Prezident tərəfindən 91 nəfər məhbus əfv edildi

Zviad Koridze

Gürcüstan Prezidenti Pasxa bayramı ilə bağlı 91 məhbusu əfv etdi.

Bu barədə məlumatı əfv komisiyasının sədri Zviad Koridze ötən gün keçirilən mətbuat konfransında bəyan etdi. Onu da bildirdi ki, məhbusların əfv aktını prezident ötən gün imzaladı.

62 məhbus həbsnaxanadan ötən gün buraxıldı. 29 məhbusun isə, cəza müddəti azaldıldı.

Əfv edilənlər arasında 4 qadın məhbus da var idi. Onlardan üçü ötəngün azad edildi, birinin isə, cəza müddəti azaldıldı.

Əfv komisiyası aprelin 4-dən 6-na qədər 579 cəza çəkən şəxslərin işini müzakirə etdi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register