Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bu ayın sonunda yeni “Meizu Pro 7” flaqman smartfonunun təqdimatı gözlənilir. Bu barədə “Meizu” şirkətinin vitse-prezidenti Li Nen bildirib. O deyib ki, bu ay “Meizu” özünün maraqlı dizayna malik yeni smartfonunu tədqim etməyə hazırlaşır. Söhbət “Meizu M5X” modelindən getmir. Xatırlatmaq yerinə düşər ki, ötən ilin aprel ayında “Meizu Pro 6” modeli təqdim olunub. Bundan başqa, bu ay digər texnoloji nəhəng – “Xiaomi” şirkəti “Meizu”nun layiqli rəqibini nümayiş etdirəcək. Şayiələrə görə, “Meizu Pro 7” 4K formatlı, 5,7 düym diaqonallı displeyə malikdir. Bundan başqa, smartfon “Sony IMX362” görüntü “datçik”inə malik 12 meqapiksel kameraya malik olacaq.

2

“Samsung Electronics” şirkəti əyilən displeyli “Galaxy X” smartfonunun istehsalına başlamaq istəyir. Açılıb-bağlanan formada buraxılacaq cihaz elastik ekranla birləşmiş iki OLED displeydən ibarət olacaq. Smartfon 180° bucaq altında açıla biləcək. Söz-söhbətə görə, Cənubi Koreya nəhəngi artıq 2-3 min ədəd əyilən ekranlı smartfonun komplektlərinin istehsalı üçün sifariş yerləşdirib. Bu smartfonlar bu ilin birinci yarısında hazır olmalıdır. Nəhayət, mənbə əlavə edir ki, “Samsung” və onun “Samsung Display” bölməsi rəqiblərini qabaqlamaq üçün işləri sürətləndiriblər. Şirkət bu ilin ikinci yarısında bazara məhdud sayda “Samsung Galaxy X” partiyasını buraxmağa çalışır.

2

“Facebook” sosial şəbəkəsi bu ilin payızında “Workplace” messencerinin pulsuz versiyasını işə salmaq qərarına gəlib. Bu messencer bazarda “Slack”ın əsas rəqibi olacaq. Tərtibatçılar bildirir ki, yeni xidmət şirkətlərin əməkdaşlarına müəyyən məhdud qruplar daxilində məlumat və fayl mübadiləsini həyata keçirmək imkanı verəcək. Bu, onların iş prosesinə müsbət təsir göstərəcək və vacib qərarların qəbul edilməsini sürətləndirəcək. “Workplace”in sınaqlarının keçirilməsi bu həftə planlaşdırılır. Pulsuz rəsmi versiya isə istifadəçilər üçün cari ilin oktyabr ayında əlçatan olacaq. Qeyd edək ki, adıçəkilən messencer səsli və videozənglər təklif edir. Axıcı video (streaming) da mümkün olacaq.

3

Rusiyada informasiyanı 100 min ildən çox saxlaya biləcək “əbədi disk” hazırlanıb. Kvars şüşədən hazırlanan disk kitabxana və arxivlərdə sınaqdan keçirildikdən sonra 2021-ci ildə satışa çıxarılacaq. Tədqiqat qrupunun rəhbəri İvan Qlebov bildirib ki, disk oda, suya, mexanik zədələnmələrə və kosmik radioaktivliyə davamlı olacaq. Yeni texnologiyanın əsas istifadəçiləri kitabxanalar, hərbi hissələr, arxivlər, banklar və digər dövlət orqanları, eləcə də İT şirkətləri olacaq. İ. Qlebovun sözlərinə görə, layihəyə 2015-ci ildən start verilib. 2021-ci ildə satışa çıxarılacaq diskin qiyməti adi CD-diskin qiymətindən fərqlənməyəcək.

4

ABŞ-ın “Boeing” şirkətinin “787 Dreamliner” təyyarələri üçün 3D çap metodu ilə titan detallar və konstruksiyalar hazırlanacaq. Bunun üçün artıq Norveçin “Norsk Titanium AS” şirkətinə sifariş verilib. 3D çap üsulu ilə hazırlanan detallar hər təyyarənin hazırlanmasından 2-3 milyon dollar vəsaitə qənaət etməyə imkan verəcək. Hələlik rəsmi olaraq 4 belə detal sertifikatlaşdırılıb. Bəzi qiymətləndirmələrə görə, bütün titan detalların hazırlanmasına 17 milyon dollar sərf olunur. Təyyarələrin qiyməti isə 265 milyon dollar təşkil edir. “Boeing 787 Dreamliner” təyyarəsinin ilk uçuşu 2009-cu ildə həyata keçirilib. İndiyədək 530 ədəddən çox təyyarə istehsal edilib. Hazırda “Boeing” ildə təxminən 150 ədədə yaxın təyyarə hazırlayır.

5

“Snapchat” şirkəti Wi-Fi və kamerası olan “Spectacles” adlı günəş eynəklərini satışa çıxarıb. Alıcıya üç rəngdə – qara, mavı və çəhrayı gün eynəkləri təklif olunur. Eynəyə quraşdırılmış iki videokamera vasitəsilə şəkil və 10 saniyəlik videorolik çəkmək olacaq. “Spectacles” smartfonla Wi-Fi və ya “Bluetooth”la əlaqələndirildiyi üçün çəkilən şəkil və videolar avtomatik olaraq smartfonun yaddaşına atılacaq. 130 dollar dəyəri olan gün eynəklərinin akkumulyatoru enerjini bir gün ərzində tam saxlayır.

6

Noutbuklar sahəsində ixtisaslaşmış “Laptop Mag” resursu növbəti reytinqini dərc edib. Reytinq bəlkə də ciddi maraq kəsb etməyəcəkdi, lakin bir fakt var ki, son 4 ildə sıralamada ilk yeri tutan “Apple” yeni reytinq cədvəlində birdən-birə 5-ci yerə düşüb. Mənbə 6 kateqoriya üzrə mobil kompüter bazarında mövcud olan 10 iri brendi qiymətləndirib. Bura istifadəçi rəyləri, dizayn, texniki dəstək, innovasiyalar, əlçatanlıq və çeşidlilik, zəmanət daxil edilib. “Apple” dizayn, texniki dəstək və zəmanət xidmətlərinə görə çoxlu bal toplaya bilib. Ancaq qiymətlərin yüksəkliyi, yeni “MacBook Pro” modellərində portların müxtəlifliyinin olmaması və ən əsası da, istifadəçilərin neqativ fikirləri ona gətirib çıxarıb ki, “Apple” “Acer”lə birgə 5-ci pilləyə enib. İlk yeri isə “Lenovo” tutub. İkinci yerdə “Asus” qərarlaşıb. Sonrakı yerləri “Dell”, HP, “Acer”, “Apple”, MSI, “Razer”, “Samsung” və “Microsoft” tuturlar.

7

“Cognitive Technologies” şirkətinin mütəxəssisləri sürücüsüz avtomobillərin qəzaya düşməsini 20 faiz azaldan texnologiya yaradıblar. Mütəxəssislərin sözlərinə görə, sürücüsüz avtomobillər yollardakı hazırkı vəziyyəti anlamaq üçün müfəssəl məlumata malik deyillər. Məlumatların düzgün inteqrasiyası informasiyanın tam təmininə imkan verəcək. Yeni sistemdə obyektədək olan məsafəni müəyyənləşdirə bilən müxtəlif sensorlardan daxil olan məlumatlar yer alacaq. Şirkət mütəxəssisləri yeni texnologiyanı Rusiya yollarında sınaqdan keçirərək min km. qət ediblər. Ekspertlərin fikrincə, texnologiyanın tətbiqi sürücüsüz avtomobillərin qəzaya düşmə ehtimalını xeyli azaldacaq.

8

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register