Marneulidə “Həvəskarlar Kuboku 2017” oyunu başladı
Marneuli Bələdiyyəsində “Həvəskarlar Kuboku 2017” layihəsi oyunu çərçivəsində, bələdiyyə rəqabəti başladı.
Sözü gedən idman layihəsi Gürcüstan Futbol Federasiyası və Gürcüstan Həvəskar Futbolu Asossiasiyasının təşkilatçılığı, Gürcü Futbolunun İnkşafı Fondu ilə əməkdaşlıq ilə ümum Gürcüstan miqyasında həyata keçirilir.
“Həvəskarlar Kuboku 2017” üç mərhələdən Bələdiyyə, Bölgə və Final mərhələlərindən ibarətdir.
Bələdiyyə mərhələsində konkret bələdiyyə komandaları rəqabət aparacaqlar. Bələdiyyə mərhələsinin qalibi və bəzəndə mükafatçıları Bölgə liqasına keçəcəklər.
Olimpiya sistemi ilə çempionu müəyyən etmək üçün 16 həvəskar futbol komandası mübarizə aparacaq.
Çempionatın məqsədləri:
• Futbol miqyasının artımı; ;
• Ümum Gürcüstan miqyasında həvəskar futbol liqasının yaradılması;
• Cəmiyətdə sağlam həyat tərzinin təbliğatı ;
• İstedadlı gənc futbolçuların kəşfi;
• İdman infrastrukturasının bərpası;
• Veteran futbolçuların futbola qaytarılması ;
• Təcrübəsiz trener, məşqçi və hakimlərin ixtisas üzrə inkşafına dəstək;
• Gürcüstan Milli Həvəskar Futbolçu yığmasının formalaşdırılması. Bu yığma Beynəlxalq Turnirlərdə və UEFA REGIONS’CUP-də iştirak edəcək.
Amil Məmmədov2286 Posts
0 Comments