Beynəlxalq “Yer Kürəsi Günü”nü münasibəti ilə Marneuli təmizlik və yaşıllaşdırma aksiyaları keçirildi

Bu gün, dünya 22 aprel “Yer Kürəsi Günü”nü miqyaslı tədbirlər ilə qeyd edir. Marneulidə ənənəsinə sadiq qalaraq ərazilərdə təmizlik aksiyaları təşkil edərək bu bayrama qatılmış oldu.

Bələdiyyənin on səkkiz ərazi vahidliyində də miqyaslı təmizlik aksiyaları təşkil olundu. Çirklənmiş, mərkəzi və maqistral ərazilər təmizləndi. Təmizlik aksiyasında yerli hakimiyyətin 120 əməkdaşı o, cümlədən, strukturanın nümayəndələri, yerli əhali, məktəb şagirdləri, pedaqoqlar və gənclər iştirak etdi.

Eyni zamanda Orqanik Tullantıların Emalı Müəssisəsi nümayəndələri Qasımlı ictimai məktəbinin ərazisində tullantıların yenidən yararlı hala gətirilməsi üçün nəzərdə tutulan plastmas qablar yerləşdirdilər.

Qeyd etmək lazımdır ki, təmizlik aksiyaları nəticəsində toplanmış tullantıların daşınmasını Bələdiyyə təmin etdi.

Saimerlo kəndində isə, yerli gənclərin və Yerli Hakimiyyət nümayəndələrinin fəal iştirakı ilə 50 ədəd şam ağacı tingi əkildi. Bu ağac tinklərini Marneuliyə Milli Tinklər Təsərrüfatı təmənnasız təqdim etdi. Gələcəkdə aksiyada iştirak edən gənclər əkilmiş tinklərin qulluğunda duracaqlar.

Yerli gənclərin təşəbbüsü ilə “Gürcüstanı Təmizləyək” layihəsi çərçivəsində Alget kəndinin əraziləridə təmizləndi.

Qeyd edək ki, “Yer Kürəsi Günü” ilk dəfə 1970-ci ildə qeyd olunub. İlk dəfə olaraq 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək öz fikirlərini ifadə edib. 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq “Yer Kürəsi Günü” hər il 22 aprel tarixində qeyd olunur.

“Yer Kürəsi Günü” Gürcüstanda ilk dəfə 1990 cı ildə, Gürcüstanın Yaşıllar Hərəkatının təşəbbüsü ilə qeyd olundu. Ondan sonra hər il bu tədbirə müxtəlif təşkilatlar və könüllülər qoşulur. Onlar ümum ölkə ərazisində müxtəlif növ ətraf mühitin mühafizəsi işlərinə yerinə yetirməyə çalışırlar.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register