Marneulidə Gürcüstanın Dövlət Rəmzlərinin Sərgisi Baş Tutdu

Gürcüstan Parlamentində fəaliyyət göstərən Heraldika (qasidlik) Dövlət Şurası, Marneulidə Mədəniyyət Evinin sərgi salonunda, “Müassir Gürcü Dövlət Rəmzləri” mövzusunda sərgi təşkil olundu.

Sərginin təşkilatçıları Heraldika (qasidlik) Dövlət Şurası və Marneuli Bələdiyyəsinin Yerli Özünüidarəetməsi idi.
Sərgi çərçivəsində Gürcüstanın müstəqilliyinin bərpasından sonra yaranmış və təsdiqlənmiş dövlət rəmzləri, o, cümlədən muxtar respublikanın, özünüidarəetmələrin rəmzləri (gerb, bayraq), dövlət və nazirliklərin mükafatları, uniformalar, pul əskizləri və digər nişanlar nümayiş olundu.

Sərgini təşkil etməkdə məqsəd dövlət rəmzlərinin təbliği, müassir gürcü rəmzlərinin dövlət atrebutlarının, o, cümlədən uniformologiya, numizmatika, faleristika, heraldika və veksilologiyanın necə inkşaf etməsi, bu istiqamətdə Avropa standartlarının Gürcüstanda necə bərqərar olması haqqda şagirdlər, tələbələr, gənclər və geniş ictimaiyyətə ətraflı məlumat çatdırmaqdır.

Tədbirdə Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili, Yerli Özünüidarəetmənin əməkdaşları, Təhsil Ehtiyat Mərkəzinin nümayəndələri, məktəb pedaqoqları, şagirdlər və digər maraqlanan şəxslər iştirak edirdilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register