Marneulidə aprel döyüşlərinə həsr olunmuş filmin təqdimatı keçrildi

12 aprel tarixində Marneuli rayonuun AtaHoldin mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı keçirildi.

Mərasimdə Azərbaycan respublikasının Gürcüstandakı səfiri Dursun Həsənov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri, gənclər və digər şəxslər iştirak etdilər.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin sədri Nərgiz Əliyeva tədbiri giriş sözü ilə açdı və sonra, Milli Məclisin deputatları Ruslan Hacıyev və Tamaz Naveriyani, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış etdilər.

Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən danışan natiq dedi ki, bu gün hər iki ölkənin ərazisi işğal olunub. O, torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə etdi.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası ilə ATXƏM-in birgə hazırladığı bu film 4 günlük müharibədə Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Ordumuz işğal altında olan torpaqlarımızı tez bir zamanda azad etməyə hazır olduğunu bir daha sübut etdi.

Sonra film nümayişi olundu. Filmdə Azərbaycan Ordusunun qüdrətindən, xalqımızın mübarizlik əzmindən geniş danışılır. Ekran əsərində Milli Qəhrəman Murad Mirzəyevin keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrübəsi geniş təhlil olunur. Milli Qəhrəmanın 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlığının ayrı-ayrı aspektləri filmin süjet xettini təşkil edir. Filmdə bir fikir xüsusi olaraq vurğulanır ki, ordumuz, əsgər və zabitlərimiz hər zaman Ali Bas Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad etməyə, bu yolda canlarından keçməyə hazırdırlar.

Sonra tədbir iştirakçıları çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin qəhrəmanlığından, ölməzliyindən danışıdılar. Şəhidlərimizin əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, torpaqlarımızın işğaldan azad olunacağı xüsusilə qeyd etdilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register