Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 5.4.2017-cı il.

Dünyada ilk dəfə qeydiyyata alınan meteorit 1804-cü ilin 5 aprelində Şotlandiyaya düşmüşdü.

1879-cu ilin bu günü Çili hökümətinin Boliviya və Peruya müharibə elan etməsi. Sakit okeanı müharibəsinin başlanmasına səbəb olmuşdu.

Asəf Zeynallı 1909-cu ilin 5 aprelində Dərbənddə doğulmuşdur. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almış və bir çox əsərlərin müəllifidir. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.

Tanınmış ABŞ aktyoru, 1940-1960-cı illərdə Hollivudun ən çox tələb olunan ulduzu, “Masqaraçını öldürmək” filmindəki vəkil Attikus Finç roluna görə Ən yaxşı kişi roluna görə “Oskar” mükafatı laureatı Eldred Qreqori Pek 5 aprel 1916-cı ildə Kaliforniya ştatının La-Hoyya şəhərciyində anadan olmuşdur.

Türkiyə rok ifaçısı, Türkiyə rok musiqisinin ən tanınmış nümayəndələrindən və Anadolu rok üslubunun yaradıcılarından biri olan Cem Karaca  1945-ci ilin bu günü anadan olub. O, bir çox musiqi qrupuyla əməkdaşlıq etmiş və bir çox qrupların yaradıcısı və rəhbəri olmuşdu. Türk dilində rok ifa edən ilk ifaçılardandır.

1969-cu ilin bu günü Vyetnam müharibəsinin dayandırılması üçün ABŞ-ın bir çox şəhərlərində etiraz aksiyalarıbaşlamışdır.

Bosniya və Herseqovina Balkan yarımadasında yerləşən dövlətdi. Bu ölkə bir bütünü meydana gətirən üç etnik qrupa ev sahibliyi etməkdədir: Boşnaklar, Serblər və Xorvatlar. Bosniya və Herseqovina hökuməti 1992-ci ilin bu günü öz müstəqilyini elan etdi.

Yaponiyada Şikoku və Hunşu adalarını birləşdirən dünyanın ən uzun asma körpü olan Akaşi Kaikyo Körpüsü 1998-ci ilin 5 aprelində xidmət üçün açıldı.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register