Marneulidə məktəblər arasında ümumi fənlər üzrə olimpiyada keçirildi
22 aprel tarixində “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşkilatçılığı ilə Marneulidə Azərbaycan dilli məktəblərin şagirdləri arasında ümumi fənlər üzrə olimpiyada keçirildi.
Gürcüstanda Azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonundakı 8 nömrəli İctimai məktəbdə Azərbaycan dilli məktəb şagirdləri arasında növbəti rayon səviyyəli olimpiyada keçirildi. Yarışda 21 məktəbdən, (Əzizkənd, Alegt 1, Alget 2, Ağaməmmədli, Baydar, Dəmiyəgorarxı və. s) VIII, IX, X və XI siniflərindən olan 90-dək azərbaycanlı şagird iştirak etdi. Olimpiyada da şagirdlər ümumi fənlər üzrə (Gürcü-dili, Azərbaycan-dili, Ədəbiyyat, İngilis-dili, Tarix, Riyaziyyat, Coğrafiya, Biologiya, Kimiya, Fizika) 10 sualı cavablandırdılar. Qeyd edək ki, müsabiqədə iştirakçılara verilən sualları cavablandırmaq üçün 30 dəqiqə vaxt verildi. Suallar arasında Azərbaycan dili və Ədəbiyyat fəninə geniş yer ayırıldı. Onu da bildirək ki, Azərbaycan dilli məktəblərin şagirdləri arasında keçirilən rayon səviyyəli olimpiyada Gürcüstan Elm və Təhsil nazirliyinin və Marneuli rayon İcra hakimiyyətinin dəstəyi ilə baş tutdu. “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttfaqı”nın təşəbbüs təşkilatçılığı ilə həyata keçən olimpiyada da 4 şagird qalib oldu.
Qaliblər 8-ci sinif üzrə Baydar İçtimai məktəbinin şagirdi Lətifə Şərəfova, 9-cu sinif üzrə Təkəli İçtimai məktəbinin şagirdi Cəsur Hacıyev,10-cu sinif üzrə Əzikənd İçtimai məktəbinin şagirdi Aydəmir Bayramov,11-ci sinif üzrə isə Qırxlı İçtimai məktəbinin şagirdi Ziyəddin Hüseynov seçilib.
Birinci yerə çıxan şagirdlərə təşkilat tərəfindən xüsusi diplom və qiymətli hədiyyələr təqdim edildi. Hədiyyələrin təqdimat tədbirində Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev, Marneuli Resur Mərkəzinin rəhbəri Kənan Omarov, professor, tarixçi Mahmud Hacıxəlilov, məktəb direktorları, müəllimlər, ziyalılar və valideynlər iştirak etdilər.
Sonda olimpiyada da iştirak edən şagirdlərlə xatirə şəkili də çəkdirildi.
Tədbir zamanı parlament deputatı M.Dərziyev şagirdlər qarşısında çıxış edərək bu cür olimpiyadaların keçirilməsinə görə “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttfaqı”nın sədri Səadət Zeynalqızına təşəkkürünü bildirdi. O, belə müsabiqələrin şagirdlərə daha dərin elmi-biliyə yiyələnmələri üçün stimul verdiyini dedi. Sonra çıxış edən Parofessor Mahmud Hacıxəlilov uzun illərdir ki, Azərbaycan dilli məktəb şagirdləri arasında belə olimpiyadaların keçirilmədiyini bildirərək, ittifaq tərəfindən mərhələli şəkildə Azərbaycanlıların kompkt yaşadıqları rayonlarda bu cür bilik yarışlarının keçirilməsinin olduqca müsbət əhəmiyyət kəsb etdiyini dedi.
Gürcüstanda Azərbaycanlı müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı çıxış dərək olimpiyadanın keçirilməsində göstərdiyi dəstəyə görə Marneuli rayon İcra Başçısı cənab Merab Topçuşviliyə dərin təşəkkürünü bildirdildi.
Sonda onuda əlavə edim ki, təşkilat tərəfindən növbəti olimpiyadaların Bolnisi və Dmanisi rayonlarında keçirilməsi nəzərdə tutulur.
Amil Məmmədov2286 Posts
0 Comments