Dünya Bankı Gürcüstan üçün 47.2 milyon avroluq borc təsdiqlədi
Dünya Bankının icraçı direktorlar şurası, Gürcüstan İqtidarına, İqtisadi islahatlar proqramının həyata keçirilməsi üçün 47.2 milyon avroluq borc ayırdı.
Dünya Bankının veb-səhifəsində yayılan məlumata görə, bu Gürcüstan üçün nəzərdə tutulan inkluziv artış proqramının inkişaf siyasətinin ikinci tədbiridir.(DPO2).
İnkişaf siyasəti tədbiri, ölkənin iqtisadi islahatlar proqramına dəstək olacaq. Qeyd olunan proqram əsasən, dövlət təşkilatlarının fiskal nəzarətinin gücləndirilməsinə, ictimai xidmətin maliyyələşdirilməsinin təkmilləşdirilməsinə, eləcə də, sosiyal xidmət keyfiyyətinin qaldırılmasına yönəldilib.
Dünya Bankının məlumatına görə, borc miqdarı 47,2 milyon avro təşkil edir.
az.gpb.ge
Şəlalə Əmircanova516 Posts
0 Comments