Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Yeni mikroçip ən miniatür qurğularda danışığın tanınması funksiyasından istifadəyə imkan verəcək. Ötən gün mobil telefonlarda danışığın tanınması funksiyasına malik səs assistentindən istifadə adi haldır. Ancaq çox az adam bilir ki, bu funksiya istifadə zamanı 1 Vatt enerji istifadə etməklə yanaşı, qurğunun prosessorunu kifayət qədər çox gücə salır. Belə yüksək enerji sərfiyyatı sözügedən funksiyanın kiçikölçülü qurğularda tətbiqinə imkan vermir, amma Massaçusets Texnologiya İnstitutunun alim və mühəndisləri tərəfindən hazırlanmış yeni çip sayəsində bu vəziyyət dəyişə bilər. Alimlərin yeni həlli danışığın sürətindən asılı olaraq 0.2-10 millivatt enerji sərf edir ki, bu da indiki göstəricidən 100 dəfə daha azdır. Yeni tip çip səsli idarəetmədən istifadə zamanı akkumulyatorun şarjının 90%-dək qənaət etməsinə imkan verəcək. Bu, “ağıllı” saat və başqa daşınan elektronikadan istifadə zamanı mükəmməl həldir.

1

Rusiyada Leninqrad vilayətinin rəhbərliyi azyaşlıların sosial şəbəkədən istifadəsinin qarşısını almaq məqsədilə qanun layihəsi hazırlayıb. Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, layihədə 14 yaşından aşağı vətəndaşların sosial şəbəkədən istifadəsinə qadağa nəzərdə tutulub. Layihənin icraası zamanı azyaşlıların yalnız pasport məlumatlarını doldurduqdan sonra sosial şəbəkədə qeydiyyatdan keçməsi və istifadə etməsi nəzərdə tutulub. Bu qanunu pozan və azyaşlılara sosial şəbəkədən istifadəyə şərait yaradan internet resusların isə 300 min-500 min rubl arasında cərimə edilməsi planlaşdırılır. Ötən gün Dövlət Dumasına təqdim olunacaq layihəyə parlament üzvlərinin baxacağı gözlənilir. Rusiyalı deputatlar qanun layihəsinə dəstək verəcəyi təqdirdə əvvəlcə Leninqrad, ardınca isə Rusiya ərazisində bu qadağanın qüvvəyə minməsi gözlənilir. Layihənin müəlliflərindən biri – Leninqrad vilayətindən deputat Vladimir Petrov bildirib ki, qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

2

Apple şirkəti “ağıllı eynək” istehsalı sahəsində səylərini gücləndirir. Verilən məlumatlara görə, şirkət kommersiya layihəsinin artıq ticari məhsul mərhələsinə keçirmək üçün böyük resurslar ayırıb. Virtual və artırılmış reallıq texnologiyası sahəsində ekspert olan Robert Skobl yanvar ayında bildirmişdi ki, Kaliforniya şirkəti optika istehsalçısı olan Carl Zeiss şirkəti ilə əməkdaşlıq edərək yüngül “ağıllı eynəklər” yaradır. Bu isə uğur qazana bilməyən Google Glass eynənklərinə analoji məhsul olaraq yaradılır. Ekspert həmçinin qeyd edib ki, gadget artıq 2017-ci ilin ortalarında təqdim edilə, yaxud 2018-ci ilə təxirə salına bilər. Təxminlərə əsasən, layihə üzərində yüzlərlə Apple mühəndisi çalışır.

3

Samsung Display” şirkətinin baş mühəndisi qatlanan smartfonun nə vaxt buraxılacağı məsələsinə aydınlıq gətirib. Mütəxəssis yaxın vaxtlarda bunu gözləməyin əbəs olduğunu bildirib. O deyib ki, inqilabi cihaz 2019-cu ildən tez buraxılmayacaq. Baş mühəndis hazırda çərçivəsiz smartfonlar modelinə üstünlük verdiklərini və bunların bazarda yaxşı satıldığını söyləyib. Bu səbəblə şirkət bükülən smartfon planını təxirə salır. Xatırladaq ki, daha öncə bu cür smartfonların 2017-ci ildə buraxılacağı barədə xəbərlər yayılmışdı. Planlar təxirə salınsa da, yeni tip cihazları çox gözləmək lazım gəlməyəcək. “Samsung” artıq dəfələrlə qatlanan panelləri nümayiş etdirib. Cənubi Koreya şirkətinin əsas rəqibi “Apple” korporasiyası da bükülən smartfon modelini patentləşdirib.

4

Rusiyanın populyar “VKontakte” sosial şəbəkəsində istifadəçiləri şoka salan hadisə baş verib. Sosial şəbəkənin “Videoyazılar” bölməsində pornoqrafik xarakterli onlayn videçarxlar peyda olub. İstifadəçilər artıq iki gündür bu bölmədə porno nümayiş etdirildiyini deyir. Şəbəkənin mətbuat xidməti məsələyə münasibət bildirib. Onlar ictimaiyyəti əmin edib ki, belə videoların nümayişi üçün ciddi məhdudiyyətlər, filtrlər quraşdırılıb və azyaşlıların bu bölməyə daxil olmasına imkan verilmir, lakin ara-sıra müvəqqəti nasazlıqlar yarana bilir. Tərtibatçılar yaranmış problemləri aradan qaldırmağa söz veriblər. İstifadəçilər və bir çox mütəxəssislər diqqəti ona yönəldiblər ki, bir çoxları “VKontakte”yə saxta məlumatlarla daxil olur. Bu səbəblə, porno videolar hər kəs üçün əlçatandır. Bu isə adekvat istifadəçilərin gözündə saytın nüfuzuna ciddi neqativ təsir göstərir.

5

“Samsung” şirkəti özünün flaqman smartfonu – “Samsung Galaxy S8” barədə kitab buraxmaq niyyətindədir. “Samsung Galaxy S8”in yaradılması prosesi barədə kitab “Milan Design Week 2017” sərgisinə qədər hazır olacaq. Tədbir çərçivəsində şirkət nümayəndələri populyar smartfonun nə qədər müddətə hazırlandığı və dizaynının necə tərtib edildiyi haqda danışacaqlar. “Milan Design Week 2017” sərgisinin iştirakçıları “Samsung Galaxy S8” smartfonu ilə şəxsən tanış ola və onun zahiri görünüşünü qiymətləndirə bilərlər.

6

Mütəxəssislər bu il təqdim olunacaq yeni “Apple” smartfonunun təxmini qiymətini hesablayıblar. Ekspertlərin fikrincə, “iPhone 8” modeli 900 dollardan baha olmayacaq. Analitiklər tərtibatçılardan əldə etdikləri bütün məlumatları nəzərdən keçiriblər. Hazırda məlum olan budur ki, ABŞ korporasiyası “Samsung” şirkətindən 70 milyon ədəd OLED-displey sifariş edib. Eləcə də “iPhone 8”də “Touch ID” sensorunun tətbiq olunacağı bəllidir. Hesablama zamanı smartfonun 7-ci versiyasına olunan əlavələr də nəzərə alınıb. Bütün təhlillərdən sonra mütəxəssislər yeni smartfonun qiymətini orta hesabla 900 dollar həcmində qiymətləndiriblər. Onlar hesab edir ki, qiymət 1000 dollardan yuxarı olmamalıdır.

7

ABŞ-ın elektrik avtomobilləri istehsal edən özəl şirkəti – “Tesla”nın bazar dəyəri ilk dəfə olaraq məşhur “General Motors” konserninin bazar dəyərini üstələyib. Aprelin 4-də İlon Maskın şirkətinin dəyəri 53 milyard dolları ötüb. Ənənəvi istehsalçı GM-in dəyəri isə 49,80 milyard dollar olub. “Tesla”nın bir səhminin qiyməti 303,02 dollara yüksəlib. GM-in bir səhmi isə 34,26 dollardır. “Tesla”nın tezliklə yeni “Model 3” elektromobili buraxacağı barədə xəbərlər şirkət səhmlərinin dəyərini artırıb.

8

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register