyada kamera olaraq Canon 1DX Mark II istifadə edilir. Bundan başqa 3D dərinlik qavrayan sensor və kamera ilə işıqları avtomatik olaraq nəzarət edə bilən inkişaf etmiş bir proqram var. Firmalar yalnız reklamın növünü və hansı tərzdə fotoşəkil və ya video çəkiləcəyini təyin edir. Keçid effektləri və bəzi digər effektlər proqram tərəfindən edilir. Firmalara, son halı göstərilən foto və video üzərində istənilən dəyişiklikləri reallaşdırmağa imkan yaradılıb.

2

“Huawei” şirkətinin hələki anonsu olunmamış Honor Note 9 telefonunun ilk fotosu sızdırılıb. Yeni cihaz, Honor Note 8 kimi fablet olacaq və 6 inç ölçüdən kiçik olmayan ekrana sahib olacaq. Fotoda görmək olar ki, fabletin arxa panelində ikili kamera və barmaq izi skanı yerləşir. Buna görə də güman etmək olar ki, fablet, fiziki “Home” düymədən məhrum olacaq və çərçivəsiz ekran ilə təchiz olunacaq. Belə olacağı halda isə ekranın bütün ön paneli əhatə edəcəyi gözlənilir. Yeni model fabletin bu ilin yay fəslində təqdim olunacağı gözlənilir.

3

“Opera” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün populyar “Opera mini” brauzerinin yenilənmiş versiyasını təqdim edib. Yenilənmədə fərqləndirici cəhət proqramın müstəqil şəkildə siyahısı brauzer pəncərəsinin yuxarı hissəsində göstərilən səhifədən audio və video kontentini taparaq çeşidləməsindədir. Bu, istifadəçilərə lazımi materialı asanlıqla yükləməyə imkan verəcək. Məlumata görə, əvvəlki versiyalarda olduğu kimi, brauzerdə axtarış sətri quraşdırılıb. Bundan başqa, yeni versiyaya “Facebook” servisi üçün bildiriş funksiyası əlavə edilib. Həmçinin tərtibatçılar sürətin və işin sabitliyinin, təhlükəsizliyin və s. yaxşılaşdırılmasına yönələn bir sıra dəyişikliklər ediblər. Xatırladaq ki, brauzerdə səhifənin qurğunun yaddaşında saxlanılması üçün rahat funksiya quraşdırılıb. Bunun sayəsində istifadəçi xoşuna gələn materiallara internetə qoşulmadan baxmaq imkanı əldə edir.

4

Kanadanın “BlackBerry” şirkəti smartfon ekranında göstərilən informasiyanın qismən gizlədilməsi üçün nəzərdə tutulan “Privacy Shade” adlı mobil proqram təqdim edib. “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “BlackBerry” telefonları ilə uyğunluq təşkil edən əlavəni “Google Play” mağazasından yükləmək mümkündür. Mobil qurğunun ekranının rəngini tündləşdirməyə imkan verən “Privacy Shade” smartfon istifadəçisi üçün ekranın lazımi seqmentinə adi parlaqlıqda baxmağa şərait yaradan kiçik yer qoyur. Bununla istifadəçi arxadan ekrana baxan şəxsin vacib informasiyanı oxuması riskini azaldır. Bundan başqa, proqramdan yataqda oxuma zamanı ekranın parlaqlığını azaltmaq üçün istifadə etmək olar. Lakin həkimlər görmə ilə bağlı yarana biləcək problemlərə görə bunu etməməyi tövsiyə edirlər. Qeyd edək ki, yeni əlavə yalnız təsadüfi məlumat sızması halları ilə mübarizədə effektiv ola bilər.

5

İsveçin Calmers Texniki Universitetinin bir qrup alimi uzun sürən tədqiqatlardan sonra 3D-printerlə insanın qığırdaq toxumasını süni şəkildə yarada biliblər. Alimlər eksperiment aparmaq üçün məxsusi olaraq tərkibində nanosellüloz və donordan götürülmüş qığırdaq toxumasının hüceyrələri olan yeni hidrogel hazırlayıblar. Sonra mütəxəssislər hidrogeldən 3D-printerlə implantatlar çap edərək, onları sınaq üçün istifadə olunan siçanlara köçürüblər. Bir müddət sonra tədqiqatçılar bildiriblər ki, köçürülmüş toxumanın yerində qan damarları şəbəkəsi inkişaf etməyə başlayıb, səfhələr isə gəmiricilərin orqanizmindən qopub ayrılmayıb. Alimlərin fikrincə, belə implantatlar gələcəkdə insana da aşılana bilər. Tədqiqat qrupunun rəhbəri, professor Pol Hateholm bildirib: “Pasiyentin qulaq seyvanı hüceyrəsinin nümunəsini götürüb, onu onurğa beynindəki kök hüceyrələri uyğunlaşdıra bilsək, biz hətta yeni qulaq düzəldə bilərik”. Mütəxəssislərin fikrincə, bu texnologiyaların inkişafı yaxın gələcəkdə tibb sahəsində əsl çevriliş edə bilər və orqan köçürülməsinə ehtiyacı olan insanların münasib donoru uzun müddət gözləməsinə ehtiyac qalmaz. Tədqiqatın nəticələri “Plastic and Reconstructive Surgery Global Open” jurnalında dərc olunub.

6

“Google” şirkəti iOS əməliyyat sistemini Gboard klaviatura əlavəsi ilə təchiz edib. Artıq “Google” klaviaturasından istifadə etmək üçün xüsusiləşmiş softu yükləməyə ehtiyac yoxdur. İstifadəçinin rahatlığı üçün mətn yığımından başqa, məlumat göndərərkən xüsusi şəkil və emodzilər seçmək imkanı da yaradılıb. Həmçinin “Google-da populyar olanlar” seçiminin köməyi ilə internet şəbəkəsindəki ən mühüm xəbər və məlumatları da oxumaq mümkün olacaq. Nəyisə oxumaq üçün xəbər başlığına vurmaq kifayət edəcək. Bu funksiya “3D Touch”un köməyi ilə daha da genişləndirilib. G ikonunun üstünə sıxmaqla zəruri məlumatları axtarmaq olacaq.

7

Çinin “Xiaomi” şirkəti qatlanan displeyə malik qeyri-adi smartfon patentləşdirib. Bu barədə korporasiya nümayəndələri məlumat veriblər. Mobil cihazın texniki parametrləri hələlik açıqlanmır. “Samsung” korporasiyası ilk dəfə olaraq əyri displeyə malik cihazının prototipini “CES 2013” texnologiya sərgisində nümayiş etdirib. Sonradan bu dizayna digər mobil telefon istehsalçıları da maraq göstəriblər. “Xiaomi” şirkəti də bu texnoloji yeniliklərdən geri qalmaq istəməyib və özünün 2 əyilən ekrana malik smartfonunu patentləşdirib. Birinci ekran görüntü və informasiyalar, ikinci displey isə mətn yazılması üçün nəzərə tutulub. Bu cihazın maksimal açılma dərəcəsi 160 dərəcə təşkil edir. Bunun sayəsində yeni smartfon köhnə açılıb-bağlanan telefonları xatırladacaq.

8

“Samsung”un yeni flaqmanı – “Galaxy S8”in virtual köməkçisi “Bixby” məhdud dil seçiminə malikdir. Səs köməkçisi yalnız 2 dil bilir – Koreya və ABŞ ingiliscəsi. Bunu istehsalçı özü də təsdiqləyib. Lakin bir müddət sonra digər dillər, xüsusən Britaniya ingiliscəsi və bir sıra Avropa dillərinin də əlavə olunması planlaşdırılır. Dil seçiminin qarşıdakı aylarda zənginləşəcəyi gözlənilir. İlk mərhələdə virtual köməkçinin bacarıqları da məhdud olacaq. Onun vasitəsilə kamera, qalereya, mesajlar, telefon dəftərçəsindəki əlaqələri idarə etmək mümkün olacaq. Bu siyahı daha sonra yeni proqram əlavələri ilə genişlənəcək. Qeyd edək ki, “Samsung Galaxy S8” və “Galaxy S8 Plus” aprelin 21-də satışa çıxarılacaq.

9

Yolu keçərkən smartfonu əlindən buraxmayan, gözü smartfonda olan insanları hamınız görmüsünüz. Bu, dünyanın istənilən yerində, o cümlədən Bakı yollarında hər gün müşahidə olunan adi mənzərədir. Hollandiyada bu cür smartfon asılılığı olan “xəstələr” üçün nəzərdə tutulmuş işıqfor sınaqdan keçirilir. Adi işıqfordan fərqli olaraq, yeni işıqfor yer səthində qurulacaq. Beləliklə, smartfona baxa-baxa yolu keçən piyadalar işıqforun hansı işığının yandığını görə biləcəklər. Artıq ilk belə işıqfor sınaq məqsədilə Bodeqraven və Erbek şəhərlərində quraşdırılıb. Mahiyyətcə, yeni işıqfor səki və yol örtüyündə quraşdırılmış işıq diodlu xətdən ibarətdir. Güman edilir ki, piyadalar bu işığı görərək təhlükələrdən sığortalanacaqlar.

10

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register