Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Google” axtarış sistemində üçüncü dünya müharibəsi (World war 3) haqqında sorğular tarixi maksimuma çatıb. Bu barədə axtarış sorğularını təhlil edən “Google Trends” veb əlavəsinin məlumatında deyilir. Əvvəlcə istifadəçilər ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri və Rusiyanın buna reaksiyası haqda xəbərlərdən narahatlıq duyublar. Sonra ABŞ və Şimali Koreya arasında gərginliyin artması fonunda qorxular daha da güclənib. Üçüncü dünya müharibəsi mövzusu ilə yanaşı, “Tramp müharibə” (“Trump war”) və “Suriya müharibə” (“Syria war”) kimi sorğular da populyar olub. “Google Trends”in məlumatına əsasən 3-cü dünya müharibəsi barədə sorğuların bundan əvvəlki pik nöqtəsi 2015-ci ilin noyabrına təsadüf edib.

1

Yaponiyalı memar Kazuyo Sejima 2018-ci ildə yola çıxacaq “gözəgörünməz qatar” üzərində çalışır. Memarın istifadəyə verəcəyi qatarlar çöl bölgələr ilə şəhər arasındakı görüntünü pozmayacaq şəkildə gözəgörünməz olaraq hərəkət edəcəklər. Yapon memar bundan əvvəl ətraf mühiti qoruyan binalar tikməsi ilə məşhurlaşmışdı. Ancaq indi üzərində çalışdığı gözəgörünməz qatar fikri sanki fantastikadır. Memar bu işlə bağlı sifarişi Yaponiyadakı Seibu Group adlı firmadan alıb. Qatar 2018-ci ildə məşhur firma Seibu Groupun yaranmasının 100-cü ilinə həsr edilmiş tədbirləri çərçivəsində relslərdə hərəkətə başlayacaq. Yeni qatarların səthi əks etdirməli olacaq və hazırda mövcud olan qatarlardan fərqli olaraq çöl bölgələrlə şəhər arasındakı görüntünü pozmayacaqlar. Qatarlar səthində göydələnləri və kənd sahələrini əks etdirəcək. Daxili dizaynda isə rahatlığa çox önəm veriləcək. Qatar bənzərsiz mənzərəsi, şəhərətrafı evi ilə şəhərdəki iş yeri arasında hər gün gedib gələn şəxslərə, arxayınlaşmaq istəyən insanlara və turistlərə xidmət edəcək. Memar yeni işi ilə bağlı bunları deyib: “İnsanların haradasa parklardakı kimi bir araya gələcəyi yeni bir şərti sahə yaratmaq istədik. Bura yalnız bir nəqliyyat vasitəsi olmaqdan daha çox, müstəqil bir finiş nöqtəsi olacaq”. Sejimanın hazırladığı qatarlar Tokionu orta Yaponiyadakı bölgələrə bağlayacaq bir admiral donanması meydana gətirəcək.

2

Çinin “Xiaomi” şirkəti yeni smart qolbağını təqdim edib. Cihazın “Xiaomi Mi 6” smartfonları ilə eyni vaxtda satışa çıxarılması nəzərdə tutulur. Yenilik “Xiaomi Mi Band 2 Mi Commemorative Edition” adlandırılıb. Smart qolbağın xüsusi versiyası daha əvvəlki modelindən cihazdakı düymələrdə “6” rəqəminin olması ilə fərqlənəcək. İstehsalçı şirkətin nümayəndələri söz verib ki, unikal cihaz yeni nəsil smartfonların alıcıları üçün pulsuz əlavə ola bilər. Cihaz “Mi 6” flaqmanının təqdimatında iştirak edən bütün iştirakçılara da hədiyyə edilə bilər. Xatırladaq ki, bu günlərdə “ağıllı” qolbaq dizayn sayəsində prestijli mükafata layiq görülüb. Cihazın satışına “Xiaomi Mi 6” smartfonları ilə birgə başlanacaq.

3

“YouTube”dakı “What’s Inside?” kanalının videoblogerləri yeni “Samsung Galaxy S8” smartfonunun möhkəmliyini və batareyasının asanlıqla partlayıb-partlamadığını yoxlamaq üçün sınaq keçiriblər. Videoda cihazın başına sözün əsl mənasında oyun açıldığı görünür. Belə ki, videobloger məişətdə istifadə olunan xüsusi elektron kəsici alətlə smartfonu ortadan kəsməyə  başlayır. Batareya qızaraq tüstüləsə də, hər hansı partlayış baş vermir. Ekspert bildirir ki, adətən bu cür təsirdən sonra batareyadan qığılcımlar çıxır, sonra isə alışma olur. Belə görünür ki, “Samsung” şirkəti “Galaxy Note 7” hadisəsindən dərs çıxarıb və bu dəfə etibarlı cihaz istehsal edib.

“Baidu” şirkətinin üztanıma texnologiyası Çinin 33 yaşlı sakininə 27 ildən sonra valideynlərini tapmasına səbəb olub. 6 yaşlı Fu Qui 1990-cı ildə məktəbdən qayıdarkən naməlum şəxslər tərəfindən qaçırılıb. Bir ailə tərəfindən övladlığa götürülən uşaq adını və doğum yerini xatırlamayıb. 2009-cu ildə o, 10 yaşına aid uşaqlıq fotosunu valideynlərini axtaran insanlara yardım məqsədilə yaradılan “Baobeihuijia” (“Körpə, evə qayıt!”) saytında paylaşıb. Bu ilin yanvarında isə əsl atası Funun 4 yaşında çəkilmiş fotosunu yayıb. Fotolar müxtəlif yaşlarda çəkilsə də, “Baidu”nun üztanıma texnologiyası onların arasında uyğunluq tapıb, DNA testi isə saytın ehtimalını təsdiqləyib.

4

Kaliforniya Universitetinin alimləri tərəfindən smartfonlar üçün yaradılmış şüşə öz-özünə bərpa olunmaq qabiliyyətinə malikdir. Elmi qrupun direktoru Çao Van deyib ki, yeni şüşə müxtəlif çat, cızıq və kəsiklərə qarşı son dərəcə davamlıdır. “Yaratdığımız şüşə elektrik cərəyanını keçirdiyinə görə onun smartfon və başqa mobil texnikanın displeyi qismində istifadəsi son dərəcə məqsədəuyğundur” – alim izah edib. Çao Vanın iddiasına görə, yaradılmış şüşə material iki hissəyə bölündüyü halda bir sutka ərzində həmin hissələr yenidən bitişəcək. Yeni şüşə, həmçinin çox elastikdir və dartıldıqda ilkin ölçüsündən 50 dəfə daha uzun olur. Alim yaxın 3 ildə bazara çıxarılacaq yeni şüşə materialın gündəlik həyatımızı dəyişdirəcəyinə əmindir.

5

“WhatsApp” çoxları üçün problemə çevrilən daha bir problemi həll etməyə başlayır. “WhatsApp”ın istifadə edildiyi telefon nömrəsinin dəyişməsi istifadəçilər üçün ciddi problem yaradırdı. İndi “Windows Phone” cihazlar üçün olan beta versiyanın tədbiqdə telefon nömrəsinin dəyişməsini siyahıdakı insanlara xəbər verən yenilik test edilməyə başlanılıb. “WhatsApp”ın telefon nömrəsinə bağlı olması və həmin nömrənin hər hansı səbədən bağlanması istifadəçilər üçün ən çox problem yaradan məsələlərdən biridir. Yenilik bu barədə insanlara avtomatik xəbərdarlıq edən sistemə əsaslanır. Təbii ki, istənməyən şəxslərə nömrənin göndərilməsinin qarşısını alan sistem də hazırlanıb. “WhatsApp” yeni özəlliyini aktiv etdikdən sonra istifadəçilər qarşısında 3 seçim olacaq. Onlardan biri siyahınızdakı bütün insanlara, ikincisi ancaq söhbət etdiyiniz şəxslərə yeni nömrənizin göndərilməsidir. Üçüncü versiya isə heç kimin yeni nömrədən xəbər tutmamasıdır. Hələlik bu özəllik ancaq “Windows Phone” ya da “Windows 10 Mobile” istifadəçiləri üçün hazırlanıb. Bir müddət sonra “Android” və iOS tədbiqləri üçün də yenilik əlçatan olacaq.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register