Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 18.4.2017-ci il.

1906-cı ildə San Fransisko şəhərində 7,9 gücündə 50 saniyə davam edən zəlzələ baş vermişdir və hər şey yerlə bir olmuşdur. 28 min bina uçmuş, təxminən 3.000 insan dünyasını dəyişmiş və 100 min insan evsiz qalmışdır.

Nəzəriyəçi fəhlə, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı 1921-ci il, ictimai xadim Albert Eynşteyn  18 aprel 1955-ci ildə Prinstonda vəfat edir. Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü olmuşdur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Əslən Kiprli, İstanbul doğumlu Türk teatr və film aktyoru Zəki Alasya 18 aprel 1943-cü ildə dünyay gəlmişdir. Kıbrıslı Mәhmәd Kamil Paşanın qardaşı oğludur. Zәki Alasya 8 may 2015-ci ildə müalicə olunduğu xəstəxanada qaraciyər xəstəliyindən vəfat etmişdir.

Çin Xalq Respublikasında minlərlə tələbə, daha geniş demokratiya tələbiylə küçələrə çıxdılar. Bu hadisə 1989-cu ilin bu günü baş vermişdir.

18 aprel 1996-cı ildə İsrail qüvələri Lübnandaki bir BMT-nin yerleşən qərargahını bombalamış və 106 mülkü şəxshəyatını itirmişdir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register