Tarixdə Bu Gün
Tarixdə bu gün 26.4.2017-ci il.
Hitlerin müavini və Faşist Almaniyasında Gerinqdən sonra 3-cü şəxs Rudolf Hess 1894-cü ilin 26 aprelində anadan olmuşdur.
Məşhur İspan komandası Atletica Madrid 1903-cü ilin bu günü yarnmışdır.
26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı baş verdi. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə “ölüm bulud”unun yerdə qalan hissəsinin küləklər cənuba “sürükləmişdi”. Sonucda Azərbaycan və Gürcüstanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan və Gürcüstan vətəndaşları da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar. Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.
26 aprel 1991-ci ildə Qarabağ bölgəsində, 4 Aərbaycanlı təhlükəsizlik işçisi öldürüldü. Hadisəni “Qarabağ döyüşçüləri” adlı təşkilat boynuna götürdü.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments