Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Çin alimləri elektrik enerjisini gecə vaxtı və pis hava şəraitində generasiya edən günəş batareyaları hazırlayıblar. Innovativ günəş panellərinin tərkibinə uzunmüddətli işıqlandırmaya malik xüsusi lüminofor əlavə olunub. Çin Okeanologiya Universitetinin professoru Tan Tsyunveyin sözlərinə görə, gündüz Günəş işıq saçan zaman panellərin faydalı təsir əmsalı cüzi yüksəlsə də, fotoelementlərin udmadığı günəş işığı enerjisi lüminoforun daxilində qalır və gecə emal edilir. Bildirilir ki, gecə saxlanılan enerji absorbenti udaraq onu elektrik şəklində ötürən görünən birrəngli şüaya çevirir. Beləliklə, innovativ günəş batareyaları həm gündüz, həm də gecə işləyə bilir. Sutkanın qaranlıq vaxtlarında yeni günəş panellərində günəş enerjisinin elektrikə çevrilmə səmərəliliyi 25 faiz və daha çox təşkil edir və bu rejimdə batareyalar bir neçə saat işləyir. Ötən il T.Tsyunvey və onun həmkarları günəş batareyalarına yağışlı havada elektrik enerjisi hasil etməyə imkan verən yeni texnologiya yaradıblar.

1

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri prosessorların yaradılması üçün yeni üsul icad ediblər. Texnologiya sayəsində “Mur” qanununun aktuallığını uzun müddət saxlamaq mümkün olacaq. Məlum olduğu kimi, “Mur” qanununa görə, inteqral sxemin hər kristalında tranzistorların sayı iki ildə bir dəfə olmaqla ikiqat artır. Yeni texnologiya hazırda mövcud olan variantlarla müqayisədə daha kompakt çiplər yaratmağa imkan verir. Bundan sonra ultrabənövşəyi şüalanmanın skan edilməsini gözləməyə ehtiyac qalmayacaq, daha nazik naqillərin öz-özünü qismən yığması prosesindən həzz almaq lazım gələcək. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyanın hazırkı şəraitdə praktiki tətbiqi kifayət qədər real görünür. Bunun üçün yalnız litoqrafiyanı qoşmaq və örtüyün hopdurulması prosesini işə salmaq lazımdır. Yaxın gələcəkdə 10 nanometr sıxlığa, az enerji sərfiyyatına və yüksək məhsuldarlığa malik prosessorların satışa çıxarılmasını gözləmək olar.

2

“WhatsApp” mesajlaşma proqramı yeni funksiyasını istifadəyə verməyə hazırlaşır. Proqram vasitəsi ilə yaxın zamanda istifadəçilər bir-birinə pul göndərə biləcəklər. Pul transferi funksiyası ilk olaraq Hindistanda test ediləcək.

7

“Android” əməliyyat sistemi istifadəçilərinin internetdə fəallığı tarixdə ilk dəfə olaraq “Windows” istifadəçilərinin fəallığını üstələyib. ötən ay əməliyyat sistemləri bazarında dönüş baş verib. “StatCounter” şirkətinin məlumatına əsasən, internet trafikinin 37,93%-i “Android”in payına düşüb. “Windows” əməliyyat sisteminin payı 37,81% olub. Bu məlumatlar mobil cihazlara keçid tendensiyasından xəbər verir və aradakı fərq daha da artacaq. “iOS” və “macOS” əməliyyat sistemlərinin payı isə müvafiq olaraq 13,09 və 5,17% təşkil edib.

4

Samsung şirkətinin 29 Martda tanıtdığı Galaxy S8 və S8 Plus modeli 4 GB RAM-a sahibdir. Amma bu modelin 6 GB RAM-a sahib versiyaları da hazırlanır. Ortaya atılan iddialara görə isə, Galaxy S8 Plusun 6 GB RAM-lı modeli gözləniləndən də baha olacaq. 6 GB RAM-lı modellər ilkin olaraq Çində satışa buraxılacaq. Cənubi Koreyada yayımlanan hesabatlara görə 128 GB daxili yaddaşa və 6 GB RAM-a sahib olacaq Galaxy S8 modellərinin qiyməti 1000 dollar olacağı düşünülsə də, real qiymət 1050 dollardır. İddialar öz təsdiqini tapsa Midnight Black rəngində olacaq modellər ilk olaraq Çində satışa buraxılacaq. Yəni, ilkin olaraq hətta koreyalı istifadəçilər belə 6 GB RAM-lı modelləri istifadə edə bilməyəcək. Yayımlanan hesabatlarda yeni modellərin TENAA tərəfindən təsdiqləndiyini və qısa müddətdə bazara buraxılacağı bildirilib. Samsung Galaxy S8-in texniki xüsusiyyətləri və paralel olaraq tədim edilən yeniliklərlə bağlı bu xəbərimizdən məlumat ala bilərsiniz.

5

“Adidas” şirkəti “All Day” adlanan fitnes əlavəsi yaradıb. Proqram istər peşəkar idmançılar, istərsə də öz sağlamlığının qayğısına qalan sadə istifadəçilər üçün nəzərdə tutulub. Server yazılı və video dərslərdən ibarətdir. Onların məzmunu şərti olaraq 4 istiqamətə bölünüb: fiziki məşğələlər, balanslı qidalanma, relaksasiya və meditasiya. Bundan başqa, fitnes əlavəsi piyada keçilmiş məsafəni izləməyə və gün ərzində “yandırılan” enerjinin həcmini hesablamağa imkan verir. Hazırda proqram daha çox zərif cinsin nümayəndələrinə istiqamətlənib. Ancaq proqramın yaradıcıları kişi auditoriyasını da əhatə etməyi planlaşdırır. Unikal əlavədən bu ilin yayından istifadə etmək mümkün olacaq. Server “Android” və iOS istifadəçiləri üçün əlçatan olacaq.

6

“Apple” korporasiyası bazardakı rəqiblərindən olan “Samsung”dan böyük partiya əyilən OLED-displeylər sifariş edib. Yeni “iPhone 8” smartfonlarında 70 milyon ədəd ekran istifadə olunacaq. Məlumdur ki, əyilən texnologiya “Apple”ın növbəti seriya məhsullarında istifadə ediləcək. 2017-ci ilin sonuna qədər Cənubi Koreya şirkəti 90 milyon ədəddən çox displey tədarük etməyi planlaşdırır. İstisna deyil ki, “iPhone 8”in bütün üz paneli ekranla əhatə olunacaq. Qeyd edək ki, istehsalçılar arasında əyilən displey texnologiyasını ilk dəfə məhz “Samsung” sınaqdan keçirib. Bu, korporasiyanın əsas rəqibi olan “Apple” ilə ilk belə irimiqyaslı razılaşmasıdır.

7

“HMD Global” korporasiyasının istehsalı olan smartfonun texniki xüsusiyyətləri barədə məlumat yayılıb. Cihaz “Nokia 9” adlanacaq. Çünki şirkət məşhur brendin hüquqlarına malikdir. “Android” bazasında çalışacaq cihaz kanallara bölünmə sayəsində yüksək keyfiyyətli 360 dərəcəli audiolar yaza biləcək. Bu funksiyanı tərtibatçılar “Nokia OZO Audio” adlandırıblar. Onun işləməsi üçün smartfona 4 ədəd mikrofon əlavə edilib. “Nokia 9” səkkiznüvəli prosessora malikdir. Operativ yaddaş 6 Gb, daxili yaddaş 64 Gb olacaq. Yeniliklərdən biri göz bəbəyi ilə cihazın sahibinin tanınmasıdır. Cihazda 2560Х1440 piksel həllə malik 5,5 həcmli OLED ekran olacaq. Smartfonlar IP68 standartına uyğun olaraq toz və rütubətdən qorunacaq.

8

“Facebook”a məxsus populyar “WhatsApp” messenceri vasitəsilə rəqəmsal ödənişlər həyata keçirmək mümkün olacaq. “Facebook”un növbəti 6 ay ərzində müvafiq sınaqlar həyata keçirəcəyi gözlənilir. Yeni imkan ilk növbədə Hindistandan olan “WhatsApp” istifadəçilərinə yönələcək. Məlum olduğu kimi, “Facebook” bu Asiya ölkəsini ən dinamik və perspektivli bazarlardan biri qismində görür. “WhatsApp”ın həmtəsisçisi Brayan Ekton bildirib ki, layihənin həyata keçirilməsi üçün Hindistan hökuməti ilə danışıqlar aparılıb. “Facebook”un layihənin coğrafiyasını Hindistan hüdudlarından kənara çıxaracağı, yoxsa layihənin bu ölkə üçün eksklüziv olacağı hələlik dəqiqləşməyib.

9

“Apple Watch” tərtibatçıları “Cognition Kit” adlanan yeni əlavənin işlənib hazırlanması üzərində çalışırlar. Bu əlavənin köməyi ilə insanlarda koqnitiv pozğunluqları izləmək və təhlil etmək mümkün olacaq. “Cognition Kit” əlavəsinin işinin mahiyyəti klinikadan kənarda xəstələrin gündəlik həyatında bu xəstəliyin əlamətlərin qiymətləndirilməsi və monitorinqindən ibarətdir. Mütəxəssislər bu yolla öz müştərisinin davranışına nəzarət edə və bununla da müalicə kursuna düzəlişlər edə biləcəklər. Proqram əlavəsinin tərtibatçısı Cenni Barnett bildirib ki, “Cognition Kit” nevralgiyanın əsasları və aparıcı texnologiyaların sintezi əsasında yaradılıb. Hazırda 18 yaşdan 65 yaşa qədər olan və depressiyadan, əsəb gərginliyindən əziyyət çəkən 20 nəfər üzərində təcrübə aparılır. Təcrübənin nəticələri bu ilin ilk yarısında dərc ediləcək. Bununla da ənənəvi müalicə və yeni texnologiyalar arasında müqayisə aparmaq mümkün olacaq.

10

“Microsoft” korporasiyası yaxın gələcəkdə ikidispleyli qurğu istehsal etmək niyyətindədir. Displeylərdən biri istifadəçilərə mətnli informasiyanın elektron mürəkkəb texnologiyası vasitəsilə daxil edilməsinə imkan verəcək. Hər iki ekran sensorlu olacaq. Həmçinin “Surface Touch Cover” klaviaturasında musiqi pleyerinin idarə olunması üçün düymələr yerləşəcək və səslənən musiqi haqqında bütün məlumatlar göstəriləcək. Bildirilir ki, patent üçün yeni müraciət ötən ilin payızında verilib. Hazırda patentin konkret qurğu və ya innovativ konsepsiya şəklində həyata keçiriləcəyi məlum deyil. Lakin istənilən halda “Microsoft” pərəstişkarları yaxın gələcəkdə yeni texnologiyalardan həzz almaq imkanı əldə edəcəklər.

11

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register