Birinci sinifə şagirdlərin qeydiyyatı başladı

Birinci sinifə şagirdlərin qeydiyyatı aprelin 10-dan başladı. Təhsil Nazirliyinin verdiyi məlumata görə, qeydiyyat prosesi iki mərhələyə bölünüb:

I mərhələdə 2017-ci il aprelin 10-dan aprelin 24-ə qədər davam edəcək. Qeydiyyat məktəblərdə həyata keçiriləcək. Birinci mərhələdə qeydiyyatdan valideynləri həmin məktəbdə işləyən və yaxud uşağın bacısı və qardaşı eyni məktəbdə oxuyan uşaqlar qeydiyyatdan keçməlidilər. Sənədlərin qəbuli isə, aprelin 25-dən mayın 5-nə qədərdir.

II mərhələdə elektron qeydiyyat həyata keçirləcək. 2017-ci ilin 8 mayından iyulun 1-nə qədər davam edəcək. Məktəb yaşına uyğun olan hər bir uşaq qeydiyatdan keçə bilər. Qeydiyyat Təhsil Nazirliyinin İnformasiya Sisteminin İdarəsinin rəsmi veb-səhifəsində həyata keçirilir. Bunun üçün  WWW.EMIS.GE saytına daxil olmalısız.

Sənədlərin qəbulu isə, iyunun 2-dən iyunun 15-nə qədərdir. Sənədləri vaxtında təqdim edilmədiyi halda, qeydiyyat ləğv olunur.

III mərhələ isə, 19 iyun 30 iyul tarixini əhatə edir.

Marneuli məktəblərində qeydiyyatın başlaması haqqında məlumatı varmı bu haqqda Marneuli Təhsil Mərkəzinin sədri Kənan Ömərov radiomuza məlumat verdi.

“2017-2018-ci tədris ili üçün birinci siniflərin qeydiyyatı 10 aprel tarixindən başlamış elan edilib. Sentyabır ayının 15-nədək altı yaşı tamam olan gələcək şagirdlərmiz  qeydiyyatdan keşə bilərlər və bu barədə hərbir məktəblər məlumatlıdırlar”.

Onuda əlavə edim ki, Gürcüstanda orta məktəbə qəbul 6 yaşından başlayır.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register