Texno Xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“LinkedIn” sosial şəbəkəsində qeydiyyatdan keçmiş istifadəçilərin sayı 500 milyon nəfəri keçib. Indi işgüzar əlaqələrin qurulması üçün  “LinkedIn” sosial şəbəkəsində 10 milyondan çox vakansiya, 9 milyon şirkətə giriş mövcuddur, hər həftə şəbəkədə 100 mindən çox məqalə dərc edilir. Xatırladaq ki, 2015-ci ilin oktyabrında “LinkedIn” sosial şəbəkəsində 400, 2016-cı ilin avqustunda isə 450 milyondan artıq istifadəçi qeydiyyatdan keçib. Halbuki 2014-cü ilin 3-cü rübündən 2016-cı ilin 3-cü rübünədək “Facebook”un auditoriyası 1,3-dən 1,7 milyard istifadəçiyədək artıb.

1

Ötən ay məlum olub ki, “Lenovo” gələcək smartfonlarında “Motorola” brendini qaytarmaq qərarına gəlib. Bildirilirdi ki, şirkət smartfon bazarında “Lenovo” da daxil, bütün digər brendləri ləğv edəcək. Sonuncusu daha inandırıcı olmasa da, “Zuk” brendinin ləğv ediləcəyinə şübhə qalmamalıdır. Ən azı analitik Pan Citanqa (Pan Jiutang) istinad edən mənbənin məlumatına inansaq, “Zuk Z3” smartfonu və ya brendin hər hansı digər yeni aparatı istehsal edilməyəcək. Brendin özünü isə ləğv edəcəklər. “Motorola” brendinə gəldikdə, onun yenidən istehsalına başlanacağı ilə bağlı məsələ açıq olaraq qalır.

2

İnternetdə bu ilin payızında təqdim olunacaq iPhone8” smartfonunun konseptual videosu yayılıb. Video Thiago M Duarte və Ran Avni adlı dizaynerlər tərəfindən hazırlanıb. Video hazırlanarkən hələ istehsal olunmamış yeni smartfon haqqında indiyədək yayılan məlumatlar, söz-söhbətlər, eləcə də “iPhone 8”in çertyoju nəzərə alınıb. Nümayiş etdirilən cihaz bütün ön tərəfi əhatə edən ekrana, görünməz ön kameraya və şüşə korpusa malikdir. Video smartfonun əsas üstünlüklərindən biri olacağı gözlənilən OLED-displey haqda da təsəvvür yaranır.

“Apple”ın mobil sistemində yeni boşluq aşkarlanıb. Belə ki, Control Center-də eyni anda kliklənmiş bir neçə düymə, iPhone-nun donmasına gətirib çıxara bilər. Göründüyü kimi iPhone sisteminin donmasını təmin etmək heçdə çətin deyil. Ekranın aşağı panelində yerləşmiş kamera, kalkulyator hissələrindən birini, gecə rejiminə (Night Shift) keçid düyməsini və AirDrop adlı hissəni eyni anda klik etmək bəs edir ki, sizin iPhone-nunuzun sistemi donsun. Bu zaman bir neçə saniyədən sonra smartfon avtomatik olaraq yenidən işə düşəcək. Lakin bu halda smartfonu bir dəfə də söndürüb yandırmaq lazım olacaq. Əks halda Wi-Fi özəlliyi çalışmayacaq. Çətin ki, düymələrin bu cür kombinasiyası kimdəsə təsadüfi şəkildə həyata keçirilsin. Buna baxmayaraq qorxulu bir şey yoxdur. Qeyd etmək lazımdır ki, bu sistem boşluğu iOS-in sonuncu versiyalarında keçərlidir.

“Google”un həmtəsisçisi Sergey Brin gizli şəkildə böyük uçuş aparatı hazırlayır. Bu barədə “Bloomberg” məlumat yayıb. Dirijabla oxşayan uçuş vasitəsinin Silikon vadisindəki anqarlardan birində olduğu bildirilir. Layihənin biznes layihəsi və ya sadəcə, hobbi olub-olmadığı hələlik məlum deyil. “Bağışlayın, mən hələlik bu mövzuda heç nə deyə bilmərəm”, – deyə iş adamı suallara cavabında bildirib. Qeyd edək ki, S. Brinin uçuş aparatlarına marağı çoxdan məlumdur.

3

“LG Display” şirkəti martın 31-də yekunlaşmış bu ilin birinci rübündəki fəaliyyətinin hesabatını açıqlayıb. şirkətin xalis mənfəəti 600 milyon dollar olub. Bir il öncənin eyni dövründə isə “LG Display”in xalis mənfəəti 970 min dollar təşkil edib. Bu ilin birinci rübündə şirkətin əməliyyat gəlirləri 34,9 milyon dollar təşkil edib, ötən rüb isə bu rəqəm 901 milyon dollara qədər artıb. “LG Display”in dövriyyəsi bu müddət ərzində 17,9 faiz artaraq 6,2 milyard dollar təşkil edib. “LG Display”in gəlirlərinin 43 faizi televizorlardan əldə olunub. İkinci yeri 26 faizlə smarfon üçün displeylər tutub. Üçüncü yeri 16 faiz payla planşet və noutbuklar üçün displeylər, dördüncü yeri isə 15 faiz payla monitorlar üçün displeylər tutub.

4

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register