Marneuli kitabevi fəaliyyətə başladı

kitabxana

Marneuli şəhərində indiyədək kitabevi binası mövcud deyildi. Bu səbəbdən, vətəndaşların tələblərini nəzərə alaraq və İcra Başçısının təşəbbüsü ilə 2014 cü ilin oktyabrında, Marneuli şəhərinin mərkəzi küçəsində Rustaveli 71-də müassir standartlara cavab verən kitabevi binasının inşaasına başlandı. Bina ikimərtəbəlidir, dəmir-beton monolit çərçivədə və düzbucaqlı və trapesiya formalıdır. Bina açıq kitab formasındadır. Kitabxana Marneulidə kitaba sevgini aşılamaq, gənclər arasında təhsilə marağın artırılmasına xidmət edir. Yeni açılan kitabevi poeziya gecələri, konfranslar, təlimlər və işgüzar görüşlər təşkil etmək üçün vətəndaşların xidmətindədir. Kitabxananın fəaliyyəti Marneulidə müxtəlif millətlərin nümayəndələrinin inteqrasiyasına, mədəni əlaqələrin möhkəmləşdirilməsinə və tolerant münasibətlərin daha da dərinləşməsinə dəstək olacaq. Binada kitabxana, muzey, mədəni abidələr və turizm sahələri yerləşir. Bina müassir avadanlıqla-mebel və suvenirlər ilə təmin olunub. Layihə çərçivəsində sözü gedən əraziyə yaşıl ot örtüyü, gül kolları əkilib. Park ərazisində kiçik həcmli bir mərtəbəli kafe inşaa olunub. kitabevinin inşaası üçün yerli büdcədən bugünə qədər, 345 min lari xərclənib. Mövcud durum haqqında kitabxana müdürünün muavini Aytən Səmədova radiomuza məlumat verdi.daha sonra əhali arasında kitab xana haqqında sorğu apardıq.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register