Hansı tv kanallara baxırsız?

Gürcüstanda 20 dən çox tv kanal var. Bu kanallardan artıq 14-ü Azərsat peyki üzərindən yayımlanır.Marneuli sakinləri ən çox hansı kanallara və hansı verilişlərə baxır mövzusunda sorğu keçirmişik.Sorğunun nəticələrini qeyd etməklə yanaşı Sizə gürcü kanallarının niyə az izlənməsinin səbəblərinidə təqdim edəcəyik. Ümumilikdə sorğuda seçim olaraq Türkiyə və Azərbaycan kanallarının adı daha çox sadalandı. Çünki bəzi məlumatlara görə hazırda Marneulidə 90% civarında peyk kanalları izlənilir. Lakin bu o demək deyil ki, həmin peyk antenaları vasitəsilə yerli kanallara baxılmır. Bunu isə ölçmək mümkün olmadığından çox vaxt bəzi ziyalılar yanlış olaraq Marneuli əhalisinin 90%-i yerli kanalları izləmir fikrinə gəlir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register