Gürcüstan vətəndaşları Sarp gömrük məntəqəsinin Türkiyə tərəfində yaranan vəziyyəti etiraz edirlər

news2

Gürcüstan vətəndaşları Sarp gömrük məntəqəsinin Türkiyə tərəfində yaranan vəziyyəti etiraz edirlər.

Onların bəyan etdiklərinə görə, gömrük məntəqəsində, saatlarca gözləmək məcburiyyətində qalırlar. Bir neçə vətəndaşın dediyinə görə isə, türk sərhədçiləri onlarla kobud şəkildə rəftar edirlər.

Gürcüstan vətəndaşlarının məlumatına görə, gömrükdə Türkiyə tərəfində təmir işləri aparılır və orada yaranan növbələrin səbəbi də bu ola bilər.

“Türkiyə tərəfində saatlarca gözləməli oluruq, ancaq Türkiyə vətəndaşlarını növbəsiz keçirirlər. Saatlarla növbələrdə əziyyət çəkən isə, bizik”, – dedi növbədə gözləyən Gürcüstan vətəndaşı İa Tsinaridze.

Gürcüstanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə isə, hazırda Sarp gömrük məntəqəsində Gürcüstan tərəfində vətəndaşların keçməsi üçün heç bir problem yoxdur.

az.gpb.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register