9 aprel şəhidlərinin anım mərasimi keçirildi

9 aprel tarixində Marneuli rayonunun Algeti kendində İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə 9 aprel 1989-cu il Gürcüstanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin anım mərasimi keçirildi. Tədbiri giriş sözüilə açan İnkişaf və Təhsil Mərkəzinin layihələr üzrə koordinatoru Murad Muradov tədbir iştirakçılarına 9 aprel hadisəsi haqda danışdı və bu günün Gürcastanın müstəqilliyi üçün nə qədər önəm daşıdığını vurğuladı. Tədbirdə Gürcüstan Parlamentinin deputatları Savalan Mirzoyev, Ruslan Hacıyev, Barışıq və Vətəndaş Bərabərliyi İşi Üzrə Dövlət Nazirinin bölgə nümayəndəsi Zaur Darğallı, ziyalılar, gənclər, kənd ağsaqqaları və digər rəsmi şəxslər iştirak və çıxış etdilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register