Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
“iPhone”un yeni modelinin təqdimatı baş tutmaya bilər. “iPhone 8” yeni mobil telefonunun təqdimatı təyin edilən vaxtda baş tutmaya bilər. Yeni telefon plana əsasən, 2017-ci ilin sentyabr ayında təqdim ediləcək. Ekspertlərin fikrincə, barmaq izi sensorunda yaranan problemə görə təqdimat ləngiyə bilər. Sensorun ekranın altına yerləşdirilməsi yeni smartfona daha gözəl dizayn və displey üçün daha çox yer deməkdir. Məlumatlara əsasən, displey arxa paneli də əhatə edəcək. “Home” düyməsi də sensorlu olacaq və şüşənin altına yerləşdiriləcək.
“Instagram”dan möhtəşəm yenilik. “F8” konfransında çıxış edən “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq “Instagram”a offlayn versiyanın əlavə ediləcəyini açıqlayıb. Yeni xüsusiyyət ilə istifadəçilər internet bağlantısı olmadıqda belə tətbiqi istifadə edə biləcək və hazırkı məzmun, profil və bildirişləri görə biləcəklər. Bəyənmə, izləmə və şərh yazmaq kimi əsas xüsusiyyətlər də offlayn versiyada istifadə ediləcək. İnternet qoşulması yox ikən edilən bütün bu əməliyyatlar offlayn olaraq qeyd ediləcək və internetə qoşulduğu anda avtomatik olaraq yenilənəcək. Hələlik, sadəcə, “Instagram”ın “Android” tətbiqindəki beta istifadəçiləri tərəfindən istifadə edilə bilən offlayn modu qarşıdakı aylarda hər kəs üçün istifadəyə təqdim ediləcək.
“Apple” bəzi proqramları ödənişsiz etdi. “Apple” “macOS” və “iOS” üçün səsin dəyişdirilməsinə görə “iWork” və “iLife” paketlərinin proqramlarını yeniləyib, eyni zamanda bu proqramlar bütün istifadəçilər üçün ödənişsiz olub. Bu barədə “MacRumors” nəşri məlumat yayıb. “iWork” paketinə “Pages” mətn redaktoru, “Numbers” cədvəllər redaktoru və təqdimatlar hazırlamaq üçün “Keynote” proqramı daxildir. Bütün bu proqramlar daha öncə 19,99 dollar idi. “iLife” paketinə isə “GarageBand” musiqi redaktoru (əvvəl 4,99 dollar idi) və “iMovie” video-redaktoru (əvvəlki qiyməti 19,99 dollar) daxildir. Daha öncə bu proqramlar hamı üçün yox, yalnız yeni “Apple” qurğuları alanlar üçün ödənişsiz təqdim edilirdi. Bu şərt 2013-cü ildən tətbiq edilir. Proqramları “Pages” (macOS, iOS), “Numbers” (macOS, iOS), “Keynote” (macOS, iOS), “GarageBand” (macOS, iOS), “iMovie” (macOS, iOS) keçidlərindən yükləmək olar.
Yaponiyanın “Sharp” korporasiyası “Aquos R” flaqman smartfonunu təqdim edib. Cihaz yeni nəsil “Snapdragon 835” prosessoru və 22,6 meqapiksellik çox güclü kamera ilə təchiz olunub. Smartfon İGZO texnologiyası ilə hazırlanmış, 5,3 ölçülü və 2560х1440 həllə malik İPS ekrana sahibdir. Operativ yaddaş 4 Gb, daxili yaddaş 64 Gb, ön kamera 16 meqapikseldir. Korpus metal və şüşədən hazırlanıb. Sudan və tozdan qorunur, eləcə də tez şarj olunma texnologiyasını dəstəkləyir. Batareyanın həcmi 3160 mAs-dır. “Aquos R” smartfonu Android 7.1 əməliyyat sistemi ilə çalışır.
“Facebook” virtual reallıq dəbilqəsi sahibləri üçün nəzərdə tutulmuş “Spaces” sosial şəbəkəsini geniş ictimaiyyətə təqdim edib. şirkət nümayəndələri öz layihələri barədə tərtibatçılar üçün keçirilən miqyaslı FS konfransında məlumat veriblər. Yeni “Facebook Spaces” sosial şəbəkəsinin iştirakçıları istifadəçinin nüsxəsini kopya edən avatarlar qismində təqdim edilib. İstifadəçi öz görünüşünün bəzi detallarını dəyişdirə bilər. Məsələn, onlar saçları üçün başqa rəng seçə və ya eynək taxa biləcəklər. Yeni xidmət vasitəsilə vətəndaşlar nəinki ünsiyyət qurmaq, həmçinin bir-biri ilə əlaqə yaratmaq imkanı əldə edəcəklər. Xüsusilə də virtual sosial şəbəkədə birgə oynamaq, şəkil çəkmək, selfi etmək, 360 formatda videolara baxmaq və digər işlər görmək mümkün olacaq. Hələlik söhbətlərdə eyni zamanda 4 nəfər iştirak edə biləcək. Bundan başqa, “Facebook Spaces” ancaq “Oculus Rift” və “Touch” sahiblərinin istifadəsi üçün mümkündür. Lakin zamanla şirkət sosial şəbəkəni digər VR platformalar üçün də istifadəyə vermək niyyətindədir.
ABŞ-ın avtomobil istehsalçısı olan “Ford” şirkəti yaxın zamanlarda robotlar yaratmağı planlaşdırır. Ilk nüsxə robot itlərə qulluq üçün yaradılacaq. Məlum olub ki, bu robotu kompüter və ya smartfonla idarə etmək mümkün olacaq. Cihazın öhdəliklərinə ev heyvanına qulluq, onun gəzdirilməsi və əyləndirilməsi daxildir. Heyvanın robotun nəzarəti altına buraxmaq və ona kənardan idarə etmək mümkün olacaq. Cihaz itə verilən əmrlərin yerinə yetirilməsi üçün onun sahibinin səsi ilə çağıracaq dinamiklə təchiz ediləcək. Robotun daxilində su konteyneri də olacaq ki, ehtiyac yarananda açılacaq və ev heyvanı su içə biləcək. Robot başqa qabiliyyət və üstünlüklərə də malikdir, amma bütün bunlar barədə cihazın təqdimatında danışılacaq. Buna bənzər layihə gələcəkdə şəhərlərin inkişafı üzrə proqram çərçivəsində yaradılır.
“Instagram” sosial şəbəkəsi “Android” istifadəçiləri üçün oflayn rejimi istifadəyə verib. “Android” əməliyyat sistemli smartfonlardan istifadə edənlər üçün “Instagram”ın bir çox funksiyaları internetə qoşulmadan da əlçatan olacaq. Bundan sonra nəyisə bəyənmək, şərh yazmaq və dostları izləmədən çıxarmaq oflayn rejimdə də mümkün olacaq. Smartfon internetə qoşulduqda isə bütün bunlar aktiv olacaq.
“Yahoo”nun cari ilin ilk rübündə gəlirləri artaraq 1,33 milyard dollar olub. Şirkət ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz daha çox gəlir əldə edib. Şirkətin ötən ilin ilk üç ayında gəliri 1,09 milyard dollar təşkil etmişdi. “Yahoo”-nun nümayəndəsi Marissa Mayer bildirib ki, şirkət ABŞ-ın rabitə nəhəngi olan “Verizon” tərəfindən alınması səbəbindən bu qədər yüksək gəlir əldə edə bilib.
Hindistanda smartfon sahibləri dünyanın ən populyal mobil proqram əlavələrindən olan Snapchat-ı silməyə başlayıblar. Twitter-də isə #UninstallSnapchat heşteqi sürətlə populyarlaşır. Baş verənlərin səbəbi Snapchat-ın sahibi və rəhbəri Evan Şpigelin hələ 2015-ci ildə yaydığı açıqlamadır. Həmin açıqlamanı srağagün Variety dərc edib və böyük qalmaqal da bundan sonra başlanıb. “Hindistan və ya İspaniya kimi yoxsul ölkələrdə genişlənmək niyyətində deyilik”, – Şpigel demişdi. Hazırda Snapchat-ın 100 milyondan artıq aktiv istifadəçisi var.
Yapon alimləri düşüncəni oxuyan qurğu yaradıblar. Yapon alimləri düşüncəni oxumaq qabiliyyətinə malik qurğu yaradıblar. Alimlərin sözlərinə görə, qurğu elektroensefaloqram əsasında işləyir və yapon dilində rəqəm və ayrı-ayrı sözləri tapa bilir. Hazırda cihazın sınaq nəticələri ürəkaçan olmasa da, alimlər onun təkmilləşdirilməsi üzərində işləri davam etdirəcək. Mütəxəssislərin iddiasına görə, qurğu gələcəkdə xəstəlik nəticəsində danışıq qabiliyyətini itirmiş insanlara kömək edəcək. Cihaz yaxın 5 ildə satışa çıxarılacaq. Smartfonun köməyi ilə sözügedən cihazı idarə etmək mümkün olacaq.
3D məzmunu xüsusi eynəksiz göstərə bilən smartfon təqdim edilib. “Ivvi” şirkəti tərəfindən Çində təqdim edilmiş yeni “Ivvi i5” smartfonu qabaqcıl modellərin rəqibi kimi qələmə verilir. Smartfonda “MediaTek” şirkətinin səkkiznüvəli prosessoru quraşdırılıb. Yeni qurğunun əsas özəlliyi 3D məzmunu xüsusi eynəksiz göstərmək qabiliyyətinə malik ekranla təchiz edilməsidir. Istifadəçilər xüsusi eynəksiz stereoskopik effektə malik mobil oyunlar oynaya və video izləyə biləcək. “Ivvi i5” smartfonunun korpusu arxadan və öndən şüşə ilə örtülüb. Arxa qapaq daha yaxşı kompozit materiallardan düzəldilmiş şüşədən hazırlanıb və bunun sayəsində daha möhkəm və eyni zamanda daha yüngüldür. Smartfon 1920×1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 4 QB əməli yaddaş, 64 QB tutumunda daxili yaddaş, 3000 milliamper/saat tutumunda akkumulyator, “SIM” kartlar üçün iki slot, 13 meqapiksellik əsas və 8 meqapiksellik ön kameralarla təchiz edilib. “Ivvi K5” smartfonunun Çində qiyməti 319 dollardır.
Məşhur iFixit portalının mühəndisləri yeni Galaxy S8 və S8+ modellərinin təmir olunma çətinliyini qiymətləndiriblər. Yaxşı xəbər ondan ibarətdir ki, keçən il təqdim olunmuş Galaxy S7 və S7 Edge modellərindən fərqli olaraq bu ilki flaqman smartfonların təmir olunması bir qədər daha asandır. Qeyd etmək lazımdır ki, iFixit mühəndisləri, keçən ilki Galaxy S7 və S7 Edge modellərinin demək olar ki, təmir olunmasının qeyri-mümkünsüz olduqlarını qeyd etmişdilər. 10 ballıq qiymətləndirmə sistemi ilə iFixit mühəndisləri, Galaxy S8 və S8+modellərini 4 xala layiq görüblər. Keçən ilki modellər isə 3 xal almışdılar. Galaxy S8 və S8+ nəinki xarici görünüşcə, həmdə daxildən bir-birilərinə çox bənzəyirlər. Smartfonlardakı korpusun daxilində olan kley miqdarının çox olmasından təmir zamanı həmin korpusların açılması qəlizləşir. Smartfonun daxili komponentlərdən çoxunu bir-birindən asılı olmayaraq əvəz etmək olar. Lakin batareyanı çıxartmaq da qəlizdir. Ön paneldəki şüşəni isə əyilmiş formada olan ekranı zədələmədən ayırmaq qeyri-mümkündür.
Pekində keçirilmiş təqdimat çərçivəsində “Xiaomi” şirkəti öz yeni flaqmanı Mi 6-nı təqdim etdi. Təqdim olunmuş yeni flaqman modeli, yuxarı və aşağı hissələrdən enli çərçivələrə və yumru kənarlara sahibdir. Mi 6, 1080×1920 piksel keyfiyyətli 5.15 inç ekran ilə təchiz olunub. Sözügedən model iki variantda təqdim olunur. Onlar sadəcə daxili yaddaş ilə fərqlənirlər. Digər göstəricilərə gəldikdə isə hər iki versiya 6 GB-lıq RAM və Snapdragon 835 prosessoru ilə təmin olunub. Onlardan biri 64 GB-lıq, digəri isə 128 GB-lıq daxili yaddaşa sahibdir. Xiaomi Mi 6, 3350 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon, 12 MP-lik ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təmin olunub. Smartfonun korpusunun çərçivəsi poladdan hazırlanıb. Onun ön və arxa panelləri isə xüsusi əyilmiş şüşədən ibarətdir. Bu modelin ən bahalı versiyasının korpusu isə keramikadan hazırlanıb və bəzi qızılı detallarla bəzədilib. Barmaq izi skanı şüşənin alt hissəsində yerləşir. Smartfona qoşulmaq üçün nəzərdə tutulmuş girişlərdən isə yalnız USB-Type C reallaşdırılmışdır. Xiaomi Mi 6-nın səs gücləndiriciləri, onun yuxarı və aşağı hissələrində yerləşir. Beləliklə istifadəçi tamamilə stereo səsləndirmədən həzz ala bilər. Xiaomi Mi 6, 28 Aprel tarixində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib versiya 360$-a, 128 GB daxili yaddaşa sahib versiya 421$-a, keramik korpusa və 128 GB daxili yaddaşa sahib versiya isə 435$-a satılacaq.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments