Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Google Play”dən istifadə edənlərə xəbərdarlıq. Yeni ziyanverici əlavələr tapıldı. “Google Play” onlayn mağazasında yeni ziyanverici əlavələr aşkar olunub. “Paxful” və “PayPal” akkauntlarından məlumatların oğurlanması ilə məşğuldur. Qarətçilər sosial mühəndislik metodu ilə işləyirlər. Aşkar olunan təhlükəli əlavələr arasında “Boost Views” proqramı da mövcuddur. Tərtibatçılar söz verib ki, onun köməyi ilə istifadəçilər “YouTube” video hostinqində gəlir əldə edə biləcəklər. Artıq 100 min insan bu proqramı yükləyib. Yükləmədən sonra proqram istifadəçiyə seçim təqdim edir: öz kanalının baxış sayını artırmaq və ya saytda çarxları izləyib əvəzində pul qazanmaq. Müəyyən məbləğ toplanandan sonra proqramda qeydiyyatdan keçmək lazım gəlir. Ancaq istifadəçilərdən pulların alınması baş tutmayıb. Çünki onların məlumatlarını kənar tərtibatçının serveri əldə edib. Daha bir haker saytı “PaxVendor” olub. Proqram lazımi məlumatı saxta avtorizasiya ekranının köməyi ilə əldə edib.

1

“Google” korporasiyası özünün yeni xidmətini işə salmağa hazırdır. “Hire” adlanan bu xidmət müxtəlif şirkətlərin öz vakansiyalarını dərc etməsi və bununla da yeni əməkdaşlar tapması üçün nəzərdə tutulub. Yeni iş axtaranlar “Google Hire”dən iş axtarmaq üçün istifadə edə bilərlər. Hazırda xidmətin yalnız ana səhifəsi əlçatandır. Bu onu göstərir ki, xidmət yaxın zamanlarda fəaliyyətə başlayacaq. Mənbə bildirir ki, artıq bir çox şirkətlər axtarış nəhəngi ilə əməkdaşlıq edir və yeni platformanı sınaqdan keçirirlər. Onların arasında “Medisas”, “Poynt”, “DramaFever”, “SingleHop” və “CoreOS” kimi şirkətlərin adları çəkilir.

2

“Viber” şirkəti elan verənlər üçün audiostikerlər istifadəyə verib. Bu haqda “VeVby” agentliyi məlumat verib. “Viber” şirkətinin audiostikerləri sayəsində elan verənlər qısa reklam çarxları göstərmək imkanına yiyələniblər. Bu yenilik elan verənlərə, şübhəsiz, fayda gətirəcək, çünki onlar öz məhsullarını yalnız mətn şəklində deyil, həm də çarx şəklində reklam edəcəklər. Belə yenilik “Viber”in masaüstü versiyasında əlçatan olacaq. Qeyd edək ki, 2014-cü ildə Yaponiyanın “Rakuter” şirkəti “Viber” messencerini satın alaraq ona 900 milyon dollar sərmayə yatırıb. Birinci ildə “Viber” messenceri “Rakuter” şirkətinə 1,5 milyon dollar gəlir qazandırıb.

3

“4D” texnologiyası yeni material və avadanlıqlardan istifadə etməyəcək. Sinqapurun Texnologiya və Dizayn Universitetinin alimləri dördölçülü (4D) çap texnologiyası icad ediblər. Alimlərin sözlərinə görə, yeni “4D” texnologiyası ətraf mühit şəraitinə reaksiya verən üçölçülü obyektlər çap etməyə imkan verir. Temperatur, rütubət və ya işığın dəyişməsi təsvirin transformasiyasına səbəb olur. Elmi əməkdaşlar tərəfindən ləçəkləri öz-özünə açılıb-yığılan gül, günbəzə çevrilən düz ulduz, eləcə də qısalan və uzanan tor nümayiş etdiriblər. Alimlər bildiriblər ki, “4D” çapda formanı yadda saxlamaq xüsusiyyətinə malik polimer, eləcə də rezin elastomerdən istifadə olunub. Obyektin 45 dərəcəyədək qızdırılması nəticəsində polimer telləri zəifləyir və elastomerə formasını dəyişməyə imkan verir. Əşyanın soyudulması zamanı o, əvvəlki formasına dönür. Yeni material və avadanlıqlardan istifadəni nəzərdə tutmayan “4D” texnologiyası istifadəyə tam hazırdır.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register