Qulançarın faydaları haqqında məlumatlı olun

4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum olan qulançar, Avropa ölkələrində, Çin və Amerikada geniş surətdə yetişdirilir, qida və dərman bitkisi kimi istifadə edilir.

Bu bitkinin Gürcüstanda 8 növü bitir. ən çox Borçalıda istifadə olunur, boş və nəmli torpaqlarda geniş yayılıb.
Marneulifm qulançarın inanılmaz faydalarını təqdim edir.

A, B1, B2, C vitaminləri, protein və minerallarla zəngindir.

Qulançarın kalorisi az olsa da, insan orqanizmi üçün ağlagəlməz dərəcədə xeyirlidir. Antioksidant kimi təsir edir, cinsi istəyi artırır. Qan damarlarını gücləndirir. Qanı təmizləyir.

Ürək xəstəliklərində risk faktoru olan homosisteinin nəzarətinə kömək edir, ürəyi gücləndirir.

Hüceyrələri zədələnməkdən qoruyan güclü antioksidantdır.

Sümük əriməsini azaldır. Daha çox yaşlı insanlarda olan bu xəstəlik zamanı insanların sümüyü zəifləyir, sərtliyini itirir, yeyilir.

Güclü sidikqovucudur. Bədəndə olan şişlərin çəkilməsində təsirlidir. Orqanizmdə yığılan artıq suların xaric edilməsinə kömək edir. Bu yolla qanı təmizləyir.

Böyrəklərin fəaliyyətini yaxşılaşdırır və böyrək daşlarının təmizlənməsinə kömək edir.

Həzmi asanlaşdırır. Qaraciyərə yaxşı təsir edir.

Dərini təravətləndirir, sızanaqları azaldır.

Zehni yorğunluğu aradan qaldırır. Sinirləri sakitləşdirir. İştah açır.

Yağ hüceyrələrindəki qlükozanın istehsalını artıraraq insulinin təsirini yaxşılaşdırır.

Qulançarı ən çox yağda qızardıb yumurta vurmaqla, suda bişirməklə, yaxud da odda közləməklə yeyirlər. Daha çox yaz aylarında yeyilir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register