Tarixdə Bu Gün

Tarixdə bu gün 20.4.2017-ci il.
Nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer) Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın Braunau am İnn şəhərində anadan olmuşdur. Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Azərbaycannın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR-nin Xalq Artisti , Azərbaycan SSR Dövlət Mükafatı laureatı Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub.
Xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlu 20 aprel 1944-cü ildə Bakıda dünyasını dəyişmişdir.
1968-ci ilin 20 aprelində Cənubi Afrika hava yollarına aid Boeing-707 tipli bir sərnişin təyyarəsi Vindhoek şəhərindən qalxdığı zaman yerə düşmüşdür və nəticədə 122 nəfər nəfər həyatını itirmişdir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments