Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən iri sosial şəbəkəsi olan “Facebook”un istifadəçiləri artıq öz dostlarının tarixçəsini izləyə biləcəklər. Sosial şəbəkədə “Stories” funksiyasının mobil versiyası “Android” və iOS əməliyyat sistemləri ilə çalışan cihazlar üçün əlçatan olub. İstifadəçilər bundan sonra dostları ilə bölüşmək istədikləri qısa videolar və fotolar yükləyə biləcəklər. Materiallar 1 sutka qalacaq, sonra öz-özünə silinəcək. Tarixçəni yaratmaq üçün müxtəlif effektlər, maskalar, filtrlərdən istifadə etmək mümkündür. İstifadəçi “Direct” düyməsi ilə öz tarixçəsini konkret seçdiyi bir və ya bir neçə dostu ilə bölüşə bilər. Bu cür foto və videolar alıcı tərəfindən baxıldıqdan sonra öz-özünə silinəcək. Qeyd edək ki, ilk dəfə “Stories” funksiyası “Snapchat” xidmətində yaranıb. Sonra bu funksiyanı digər sosial şəbəkələr də tətbiq etməyə başlayıb. “Facebook” “Snapchat”ı almaq istəsə də, buna nail ola bilməyib. Nəticədə “Facebook” analoji funksiyanı özünün bütün layihələrində – “Instagram”, “WhatsApp” və “Facebook Messenger”də tətbiq edib.

1

Mütəxəssislər 2017-ci ildə gözlənilən proqram yenilənmələrinin nədən ibarət olacağını açıqlayıblar. “Yandex” şirkəti korporativ müştərilərə yeni “Ekstrakt” axtarış sistemini təqdim edəcək. Xidmət pullu olacaq və şəbəkədəki məlumatların monitorinqini xeyli asanlaşdıracaq. “VKontakte” sosial şəbəkəsi daha əvvəl anons edilən messencerini istifadəyə verəcək. Xidmətin istifadəsi çox sadə olacaq və istifadəçilərin daimi əlaqəsini təmin edəcək. 2017-ci ilin sonunda “WhatsApp” messenceri geniş sistem yenilənməsini dəstəkləyə bilməyən köhnə smartfonlarda fəaliyyətini dayandıracaq. İlin sonunda “Nokia S40”, “Blackberry 10”, “Blackberry OS”, “Symbian S60” istifadəçiləri narazı qalacaqlar.

2

Keçən il “HTC” şirkətinin Ocean kod adlı yeni smartfonu haqqında məlumatlar ortaya çıxmışdı. Həmin məlumatlara əsasən yeni smartfon, keçmiş modellərdən, korpusun kənar sensorlu olması ilə fərqlənəcəkdi. Məlumata əsasən bu yeni smartfon, HTC U adı ilə təqdim olunacaq və şirkətin bu ilki flaqman modeli olacaq. Bir neçə müddət bundan öncə sözügedən cihaz, AnTuTu-nun məlumatlar bazasında ortaya çıxmış və beləliklə onun texniki göstəriciləri məlum olmuşdu. İndi isə smartfonun ilk render fotoları sızdırılıb. Xarici görünüşcə HTC U, bir neçə müddət bundan öncə təqdim olunmuş HTC U Ultra və U Play modellərinə bənzəyir. Maraqlısı ondadır ki, təqdim olunmuş render fotolarda HTC U, fiziki “Home” düyməsinə sahib deyil. Belə ki, həmin düymə sensorlu ola bilər. Lakin bununla yanaşı ön paneldə barmaq izi skanı da yoxdur. Buna baxmayaraq barmaq izi skanının bilavasitə ekrana inteqrasiya olunduğunu da inkar etmək olmaz. Hazırki məlumatlara əsasən HTC U, 2560×1440 piksel keyfiyyətli ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 12 MP-lik arxa və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon, Android 7.1.1 əməliyyat sistemi ilə çalışacaq. HTC U-nun təqdimatının bu ayın sonunda baş tutacağı gözlənilir.

3

Yeni kəşf kompüter prosessorlarında inqilab edəcək. Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri prosessorların yaradılması üçün yeni üsul icad ediblər. Texnologiya sayəsində “Mur” qanununun aktuallığını uzun müddət saxlamaq mümkün olacaq. Məlum olduğu kimi, “Mur” qanununa görə, inteqral sxemin hər kristalında tranzistorların sayı iki ildə bir dəfə olmaqla ikiqat artır. Yeni texnologiya hazırda mövcud olan variantlarla müqayisədə daha kompakt çiplər yaratmağa imkan verir. Bundan sonra ultrabənövşəyi şüalanmanın skan edilməsini gözləməyə ehtiyac qalmayacaq, daha nazik naqillərin öz-özünü qismən yığması prosesindən həzz almaq lazım gələcək. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyanın hazırkı şəraitdə praktiki tətbiqi kifayət qədər real görünür. Bunun üçün yalnız litoqrafiyanı qoşmaq və örtüyün hopdurulması prosesini işə salmaq lazımdır. Yaxın gələcəkdə 10 nanometr sıxlığa, az enerji sərfiyyatına və yüksək məhsuldarlığa malik prosessorların satışa çıxarılmasını gözləmək olar.

4

Amerikanın Clouds Architecture Office şirkətinin memarları, gələcəyin çox maraqlı layihəsini təqdim ediblər. Belə ki, yeni layihədə Yer kürəsinin səthinə toxunmayacaq, dünyanın ən böyük göydələnini tikmək təklif olunub. Fantastik tikili,Analemma Toweradını alıb və onun 50.000 km yüksəklikdə asılı vəziyyətdə qalacağı güman olunur. Sözügedən tikilini mühəndislər, geostasionar orbitdə asteroidə bərkidilməsini təklif ediblər. Bu zaman göydələn, asteroiddən, bərk trosların hesabına asılı vəziyyətdə qalacaq. İdeyaya əsasən sözügedən göydələn bir növ gələcəkdə göy üzündə olacaq şəhərlərin təməl layihəsi rolunu daşıyacaq. Reallaşdırılması lazım olan əsas işlər siyahısında lazımi asteroidi tapıb, onu Yer kürəsinin orbitinə çatdırmaq və göydələni kilometrlərlə uzadacaq texnologiyanı yaratmaq durur. Şirkət təmsilçilərinin məlumatlarına əsasən sözügedən göydələnin tikilməsində Birləşmiş Ərəb Əmirliklərinin inşaatçıları məşğul olacaqlar. Belə ki, onları işə cəlb etmək daha ucuz qiymətə başa gəlir. Bu cür tikilini enerji ilə təmin etməyə gəldikdə isə, burda günəş batareyalarından istifadə olunacaq. Su təminatı, buludlar vasitəsilə reallaşdırılacaq.

5

“Twitter” mikrobloqu avatarlarda illərdir istifadə etdiyi rəngli fonda ağ yumurta təsvirindən imtina edib. Istifadəçi profilində 2010-cu ildən tətbiq olunan standart yumurta təsvirinə son qoyulub. Onun yerinə tünd boz insan siluetindən istifadə olunacaq. Şirkətdən qeyd ediblər ki, bir çox istifadəçi yumurta şəklini əyləncəli və sevimli hesab etdiyi üçün öz avatarını dəyişmirdi. İndi isə düşünülür ki, yumurtanın boz siuetlə əvəzlənməsi istifadəçiləri öz avatarını yükləməyə vadar edəcək. Bundan başqa, “Twitter” daha bir yenilik edib. Artıq digər istifadəçiyə və ya qrupa cavab verdikdə istifadəçinin “@” işarəsi ilə başlayan adı 140 işarə çərçivəsinə aid edilməyəcək. Bununla da cavablar üçün əlavə yer açılmış olub.

6

“Samsung” şirkəti “Apple” ilə rəqabətdən kənarda qalmaq niyyətində deyil. Cənubi Koreya şirkəti ABŞ korporasiyasının qüruru olan “iPhone SE” smartfonu ilə uğurlu rəqabət aparmaq üçün yeni layihənin icrasına başlayıb. Belə ki, “Samsung” mühəndisləri bu günlərdə təqdimatı keçirilmiş yeni “Samsung Galaxy S8” smartfonunun kiçildilmiş variantını hazırlamaqla məşğuldur. Mini versiya 5,3 ekran ölçülü olacaq. İlkin məlumatlara görə, yeni cihaz “Samsung Galaxy S8 Mini” adlandırılacaq. Onun qiyməti 400 ABŞ dollarına bərabər olacaq.

7

Çinin məşhur “Huawei” şirkəti 2016-cı maliyyə ilinin nəticələri ilə bağlı hesabatını dərc edib. şirkət hər bir bölmə üzrə maliyyə göstəricilərinin artımına nail olub. “Huawei”in gəlirləri bir ildə 32 faiz artaraq 75,1 milyard dollar təşkil edib. Xalis mənfəəti cəmi 0,4 faiz artaraq 37,1 milyard dollar olub. Şirkətin elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə (Research and Development, R&D) ümumilikdə yatırdığı investisiyaların həcmi 11 milyard dolları keçib. “Huawei Carrier BG” bölməsinin göstəriciləri 24 faiz artaraq şirkətə 41,8 milyard dollar gəlir gətirib. “Huawei Enterprise BG” bölməsi 5,9 milyard dollar gəlir gətirib ki, bu da ötən ilin göstəricilərindən 47 faiz çoxdur. “Huawei Consumer BG” bölməsi ötən il 139 milyon smartfon realizə edib və gəlirlərini 44 faiz artıraraq 25,9 milyard dollar qazanıb.

8

“YouTube”dakı “iDeviceHelp” kanalında “Samsung Galaxy S8” smartfonunun müdafiə sistemini aldatmağın yolu barədə video yerləşdirilib. Smartfonu aldatmaq çox asan imiş. Bunun üçün smartfon sahibinin fotosunun başqa bir smartfonda olması kifayətdir. Həmin fotonu smartfona yaxınlaşdırdıqda “Galaxy S8”in üz tanıma sistemi smartfonun blokunu açır. Artıq “Samsung” məsələyə münasibət bildirib. Şirkətdən deyiblər ki, üz tanıma sistemi smartfonun “Samsung Pay” və “Secure Folder” kimi əsas proqram əlavələrinə çıxış imkanı vermir.

“iPhone 8”-lə bağlı yeni təfərrüatlar məlum oldu. İnternetdə “Apple”ın istehsalına hazırlaşdığı “iPhone 8” smartfonu ilə bağlı yeni təfərrüatlar yayılıb. Cihaz küncləri maili yox, hamar OLED-displeylə təchiz ediləcək. Displeyin bütün ekran boyu, ekranın diaqonalının isə 5,8 olacağı gözlənilir. “iPhone 8”-in “Lighting” qoşulma yerinin olmayacağı, əvəzində “MacBook”da istifadə olunan USB-C ilə təchiz ediləcəyi deyilir. Yeni smartfon bu ilin payızında təqdim olunacaq.

9

ABŞ Silahlı Qüvvələri üçün yaralı əsgərləri döyüş meydanından təxliyyə edəcək pilotsuz uçuş aparatları hazırlanır. ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib ki, ordu döyüş meydanında yeni tibbi texnologiyaların tətbiqi üzərində çalışır. Söhbət yaralı əsgərin və müəyyən qədər yükün yerləşdirilə biləcəyi ikiturbinli DP14 dronundan gedir. Dronun faydalı yükgötürmə qabiliyyəti 200 kiloqramdır. Aparatın yükgötürmə yerinin uzunluğu 1,8 metr, eni 0,5 metrdir. O, avtonom rejimdə 2,5 saat havada qalır. PUA-nın sürəti saatda 130 km-ə çata bilər. Məkanda orientasiya üçün qurğu lazer sistemləri, GPS və süni intellektdən istifadə edəcək. DP14 marşrutu özü seçir, maneələrdən qaçır, kursu korrektə edir və eniş üçün yer seçir. Qalxış və eniş üçün xüsusi meydançaya ehtiyac yoxdur. PUA 15 dərəcəli bucaqdan, kol-kos basmış yerlərdən, qarlı və buzlu səthdən havaya qalxa bilir. Sistem tüstülü, tozlu və yağışlı havada işləmək, yaralını okeandakı gəmilərə endirmək qabiliyyətinə malikdir. Hərbçilər hesab edir ki, bu cür sistemlər gələcəyin sistemləridir. O, ucuz, dözümlü və effektivdir.

10

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register