Təkəlidə 17 yaşlı qız 28 yaşlı oğlan tərəfindən zorla qaçırılıb

Gürcüstanın Marneuli rayonunun təkəli kəndində 17 yaşlı qız onunla zorla evlənmək istəyən 28 yaşlı oğlan qaçırıb bu barədə hüquq müdafiəçisi Baya Pataraya məlumat verib.
Patarayanın sözlərinə görə, qız kənd məktəbi yaxınlığında özündən 10 yaş böyük olan kişi tərəfindən qaçırılıb. Bu barədə polisə qaçırılmanın şahidi olan müəllim məlumat verib.
Gürcüstanın Daxili İşlər Nazirliyində qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iş qaldırılıb. Bu maddəyə əsasən, iki ildən dörd ilədək həbs nəzərdə tutulur.
İnsident dünən baş verib. Qız qaçıranın şəxsiyyəti müəyyən olunub. Polis kişi və qızın axtarışına başlayıb, lakin bu vaxta qədər başqa məlumat yoxdur.
Pataraya bununla bağlı polisi fəaliyyətsizlikdə günahlandırıb.
“Qızın ailəsi oturub qəzəblə gözləyir, patrul tələsmir. Kim bilir, bəlkə həmin kişi qızı zorlayıb və döyüb. Heç kəs heç nə etmir, bu heç kəsi narahat etmir”, – Pataraya Facebook səhifəsində yazıb

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register