“Rəngarəng Gürcüstan” Layihəsinin Həyata Keçirilməsinə Marneulidən Start Verildi

22 aprel tarixində “Rəngarəng Gürcüstan” layihəsi Marneuli Bələdiyyəsindən başladı.

Layihə çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olundu: Marneuli Bələdiyyəsinin yeni istifadəyə verilmiş kitabxanasında Gürcüstan Parlamentinin Milli Kitabxanasının Direktoru Qiorqi Qeqelidzenin “Quriya Gündəlikləri” kitabının azərbaycan dilinə tərcümə olunmuş versiyasının təqdimatı baş tutdu. Təqdimatın sonunda Qiorqi Qeqelidze tərəfindən elan olunmuş “Müstəqillik” müsabiqəsinin qalibləri məlum oldu. Müsabiqə çərçivəsində Marneuli miqyasında cəmi 10 əl işi seçilib, buradan müsabiqənin münsifləri üç ən yaxşı əl işini seçdi. Müsabiqənin qalibi Mariya Həsənova oldu,( 6 saylı məktəb), ona bir il müddətinə 100 larilik təqaüd təyin olundu. Səma Zeynalovaya (5 saylı məktəb) və İlhamə Qurbanovaya (5 saylı məktəb) kitablar hədiyyə olundu.

Mədəniyyət Evinin dəhlizində Oqtay Kazımovun yaratdığı kalendarın təqdimatı və fotoqrafiya sənəti üzrə mütəxəssis Yuri Meçitovun fotoqrafiya sənətinin tarixi mövzusunda mühazirəsi keçirildi.

Eyni zamanda Azərbaycandan gələn qonaqların fotolarının, yerli rəssam Nino Tsartsidzenin rəsmlərinin, Şaumyanda yerləşən “Studio Hobby Hause”-un nümayəndələrinin və Marneuli Qırmızı Xaç təşkilatının könüllülərinin əl işlərinin sərgisi təşkil olundu;
Mədəniyyət Evinin salonunda tanınmış gürcü yazıçıları İlya Cavcavadze, Nikoloz Barataşvili və Lado Asatianinin yubiley tarixi ilə əlaqədar tədbir keçirildi. Qiorqi Kekelidze, Maka Elbakidze “Marneuli” və “Kimera” qrupları konsert proqramı çıxış etdilər. Filologiya Elmləri Magistri Oqtay Kazımov isə ədəbi proseslər barədə danışdı. Elə bu tədbirdə dərslərində fərqlənən şagirdlər mükafatlandırıldılar.

Tədbirin sonunda Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili Milli Kitabxananın Direktoru Qiorqi Qeqelidzeyə təşəkkürnamə və rəmzi hədiyyələr təqdim edərək, tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi.

Qeyd etmək lazımdır ki, Marneuli Bələdiyyəsinin yeni açılmış kitabxanasına Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən çap olunmuş kitablar təqdim olundu.

„Rəngarəng Gürcüstan” layihəsi artıq üç ildir həyata keçirilir. Onun təşəbbüskarı Qiorqi Leonidze adına Gürcü Ədəbiyyat Muzeyi, dəstəkçisi isə Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyidir. „Rəngarəng Gürcüstan” layihəsi bu gün Marneulidən başladı və bənzər tədbirlər milli azlıqların yaşadığı regionlarda davam edəcək.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register