Okeanın tən ortasındakı gözəllik – FOTO
“Amerika ilə Avropa arasında, okeanın tən ortasında Portuqaliyaya məxsus Azor adalarıdır.
İdeal sakit, gözəl təbiətli bir məkandır! Delfin, balinaların miqrasiya yolu da düz bu adaların həndəvərindən keçir.
Bu arxipelaqın San-Migel adasıdı. Cəmi 137 min əhalisi var. 1493-cü ildə Xristofor Kolumbun özü Amerikadan qayıdanda bu adaya da dəymişdi.
Adada demək olar ki, bütün göllər sönmüş vulkan kraterlərindən yaranıb. Başdan-ayağa qortenziya gülləri ilə doludu. idi.
Çox uzaqdı deyə turistləri cəlb etmək üçün hər şey ucuzdu. Hər bir şəraitli otelin qiyməti təqribən 120-130 USD (səhər yeməyi də daxil).









Amil Məmmədov2286 Posts
0 Comments