Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

İnternetdə izlədikdən sonra görmə qabiliyyətini yaxşılaşdıran və gözlərin yorğunluğunu aradan qaldırmağa kömək edən film yayılıb. “YouTube”da yerləşdirilən video maraqla qarşılanıb. Müasir insanın həyat tərzi elədir ki, gözlər gün ərzində həddən artıq yüklənir və gərginlikdə olur. Belə ki, insanlar günün əksər hissəsini kompüter, planşet və smartfonların qarşısında keçirirlər. Bu cür həyat tərzi gözündə problem olan insanların sayının artmasına səbəb olur. Xüsusilə də bu problemlər daha erkən yaşlarda başlayır. “YouTube”də yerləşdirilmiş videoçarxın müəllifi inanır ki, bu filmin izlənilməsi zəifləmiş görmə qabiliyyətinin əməliyyatsız bərpasına və linzalardan imtina etməyə kömək edəcək. Videoda görmənin yaxşılaşdırılması üçün faydalı məsləhətlər verilib və effektiv məşğələlər əksini tapıb. Videoçarx müəllifinin sözlərinə görə, daha yaxşı effekt üçün bu cür hərəkətləri gündə iki dəfə etmək lazımdır.

“Heapsylon” şirkəti “Sensoria” adını verdiyi “ağıllı corablar”ını satışa çıxarıb. Yenilik xüsusi indikatorların köməyi ilə pəncənin düzgün vəziyyətinə nəzarət etməyə imkan verəcək. Bu corablar xüsusən qaçışla məşğul olanlar üçün faydalı olacaq. Xüsusi proqram analizin nəticələrini smartfonun ekranına çıxaracaq ki, bununla da idmançı fiziki hərəkətlərinin düzgünlüyünü analiz edə biləcək. “Ağıllı corablar”ın qiyməti 80 dollar təşkil edir.

1

”Samsung”un yeni məhsulları olan “Galaxy S8” və “Galaxy S8 Plus”a böyük alıcı marağı müşahidə olunur. 7 apreldən başlayan sifariş kampaniyası zamanı iki gün ərzində bu modellərə 550 min sifariş qeydə alınıb. Bu isə “Galaxy S7” modellərinə olan sifarişlərdən 5,5 dəfə çoxdur. Artıq “Samsung” şirkətinin rəhbərliyi sifarişləri yerinə yetirə bilməyəcəyindən ehtiyatlanır. Ekspertlər isə indiyədək görünməyən alıcı marağını yaxşı təşkil olunmuş reklam kampaniyası ilə əlaqələndirir. İlk sifarişçilər yeni smartfonlarını aprelin 18-də əldə edəcəklər.

2

“Samsung” şirkətinin satışa çıxaracağı “Galaxy Note 8” smartfonu haqqında bəzi yeniliklər məlum olub. “Galaxy Note 8” ən böyük ekranlı smartfon olacaq. Ekranın böyük olmasının əsas səbəbi batareyanın partlamasının qarşısını almaqdan ibarətdir. Belə ki, əvvəlki “Note 7” modelində bu cür problem mövcud idi. Telefonun daha müasir və təhlükəsiz olması üçün hər bir incəliyə toxunulub.

3

“YouTube” şirkəti tətbiq edəcəyi yeni funksiya sayəsində tamaşaçı kütləsini daha da artırmağı planlaşdırır. Bundan sonra “YouTube”-dakı videolara yazılan şərhləri də tərcümə edə biləcəyik. Yeni tətbiq 76 dildə tərcümə etmək bacarığına sahibdir. Artıq çoxları üçün əlçatmaz olan dillərdə yazılan şərhlərin mənasını asanlıqla öyrənəcəyik.

4

Yaponiyanın “Toshiba” şirkəti televizor istehsalı üzrə bölməni satmaqla bağlı planlarını açıqlayıb. Bununla əlaqədar imzalanacaq sazişin yaxın ildə başa çatacağı gözlənilir. Perspektivli istiqamətin satışa çıxarılması nüvə energetikası sahəsində maliyyə itkiləri ilə əlaqələndirilir. Potensial alıcılar qismində Çinin “Hisense Group” və Türkiyənin “Vestel” şirkətləri çıxış edir. Türkiyə şirkəti Avropada “Toshiba” markalı televizorların buraxılışı və satışı hüququna malikdir. Yaponiyada isə “Toshiba” istehsalçısı televizor satışını müstəqil həyata keçirir. Xatırladaq ki, “Toshiba” yarımkeçiricilərin istehsalı üzrə bölməni də satmaq niyyətindədir, bir ilin əvvəli isə məişət texnikasının istehsalı üzrə bölməni “Midea” şirkətinə satıb.

5

“Google” şirkəti öz şəxsi xəbər aqreqatoru “Google News”da və axtarışda xəbərlərin etibarlılığının yoxlanılması sistemini istifadəyə verib. Bu funksiya ötən ilin payızından yalnız ABŞ və Böyük Britaniyada “Google News”da əlçatan idi. Xəbərlərdə faktların yoxlanılması (fact checking) ilə “PolitiFact” və “Snope” xidmətləri daxil olmaqla bir sıra kənar təşkilatlar məşğul olur. Əgər axtarışda və ya xəbərlər aqreqatorunda əks etdirilən material “Fact Check” işarəsi ilə müşayiət olunarsa, o zaman istifadəçi nəşrdə göstərilən faktların etibarlılığını yoxlayan təşkilatın rəyini öyrənə, ətraflı informasiyanı isə istinad vasitəsilə əməkdaşlıq edilən təşkilatın saytına keçməklə əldə edə bilər. Bəzi hallarda müxtəlif təşkilatlar tərəfindən eyni faktın etibarlılığının yoxlanılmasına dair nəticələr bir-birinə zidd ola bilər. Lakin şirkət nümayəndələri güman edirlər ki, belə zidd məlumatlar bu və ya digər xəbər haqqında şəxsi fikrin formalaşmasında faydalı olacaq. Qeyd edək ki, daha əvvəl saxta xəbərlərlə mübarizəyə yönəldilmiş oxşar “fact checking” xidməti “Facebook” sosial şəbəkəsində istifadəyə verilmişdi. Hazırda bu xidmət ABŞ, Almaniya və Fransadan olan istifadəçilər üçün əlçatandır.

6

Nokia bu mart ayında keçirilən MWC 2017 tədbirində android sistemli bir-neçə smartfon modelini tanıtmışdı. Lakin orta səviyyədə olan Nokia 3,5 və 6 modelləri smartfon sektorunda güclü rəqabət üçün kifayət deyil. Nokia şirkəti isə bunu əvvəlcədən planlaşdırmış və güclü texniki xüsusiyyətləri ilə fərqlənən yeni bir smartfonun hazırlıqlarına başlamışdı. Nokia 9 adı veriləcək bu yeni model şirkətin hazırkı lider smartfonu olacaq və bazarda kifayət qədər əks-səda yarada biləcək. Cihazın qiymətindən əvvəl texniki xüsusiyyətlərinə fikir verək: Ekran: 5.5 düym OLED QHD, Prosessor: Qualcomm Snapdragon 835, RAM: 6 GB  Daxili yaddaş: 64/128 GB, Batareya: 3800 mAh Qualcomm Quickcharge 4.0 texnologiyası, Əməliyyat sistemi: Android 7.1.2 Nougat, Kamera: 22 MP arxa və 12 MP ön, Əlavə təchizat: İris skaner, barmaq izi sensoru, Nokia OZO Audio və İP68. 2017-nin 3-cü rübündə ( İyul, Avqust, Sentyabr ) tanıdılması gözlənilən Nokia 9 modelinin satış qiyməti ABŞ-da 700 dollar, Avropada isə 750 avro dəyərində olacaq.

7

OnePlus 5 smartfonu olduqca iddialı gəlir. Üst səviyyə xüsusiyyətlər təqdim etməyi ənənə halına gətirmiş olan OnePlus-un son modelindən yeni məlumatları sizlərə təqdim edirik. OnePlus yeni modeli olan OnePlus 5 ilə yenə üst səviyyə xüsusiyyətlər təqdim etmək strategiyasından əl çəkməyəcək. OnePlus 5 smartfonunun təqdim edəcəyi xüsusiyyətlər haqqındakı son məlumatlar isə belədir. Çində 4 rəqəmininpis şans mənasına gəlməsi, OnePlus-ın OnePlus 3T modeli sonrasında birbaşa OnePlus 5-ə keçməsinə səbəb oldu. Digər tərəfdən şirkət, ənənəsini pozmayaraq yenə üst səviyyə xüsusiyyətləriylə diqqət çəkməyi bacaracaq. Son iddialara görə OnePlus 5, yüksək daxili yaddaş həcmi təmin etmək üçün 8 GB RAM ilə birlikdə gələcək. Yəni bu, hazırda bazarda olan bir çox yeni flaqman modelinin 2 qatı qədər yaddaş deməkdir. 8 nüvə və Adreno 540 GPU-lu Qualcomm Snapdragon 835 prosessorundan gücünü alması gözlənilən OnePlus 5, bu ilin üst səviyyə smartfon telefonlarında görməyə öyrəşdiyimiz daha az çərçivə miqdarına sahib olacaq. Ekran keyfiyyəti olaraq 1440 x 2560-dan bəhs edilir, yəni artıq şirkət 1080 x 1920 keyfiyyətindən istifadə etməyəcək. Yenə son dövrdə dəb halına gəlmiş iki kamera quraşdırılması da bu model üçün gözlənilənlər arasındadır. Bu ilin ikinci yarısında bazara çıxarılması gözlənilən OnePlus 5 smartfon telefon üçün təxmin edilən qiymət etiketi 500 dollardan aşağıdır.

8

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register