ANONS – Marneulidə İliya Çavçavadzenin 180 ci yubileyi qeyd olunacaq
Bu gün, aprelin 28 də, saat 17:00 da, Marneuli Bələdiyyəsində, gürcü yazarı, şairi, publisist, siyasi və ictimai xadim İliya Çavçavadzenin 180 ci yubileyi qeyd olunacaq.
Tədbir yazıçının xeyriyyə fondunun “İliya Mavmavadze 180 ölümsüzlüyün fenomeni” layihəsi çərçivəsində həyata keçirilir və müxtəlif növ aktivliklərdən ibarətdir:
-İliya Çavçavadze mövzusunda yaradıcı sərgi-ekspozisiya nümayiş olunacaq, orada Tbilisinin İliya Çavçavadze ədəbi-memorial muzeyinin daşınan ekspozisiya və İliya adı ilə əlaqədar ən yaxşı sənət əsərləri nümunələri sərgilənəcək;
-Sərgi çərçivəsində mütəxəssis (filoloq, eksqursiya aparıcısı) tərəfindən eyni zamanda İliya haqqında kiçik eksqurs yaranacaq;
-Mədəniyyət evinin səhnəsində “Əsrin Cinayəti” teatr tamaşası qoyulacaq. Tamaşa İliya Çavçavadzenin həyatı və yaradıcılığından bəhs edir. Tamaşanı Nodar Dumbadze adına həvəskar dövlət teatrı səhnələşdirəcək.
Xatırladaq ki, 2017 ci il Gürcüstanın tanınmış yazıçısı İliya Çavçavadzenin yubiley ili, onun dunyaya gəlişindən 180 il, öldürülməsindən isə 110 il ötür;
Qeyd olunan tarix “İliya Çavçavadzenin Xeyriyə Fondu”nun təşəbbüsü ilə miqyaslı qeyd olunur. Ölkə miqyasında Acaradan Kaxetədək yubiley turnesi keçiriləcək. Yubiley turnesi rəmzi olaraq İliyanın doğulduğu Qvarelidən başlanacaq.
“İliya Çavçavadze 180-Ölümsüz Fenomen” layihəsinin məqsədi İliya Çavçavadze fenomeninin və siyasi fəaliyyətinin gənclər arasında təbliğatıdır.
Eyni zamanda yubiley ilinə müvafiq olaraq və miqyaslı qeyd olunur. Layihə Gürcüstan bölgələrində və o, cümlədən milli azlıqların yaşadığı bölgələrdə həyata keçirilir.(Kvemo Kartli, Samtsxe Cavaxeti, Axmeta bələdiyyələrində-Pankisi dərəsində).
Buyurun gəlin iştirak etmək sərbəstdir!!!
Tədbir ilə maraqlananlar üçün pulsuz avtobuslar təşkil olunacaq:
1. Saat 16:00 – Tamaris kəndindən avtobus tərpənəcək;
2. Saat 16:30- Avtobus Saimerlo və Tsereteli kəndlərinin mərkəzindən keçəcək.
3.Saat 15:00 – Xixan kəndindən avtobus çıxacaq.
4. Saat 15:30 saatda – Avtobus Şaumyanın qaçqınlar məskəninə gedəcək.
Tamaşadan sonra tamaşaçıların kəndlərə yola salınmasıda nəzərdə tutulub!
Amil Məmmədov2286 Posts
0 Comments