Tiflisdə ÜST-nin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir

Tiflisdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Gürcüstan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ana və yeni doğulmuş uşaqların məsələləri ilə bağlı beynəlxalq konfrans keçirilir. Konfransda 12 ölkədən 67 nümayəndə iştirak edir.

Tədbirdə Gürcüstan səhiyyə naziri David Sergeyenko, ÜST nümayəndəsi Marijan İvanuşa və digərləri çıxış ediblər.

Konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin nümayəndəsi, tibbi yardımın təşkili şöbəsinin məsul əməkdaşı Nərgiz Kərimova və Respublika Perinatal Mərkəzin direktoru, baş mama ginekoloqu Sevinc Məmmədova təmsil edir.

 

N. Kərimova jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın Səhiyyə Nazirliyi doğuşla əlaqədar yeni aparatlar alıb. Onun sözlərinə görə, bu aparatlar uşaqların tənəffüs orqanlarında yaranan problemlərin aradan qaldırılmasına kömək edir.

apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register