Gürcüstan avia-bazarına Air Arabia Jordan şirkəti daxil oldu

air

Gürcüstanın Aviasiya bazarında sabahdan etibarən Yordaniyanın aşağı büdcəli avia şirkəti Air Arabia Jordan fəaliyyət göstərəcək.

Bu barədə bəyanatı Gürcüstanın İqtisadiyyat Nazirliyi yayır.

Nazirliyin verdiyi məlumata görə, ilk Aman-Tbilisi-Aman reisi, Tbilisi Beynəlxalq Hava limanından sabah 16:40-da həyata keçiriləcək.

Aşağı büdcəli Yordaniya avia-şirkətinin reisləri oktyabrın 26-na qədər həyata keçiriləcək. Aviareislər həftədə iki dəfə hər çərşənbə axşamı, çərşənbə və cümə günlərində, Airbus A320 tipli təyyarələr ilə həyata keçiriləcək.

Air Arabia Jordan ərəb az büdcəli aviaşirkəti olan Air Arabia qrupunun idarəçiliyindəki Yordaniya şirkətidir, hansı ki, 2015-ci ildə yaranıb.

az.gpb.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register