MERSI CORPS-un Ukraynadakı Nümayəndəsinin Marneuliyə Səfəri
Aprelin 19 da, Marneulinin “Qadınlar Otağı”-na (Bələdiyə Servisi) MERSI CORPS-un Ukraynadakı nümayəndəsi, Katrin Braun qonaq olaraq, İcra Başçısı Merab Topçişvili və Qadınlar Otağının meneceri Rima Otaraşvili ilə görüşdü.
Sözü gedən səfərin məqsədi uğurlu layihə kimi Marneuli Qadınlar Otağının iş fəaliyyəti ilə tanışlıq idi. Tərəflər Qadınlar Otağının fəaliyyətinin Marneuli Bələdiyyəsi üçün nə dərəcədə mühüm olduğunu müzakirə etdilər.
Görüşdə həmçinin İsveçrə İnkşaf və Əməkdaşlıq Agentliyinin (SDC) və Kiçik Qafqaz Alyansları Proqramlar Qrupunun Lideri Helen Bradber, Marneuli Bələdiyyəsi İcra Hakimiyyətinin Analiz və İctimai Əlaqələr Xidmətinin Rəhbəri Tinatin Maşaneişvili və digər qonaqlar yer alırdılar.
Görüşün sonunda İcra Başçısı qonaqları Marneuli Bələdiyyəsində müassir standartlara uyğun inşaa olunmuş ictimai kitabxananı gəzdirdi. O, kitabxananın vacibliyindən və gələcək planladan söhbət açdı.
Amil Məmmədov2286 Posts
0 Comments