David Usupaşvili maraqlanan şəxslərə yeni partiyaya qoşulmağı təklif edir

david

Parlamentin sabiq sədri David Usupaşvili maraqlanan şəxslərə tamamilə yeni sentrist partiyasının yaradılmasını təklif edir.

Usupaşvili bugün keçirdiyi mətbuat konfransında, siyasi həyata davam edəcəyini bəyan etdi. Onun dediyinə görə, siyasi liderlərin dəyişirilməsi kafi deyil və destruktiv siyasi sistemin dəyişdirilməsi vacibdir, çünki bu sistem üzündən bütün siyasi başlanğıclar müvəffəqiyyətsiz olur.

Davit Usupaşvili yeni təşəbbüs irəli sürdü. O dövlətçiliyin möhkəmlənməsi üçün, yeni vətəndaş partnyorluğunun yaradılmasını təklif edir. Usupaşvilinin dediyinə görə, o xalqı “xilas edən” bir siyasi qüvvə deyil, kompetent, məsuliyyətli, milli və Avropa siyasəti yolunda duran yeni qüvvə yaratmağı düşünür. Bunun üçün o, bu ideya ilə maraqlanan şəxslərə yep-yeni yanaşmalı bir partiyaya qoşulmağı təklif etdi.

“Bu sentrist bir partiya olacaq, hansı ki, müxtəlif flanqlardan rasiyonal və efektiv yanaşma ilə hərəkət edəcək və diqqətlə hazırlanan proqramla çalışacaq” – dedi Davit Usupaşvili.

Onun dediiynə görə, partiyanın formalaşması yerli özünü-idarə etmə seçkilər keçirildikdən sonra başa çatacaq.

Seçkilərdə iştirak edəcək olan partiya dəstəsinin təqdimatı isə, may ayının sonuna planlaşdırılıb.

az.gpb.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register