Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 31.3.2017-ci il.

Fransız filosofu, riyaziyyatçısı, fiziki, fizioloqu və yazıçı Rene Dekart 31 mart 1596-ci ildə anadan olub. Adı Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

İsaak Nyuton İngilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biridir. Elmi inqilabın başverməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. O 31 mart 1727-ci il tarixində dünyasını dəyişib.

Eyfel qülləsi Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. Eyfel qülləsi 1887-1889-cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qüllə 1889-cu ilin 31 martında açlışı olmuşdu.

RMS Titanik gəmisinin inşası 31 mart 1909-cu ildə Belfast şəhərində yerləşən gəmi tərsanəsində başlamış və inşaat işləri 26 ay davam etmişdir. İnşaat işlərində 11.300 nəfər çalışmışdır. Gəmi 31 may 1911-ci ildə suya salınsada daxili sahədə işlər bitmədiyindən işlər 1 il daha uzanmışdır. 2 aprel 1912-ci ildə gəminin hazırlanması tam yekunlaşmışdır.

Azərbaycanın Bakı, Şamaxı, Quba da daxil olmaqla bir sıra şəhərində erməni daşnakları və bolşeviklər tərəfindən yerli camaata qarşı soyqırımı törədilmişdir. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register