Gürcüstan Beynəlxalq Avtomobil Yarışı Çempionatına ev sahibliyi etdi

2

Aprelin 1-2 də, Gürcüstan Beynəlxalq Avtomobil Yarışı Çempionatına ev sahibliyi etdi.

Rustavi beynəlxalq avtomobil yarışları meydanında çempionatın açılışında Baş Nazir Qiorqi Kvirikaşvili iştirak etdi. Kvemo Kartli Qubernatoru Paata Xizanaşvili, Bölgə Bələdiyyələrinin rəhbər şəxsləri tədbirə tamaşaçı qismində qatılmışdılar.
Qeyd etmək lazımdır ki, sözü gedən yarışda iki gün ərzində quberniyanın təşəbbüsü ilə Kvemo Kartlinin digər bələdiyyələri ilə birlikdə Maneuli Bələdiyyəsinində köşkü açılmışdı. Köşkdə bələdiyyənin turizm və sənaye potensillarından bəhs edən sərgi təşkil olunmuşdur.
İdman yarışında qubernatorun təşəbbüsü ilə bölgədə yaşayan əlaçı və sosial aztəminatlı şagirdlər iştirak edirdilər.

Beynəlxalq çempionatda, 12 ölkənin, 16 avtomobil yarışçısı mübarizə aparırdı. Gürcüstanı isə yarışda Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin İdman Klubu Mia Force-un üzvü, Yol Hərəkətlərinin Təhlükəsizliyi Proqramının adı altında, Avropa çempionu Data Kaçaia və Serbiya idmançıDuşan Borkoviç təmsil edirdi. TCR-ın birinci mərhələsinin, ilk yarışının qalibi Data Kaçaia oldu.

Çempionatda iştirak etmək üçün alınan biletlərdən gələn məbləğin bir hissəsi onkoloji xəstəliyi olan uşaq və yeniyetmələrə dəstək olmaq məqsədi ilə “Həmrəylik Fondu”na köçürüləcək.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register