Giorgi Marqvelaşvili – Ən doğru, ən adekvat dəyərləndirmələri siyasətdən uzaq olanlar edirlər

giorgi

“Mənim fikrincə, siyasi həyatın əsas aparıcı qüvvəsi xalqın fikridir və siyasi dildə isə, buna demokratiya deyilir”, – bu bəyanatı Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Samtsxe-Cavaxetidə “Konstitusiya hərkəsindir” layihəsi çərçivəsində keçirilən görüş zamanı verdi.

Giorgi Marqvelaşvilinin qeyd etdiyinə görə, əsas və vacib olan, ictimaiyyətin səsini eşitmək və onun tələblərini siyasi həyata köçürməkdir.

“Siyasətdə nəyə inandığımı söyləmək istəyirəm – bu xalqın mövqeyidir. Yeni qanunun çıxması barədə məlumat yayılan zaman, ilk ağlıma gələn, bu mövzu ilə bağlı cəmiyyət ilə münasibət qurub, onun fikrini öyrənmək oldu. Bu qanunun necə qəbul ediləcəyi barədə cavab isə, xalqdan gəlməli idi. Bunu səmimi qəlbdən deyirəm, çünki mənim siyasi biyoqrafiyamda ictimaiyyət ilə məsləhətləşmə prinsipi olmayıb və bunu indi etmək istəyirəm”, – dedi Giorgi Marqvelaşvili.

Gürcüstan Prezidentinin dediyinə görə, ən doğru, ən adekvat siyasi dəyərləndirmələri məhz elə vətəndaşlar edirlər, hansılar ki, siyasi həyatdan uzaqdılar.

az.gpb.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register