Texno Xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Google Play”dəki virus milyonlarla istifadəçiyə ziyan vurdu. Oyunlar üçün nəzərdə tutulmuş əlavədə gizlənən virus 2 milyon “Google Play” istifadəçisinə ziyan vurub. Belə bir məlumatı “Check Point Software Technologies” şirkəti yayıb. Virus “Android” əməliyyat sistemi altında işləyən cihazlara hücum edib. 40-dan artıq əlavədə gizlənən təhlükəli proqram “FalseGuide” adlandırılıb. Onu istifadəçilər silə bilmir. Belə ziyanverici proqramın vasitəsilə cinayətkarlar cihaza daxil olur, DDoS hücumlar edərək qorunan şəbəkəyə çıxış əldə edirlər. Hazırkı dövrdə “Google Play”də daha 5 ədəd viruslu əlavə aşkar olunub. Bunun əsasında mütəxəssislər bildirirlər ki, zərərvericilər öz fəaliyyətlərinə son qoymurlar.

1

“Siri” səsli köməkçi proqramının tərtibatçılarından olan Tom Qruber TED konfransında süni intellektin inkişafı ilə bağlı fikirlərini açıqlayıb. O, bildirib ki, düzgün nəzarət olunacağı təqdirdə, texnologiya insan beyninə rəqib yox, tərəfdaş olacaq. Qruberin fikrincə, süni intellekt insan yaddaşının imkanlarını artırmağa kömək edəcək: “Xatirələrin kataloqlaşdırılması və yaddaşın gücləndirilməsi üçün süni intellektdən istifadə olunması növbəti cəsarətli ideya deyil, tamamilə qaçılmaz gələcəkdir. Bir gün biz süni intellektə öz xatirələrimizi yükləyə biləcəyik”.

2

“Samsung” yeni, faydalı proqram əlavəsi yaratmaq üzərində işləyir. Proqram əlavəsi “İn-Traffic Resply” adlanacaq. Bu proqram avtomobil idarə olunarkən sürücünün smartfonuna daxil olan mesajlara avtomatik cavab verəcək. “In-Traffic Reply” proqramının mahiyyəti bundan ibarətdir ki, smartfonun sensorları və GPS-siqnalı avtomobil və ya velosiped idarə olunarkən bunu müəyyənləşdirir və daxil olan mesajları vahid şablon əsasında cavablandırır. Hazırda proqram Niderlandda test edilir. İki cavab versiyası var: “Mən ruldayam və cavab verə bilmirəm” və animasiyalı şən cavab versiyası.

3

“Uber” şirkəti vertikal uçuş və eniş prinsipi (VTOL) əsasında işləyəcək uçan taksi şəbəkəsi yaratmağı planlaşdırır. Şirkət 2020-ci ildə Dubayda keçiriləcək “World Expo” sərgisində yeni nəqliyyat vasitəsini nümayiş etdirmək fikrindədir. Layihənin ilk tərəfdaş-şəhərləri ABŞ-ın Texas ştatının Dallas və Fort-Uert, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərləri olub. Texas rəhbərliyi Dallas – Fort-Uert aqlomerasiyasını ölkədə bu texnologiyanın hazırlanması və testləri üçün pilot layihənin həyata keçiriləcəyi ilk şəhərə çevirmək istəyir. BƏƏ-də isə “Uber” Dubayın yol və nəqliyyat idarəsi ilə əməkdaşlıq edir. “Uber” helikopter meydançaları inşa etmək mümkün olan yerlərin axtarışı üçün əmlak satışı firmaları, eləcə də elektrik VTOL-təyyarələri işləyib hazırlayan təyyarə istehsalçıları ilə əməkdaşlıq qurub. Şirkətin planları hələ ötən il məlum olub. “Uber” öz hesabatında 5 il ərzində şəhərlərdə uçan taksilərin ortaya çıxacağını vəd edib. Şirkətin proqnozlarına əsasən uçan taksi bir dəfə yanacaq götürməklə 160 km məsafə qət edə və saatda 250 km sürətlə hərəkət edə bilər. “Uber” elə bir xidmət yaratmaq istəyir ki, sərnişinlər düyməyə bir dəfə basmaqla uçan taksini çağıra bilsinlər.

4

“Nokia” şirkəti 2017-ci maliyyə ilinin birinci rübünün hesabatını açıqlayıb. Istehsalçı mövsümI amillərlə bağlı olan olduqca zəif göstəricilərini qeyd edib. Şirkətin birinci rüb üçün gəlirləri 5,38 milyard avro olub ki, bu da ötən ilin analoji dövrünün göstəricilərindən 2 faiz azdır. Bu məbləğin böyük hissəsini “Nokia Networks Business” bölməsi qazanıb. Bu rəqəm 4,9 milyard avro olub ki, bu da bir il əvvəlki göstəricidən 6 faiz azdır. Bununla belə, “Nokia Technologies” bölməsi şirkətə 247 milyon dollar gəlir gətirib və göstəricilərini 25 faiz artırıb. Bu, ötən rüb üçün “Nokia” bölmələri arasında illik nisbətdə ən böyük artım olub. Ancaq hesabat dövrü 473 milyon avro həcmində itkilərlə yekunlaşıb. Bu rəqəm ötən ilki 623 milyon avro itkini əvəzləyib.

5

“Xiaomi” şirkəti yeni daşınar elektron cihazını təqdim edib. Gözlənilənlərdən fərqli olaraq, bu cihaz heç də “Xiaomi Mi Band 3” fitnes qolbağı olmayıb. Söhbət “Weloop Hey 3S” “ağıllı” saatlarından gedir. Onun çəkisi 38 qramdır və 30 gün enerji doldurulmadan işləməyə imkan verən akkumulyatorla təchiz edilib. Cihazın komplektinə maqnit doldurucu cihaz daxildir. “Weloop Hey 3S” saatı 1,28 düym diaqonallı maye-kristal displey, GPS və GLONASS modulları, həmçinin “Bluetooth 4.2” ilə təchiz edilib. Cihaz müxtəlif cür fiziki məşğələlər həyata keçirilərkən ürək döyüntülərinin tezliyinə nəzarət edə biləcək. Həmçinin istifadəçi piyada gedərkən və ya velosiped sürərkən hansı sürətlə və nə qədər məsafə keçdiyini bilə biləcək. “Weloop Hey 3S” yuxunun keyfiyyətinə nəzarət edəcək, öncədən planlaşdırılmış tədbirlər haqqında məlumatlandıracaq, daxil olan zənglər və məlumatlar barədə xəbərlər verəcək. Bundan başqa, saat musiqi dinləməyə və sair işlər görməyə imkan verəcək. Cihaz hazırda 78 dollar qiymətində istifadəçilərə təqdim olunur.

6

Dünyada çərçivəsiz displeylə təchiz edilmiş ilk təhlükəsiz smartfon təqdim edilib. Bu günlərdə “Aermoo” şirkəti dünyada ilk çərçivəsiz smartfonunu təqdim edib. Bu aparatın əsas özəlliyi təhlükəsiz korpusla təchiz edilməsidir. Bir qayda olaraq, təhlükəsiz smartfonlar böyük ölçü, qalınlıq və görkəmsiz dizayna malik olurlar. İstehsalçının sözlərinə görə, “Aermoo F1” smartfonu özündə ən proqressiv ideya və texnologiyaları birləşdirərək analoqlarından fərqlənəcək. “F1” smartfonunun ön panelində mexaniki düymələr olmayacaq və  smartfonun ön paneli displeydən ibarət olacaq. Məlumata görə, “Lamborghini” şirkətinin dizaynerləri yeni qurğunun dizaynının hazırlanmasında iştirak ediblər. “Aermoo F1” smartfonu “IP68” standartına uyğun su və toza qarşı davamlıdır, 6 QB əməli yaddaş və səkkiznüvəli “Snapdragon 835” prosessoru ilə təchiz edilib.

7

“Samsung FaceSense” virtual reallıqla ünsiyyəti sadələşdirəcək. “Samsung” şirkəti Los-Ancelesdə keçirilən “VRLA Expo 2017” sərgisində “FaceSense” adlı virtual reallıq interfeysinin prototipini nümayiş etdirib. Texnologiya konsepsiyasının mahiyyəti virtual səyahətləri əldən istifadə etmədən adi səsli komandaların tanınması və biometrik siqnallar vasitəsilə həyata keçirməyə imkan verən yeni virtual reallıq naviqasiyası yanaşmasından ibarətdir. Istifadəçi danışan zaman elektrik siqnallarının generasiyası – üz ifadəsinin və ya baxışın istiqamətinin dəyişməsi baş verir. “FaceSense” həmin biometrik impulsları ötürücülər vasitəsilə tanıyaraq onlardan daha sadə naviqasiya üçün istifadə edə bilir. Sərgi çərçivəsində təqdim olunan prototip məxsusi olaraq “Samsung Gear VR” qarnituru üçün hazırlanıb. Məlumata görə, istifadəçinin üz əzələlərinin və göz hərəkətlərinin dəyişikliklərini qeydə alan “FaceSense” texnologiyası “ləğv et”, “seç”, “geriyə” kimi ayrı-ayrı sözləri və səsli komandaları başa düşür. Texnologiyanın istifadəçilərə, o cümlədən adi qarniturlar vasitəsilə virtual reallıq mühiti ilə ünsiyyət zamanı çətinliklərlə üzləşən insanlara virtual reallıqla tanış olmağa kömək edəcək yeni biometrik həllərin hazırlanmasına təkan verəcəyi gözlənilir.

8

Honkonqda keçirilən “Global Sources Startup Launchpad” sərgisində digər insanın dilini real vaxt rejimində tərcümə edə bilən “Airbuds Air Translator” qulaqcığı nümayiş olunub. Qulaqcıq bu şəkildə işləyir: müxtəlif dillərdə danışan iki nəfər eyni qulaqcıqdan istifadə edərək bir-biri ilə danışmağa başlayır. Qulaqcığın korpusunda smartfonda xüsusi proqramı işə salan “Danışıq” düyməsi quraşdırılıb. Sözün hər biri tərcümə üçün “bulud” fayl saxlancına göndərilir və digər insana başqa dildə qulaqcıqda səs və qurğu ekranında mətnlə çat şəklində qaytarılır. Bu, həmsöhbətlərə tərcümənin düzgünlüyünü yoxlamağa imkan verir. Tərtibatçıların sözlərinə görə, 42 dili dəstəkləyən platforma rəqib sistemləri üstələyir. Hazırda “Airbuds Air Translator” sadə cümələri düzgün tərcümə edir. “Airbuds Air Translator” və analoji layihələrin əsas problemi internet bağlantısının keyfiyyət və sürətindən tam asılılıq və tərcüməni səsləndirən kompüter səsinin qeyri-təbiiliyi olaraq qalır.

9

Virtual reallıq texnologiyalarının populyarlaşmasına baxmayaraq, hələ ki, bu texnologiya  kifayət qədər bahalı və müəyyən çatışmazlıqlara malikdir, amma müəyyən vaxtdan sonra sözügedən natamamlıqlar aradan qaldırılacaq və virtual reallıq texnologiyalarının qiyməti əlçatan olacaq. Bununla belə Tayvanın “HTC” şirkəti tərəfindən tarixdə ilk dəfə yerətrafı orbitə buraxılması planlaşdırılan virtual reallıq peyki virtual reallıq qarniturunun köməyi ilə planet sakinlərinə özlərini kosmosda hiss etmək imkan verəcək. Beynəlxalq “VR for Impact” müsabiqəsi çərçivəsində təklif edilmiş bir neçə layihə arasından “SpaceVR” layihəsi seçilib. “HTC”-nin direktorları  iştirakçıların təkliflərini diqqətlə araşdırıblar və ən maraqlı layihələri seçiblər. “SpaceVR” peyki tamaşaçılara özlərini planetin orbitində hiss etməyə imkan verən ilk aparat olacaq. “SpaceVR” peyki cari ildə “SpaceX” raketdaşıyıcısının köməyi ilə kosmosa buraxılacaq. Orbitə çıxarılan peyk tərəfindən başlanılacaq yayımı ya 360 dərəcəlik görünüşə malik 2D çarx şəklində, ya da virtual reallıq qarniturlarının köməyi ilə izləmək mümkün olacaq. Beləliklə, istənilən şəxs özünü sanki açıq kosmosda hiss etmək imkanına malik olacaq.

10

“Flashpoint” şirkətinin yeni hesabatına əsasən, hakerlər mesaj və vacib məlumatların mübadiləsində ən çox “Skype”, “Jabber” və “ICQ” proqram təminatından istifadə edirlər. Ixtisaslaşdırılmış forumların monitorinqi sayəsində hakerlərin fəaliyyəti haqda gizli məlumat əldə etmək mümkün olub. Son zamanlar kibercinayətkarlar daha çox “Telegram” və “WhatsApp” kimi populyar xidmətlərdən istifadəyə başlayıblar. 2012-ci ilədək “Skype” proqram təminatı hakerlər arasında populyarlığına görə ikinci yeri tuturdu, indi isə informasiya mübadiləsi üzrə liderdir.

11

“Qualcomm” şirkətinin baş direktoru Stiv Mollenkopf “Snapdragon 835” prosessorlarının tezliklə “Windows 10” əməliyyat sistemli mobil kompüterlərdə istifadə ediləcəyini açıqlayıb. Indiyədək “Windows 10” sisteminin yalnız “x86” arxitekturalı prosessorlarla işləməsinə baxmayaraq  “Qualcomm” və “Microsoft” şirkətləri “ARM” prosessorlu kompüterin hazırlanması ilə çoxdan məşğul olub. Belə kompüteri nazik və yüngül etməklə onu smartfon kimi mobil şəbəkəyə qoşmaq nəzərdə tutulub. “Snapdragon 835”, həmçinin “Bluetooth 5” və “Wi-Gig” interfeyslərini dəstəkləyir. Kompüter smartfonlar üçün hazırlanan belə prosessorla uzun müddət batareyasız işləyə bilər. Lakin hazırda aparıcı istehsalçılardan heç biri “ARM” prosessorlu və “Windows 10” sistemli kompüterlərin buraxılacağını bəyan etməyib. Oxşar qurğunu yaratmaq üçün əvvəllər də cəhd olunub. Məsələn, “Microsoft” korporasiyası “ARM” prosessorları üçün xüsusi “Windows RT” əməliyyat sistemini buraxsa da, “x86” arxitekturası üçün yaradılan proqramlarla işlə bağlı problemi o zaman həll etmək mümkün olmayıb. Bu dəfə isə “Qualcomm” şirkətinin nümayəndələri “Snapdragon 835” prosessorları ilə təchiz edilən kompüterlərin emulsiya rejimində bütün “x86” proqramlarını işə sala biləcəyini bildiriblər. Bundan başqa, “Microsoft” korporasiyası “Photoshop” paketinin “Snapdragon 835” ilə işini nümayiş etdirib.

12

Bu həftənin əvvəlində “HTC” şirkəti “Ocean” adı ilə tanınan yeni qabaqcıl smartfon modelinin təqdimatına dəvətnamələr göndərib. Qurğunun “HTC U” adlandırılacağı gözlənilsə də, qrup üzvü Evan Blass smartfonun ötən il nümayiş olunan “HTC 10” modelini əvəz edəcəyi barədə məlumat verərək onun “HTC U 11” kimi təqdim ediləcəyini bildirib. Məlumata görə, yeni model beş müxtəlif rəngdə (ağ, qara, gümüşü, qırmızı, göy) satışa çıxarılacaq. Həmçinin, bəzi rənglər müəyyən ölkə bazarları üçün eksklüziv ola bilər. Əsas fərqləndirici cəhəti sensorlu yan tərəflər olacaq “HTC U 11” istifadəçiyə barmağı klaviatura düyməsindən ayırmayaraq mətni çap etməklə və ya toxunuşla lazımi proqramları işə salaraq onları idarə etməyə imkan verəcək. Qurğu xarici görünüşünə görə bu ilin əvvəlində təqdim olunan “U Ultra” və “U Play” smartfon modellərinə bənzəyəcək. Məlumata görə, “HTC U 11” 2550×1440 piksel təsvir ölçülü 5,5 düym diaqonallı “Gorilla Glass 5” qoruyucu şüşəsinə malik “LCD” ekran, səkkiznüvəli “Snapdragon 835” prosessoru, 4 giqabayt operativ, 64 giqabayt quraşdırılmış yaddaş, 12 meqapikselli əsas və 16 meqapikselli ön kamera ilə təchiz ediləcək. Bundan başqa, smartfonda qulaqcıq üçün çıxış quraşdırılmayacaq. “HTC U 11” smartfonunun təqdimatı mayın 16-na nəzərdə tutulur.

13

“Google” Çinin “Yi Technology” şirkətinin iştirakı ilə 360 dərəcəlik və virtual reallıq videosunun çəkilişi üçün yeni kamera hazırlayıb. “Yi Halo” tərkibinə stereoskopik videonu “8K” təsvir ölçüsündə saniyədə 30 kadr və ya “5.8K” formatında saniyədə 60 kadr sürətində çəkən 17 kameranın daxil olduğu qurğudur. Qiyməti 18 min dollar təşkil edəcək yeni kamera ilk növbədə kinorejissor və video çəkilişi ilə məşğul olan digər peşəkarlar üçün nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, 16 “GoPro” kamerasından istifadə edən “Google Jump” sferik kamerasının qiyməti 8 min dollardan başlayır. Qurğu kompleksində modifikasiya edilmiş “4K” formatlı kameralar tətbiq edilib. “Facebook” şirkətinin 25 min dollarlıq “Surround 360” kamerasından fərqli olaraq “Yi Halo” qurğusunda istifadəçinin başı üzərində yerləşərək 360 dərəcəlik çəkilişi təmin edən daha bir kamera quraşdırılıb. Həmçinin, qurğu üçün süni üfüqi xətti idarə etməyə imkan verən mobil proqram təklif olunur. Mayın 22-dən etibarən məhdud sayda istifadəçilərin əldə edə biləcəkləri ilk 100 “Yi Halo” kamerasını virtual reallıq formatında çəkilişlər aparan kino istehsalçılarına təqdim etmək nəzərdə tutulur.

14

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register